Etibar Əliyev: "Çingiz Abdullayev kitablarının sayına görə Tolstoyu çoxdan ötüb"

Millət vəkili Etibar Əliyev

Millət vəkili Etibar Əliyev

17 yanvar 2023
# 10:30

Kulis.az Millət vəkili Etibar Əliyevin yazısını təqdim edir.

Əkrəm Əylisli deyir: Hesab edirəm ki, Anarla mənim bu toqquşmamız Azərbaycan ədəbiyyatının ziyanına deyil, xeyrinədir. Mənim öz həqiqətim, Anarın da özünə görə həqiqət bildiyi şeylər var. O hesab edir ki, Yazıçılar İttifaqı belə olmalı idi, orada 40 il rəhbərlik etməli idi və ittifaqı bu vücudda saxlamalı idi".

Dünya ədəbiyyatına diqqət etsək aydın görərik ki, böyük yazıçılar şəxsi münasibətlərini heç zaman qabartmayıblar. Yalnız əsərlər barədə fikir söyləyiblər. Nobel mükafatı laureatı Boris Pasternakın "Mayakovski" məqaləsini yəqin oxuyanlar var.

Pasternak yazır: "Mayakovski məni istedadlı şair kimi qəbul etmirdi, mən isə onu əsrimizin ən böyük şairlərindən biri hesab edirəm". Böyük Amerika yazıçısı Henri Miller yazıçı kimi formalaşmasında Knut Hamsunun müstəsna rolunu qeyd edir. Yazıçılar arasında münaqişə oxucuları seyrəldir. Çox təəssüflər olsun ki, bizdə ədəbiyyat tənqidçisi institutu yaranmadı. Bu institut olsaydı hərə öz yerini bilərdi. Rəhmətlik Aydın Məmmədov ədəbiyyat dialoqları mühitini yarada bilmişdi. Anarla, Elçinlə və başqa yazıçılarla Ədəbiyyat dialoqu aparırdı. Aydın Məmmədovdan sonra bu layihə dayandı. Dünyaca məşhur "İnostrannaya literatura" jurnalında yazıçılarla müsahibələr, yazıçı və şairlərin dialoqları və məktublaşmalarına geniş yer verilir. Oxuduqca onları daha yaxından tanıyırsan. Folknerin, Şeymas Xininin, Oktavio Pasın, Drek Uolkotun, Brodskinin intervülərini oxuyun. Heç bir yazıçının və şairin şəxsiyyəti müzakirə olunmur. Əsərlər təhlil olunur.

Professor Yaşar Qarayevin "Şəxsiyyət meyardır" adlı gözəl bir kitabı var. Onlarla böyük yazıçıların əsərlərini təhlil edib. Salman Mümtazın Mirzə Ələkbər Sabirlə müsahibəsi isə şedevrdir. İndi bizə Yazıçılar Birliyi sədrinin postunu tutmaq uğrunda mübarizəni izləmək qalıb. Çingiz Abdullayev müsahibələrinin birində demişdi ki, Lev Tolstoya çatmaq üçün bir kitabım qalıb. Bu Xalq yazıçısı isə ədəbiyyata kəmiyyət kimi baxır.

Ədəbiyyatın yeni intibaha ehtiyacı var. Bu istedadlıların hərəkatını gözləyir. Yaşlılar davalarını bitirsələr gənclərdə yaradıcılığa motivasiya güclənər. Bir də ki, yaşlı nəslin Axirət barədə düşüncələri rasional olmalıdır.
Gənc yazıçı və tərcüməçi Qisməti Suraxanı rayonunun gəncləri ilə görüşə dəvət etmişdim. 3 saat davam edən görüşdə Gənclərin ədəbiyyat "aclığını" gördüm.

Təbiət elmlərinin nümayəndələrinin də gənclərlə görüşünə böyük ehtiyac var. Bu missiyanı daşıya biləcək şəxslər də yaxalarını kənara çəkməməlidirlər. Perelman təhsil aldığı dövrlərdə Puankare hipotezini sübut etməyi qarşısına məqsəd qoymamışdı. Aldığı biliklərin məcmusu kimi belə bir kəşfə imza atdı.

Əgər məktəb uşaqlarda istedad nişanələrini oyada bilmirsə, sadəcə biliklərin əzbərlənməsi işini yerinə yetirir. Bütün sahələrdə şagirdləri və tələbələri ən faydalı ədəbiyyatları oxumağa həvəsləndirmək lazımdır. Bu sadə məsələ deyil, bunun üçün müəllim axtarışda olmalı, faydalı biliklərin yerini bilməlidir. Yazıçı və şairlər də faydalı əsərləri göstərməlidirlər. Dinləmə qabiliyyəti yoxa çıxır. Hamı öz monoloqunu söyləyir və sonra yanında oturandan soruşur ki, necə danışdım.

P.S. Böyük məktəblərin birində mütaliə ilə bağlı tədbirdə iştirak edirdim. Uşaqların əksəriyyətinin əlində detektiv əsərlər gördüm. Məktəbin direktoru bunu həvəslə seyr edirdi. Və yəqin ki, Çingiz Abdullayev kitablarının sayına görə artıq Tolstoyu çoxdan ötüb.

# 1378 dəfə oxunub

Oxşar xəbərlər

Daha bir serial yekunlaşır

Daha bir serial yekunlaşır

18:00 19 aprel 2024
Spilberqin yeni filminin mövzusu açıqlandı

Spilberqin yeni filminin mövzusu açıqlandı

17:40 19 aprel 2024
“Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar”  mövzusunda ictimai müzakirə təşkil edildi

“Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edildi

16:30 19 aprel 2024
Əməkdar İncəsənət xadimi Məmmədağa Umudovla görüş keçirildi

Əməkdar İncəsənət xadimi Məmmədağa Umudovla görüş keçirildi

16:00 19 aprel 2024
“Sazlı, sözlü kəlağayı günləri”  silsilə tədbirlərlə davam edir

“Sazlı, sözlü kəlağayı günləri” silsilə tədbirlərlə davam edir

15:30 19 aprel 2024
Oxucularını aldadan yazıçı, Əli Kərim sevdalısı qadın və yaddaşımızdakı şeirlər - Reportaj

Oxucularını aldadan yazıçı, Əli Kərim sevdalısı qadın və yaddaşımızdakı şeirlər - Reportaj

15:00 19 aprel 2024
# # #