Eşq gözəldir, qarışılığı varsa... - Məlahət İsmayılqızı

Eşq gözəldir, qarışılığı varsa... - Məlahət İsmayılqızı
20 dekabr 2023
# 11:54

Kulis.az Məlahət İsmayılqızının "Eşq gözəldir, qarışılığı varsa..." adlı yazısını təqdim edir.

... KÖNÜL – QƏLB...

Eşq gözəldir, qarışılığı varsa,
Amma qarışılıqsız da sevirik...
Qarşındakı “Vətənsə”,
Vətəni sevmənin sağ-solu olmaz,
Ürəyi olur, o da varsa...

Türk aforizmi

Nə olan şeydir bu könül- qəlb... Ürək Tanrının yaratdığı bütün canlılara xasdır. İstər insanlar olsun, istər heyvanlar. Yəni ürək əslində, bir motor funksiyasını yerinə yetirir. Döyünür, döyünür və bu döyüntülər özü həyat - yaşam deməkdir.
Lakin hər ürəkdə könül- qəlb adlı bir nəğmə varmı?!.

Hər ürək qəlb ola bilərmi... İllərin təcrübəsinə əsasən, alimlərin qənaətinə görə (səhv etmirəmsə yapon alimləri), könül - qəlbin nə demək olduğunu anlamaq üçün (ən böyük dərd - anlamaq dərdi - M. Cəlil), ürək üzərində sadə bir eksperiment aparırlar. Məlum olur ki, qəlb- könül deyilən məfhum ürəyin içərisində yerləşən ağ nurdan ibarət bir mayedir. Məhz həmin o ağ nurdur insan ürəyinə könül - qəlb anlayışını aşılayan, o funksiyadır sevən, ətrafa vurğunluq- işıq dolu nur səpən, Vətən - ailə, Ocaq sevgisini könlünə, içərisinə sipər edən. Və həmin duyuğalar idi N. Hikmət kimi şəxsləri Vətən eşqilə dəli-divanə edən:
Qoy mən kül olum, Kərəm kimi yana- yana...,
yaxud,
Torpaq var, Günəş var,
Və mən varam,
Və bəxtiyaram ...

Unutmayaq, hər ürəkdə nəğmə olmur, nəğməli ürəklərə alqış! Pul-para dünyasından uzaq heç bir təmənna güdmədən sevən ürəklərə alqış! Vətən eşqilə can verən Şəhidlərin azad ruhuna alqış, Şəhidlər önündə əyilən başlara alqış!
Qəlb-könül adlı o nur Eşq adlı atəşin Azadlıq yanğısından bəhrələnir. İstər Vətən Azadlığı olsun, istərsə də bir fərdin azadlıq arzusu, bəlkə də, sadəcə, yanğısı.

Cibində avtobus-metro pulu olanlara alqış. Və Mən necə xoşbəxtəm, çünki varam... "Yaşamaq gözəldir!" - deməyi bacaranlara alqış!
Əlbəttə, bütün gözəl əfsanələrə bənzər çırpıntıların altında yatır könül-qəlb adlı həqiqətlərin əfsanələrə bənzər nağılları.
Həmin o nağıllara bənzər əfsanələrdir insanı amal- əqidə yönünə yönlədən amillər.
Hər ürəkdə nəğmə olmur...

Hər duyan qəlbin əzizim gizli bir sevdası var...
Səməd Vurğun

Yenə də həmin o qəlb – könül idi. M. Arazı Azərbaycan adlı sevgiyə - İlahi Eşqə tuş etdi :
Səndən qeyri biz hər şeyi bölə billik,
Səndən qeyri biz hamımız ölə billik !

Qəlb-könül adlı İlahi Eşq alıb onu Məcnun kimi Kərbəla çöllərində "Şəbi- hicran" deyə fəryad qopan Füzuli babamız :
Degildim mən sənə mail...
Bu zamanların təbirincə isə könül-qəlb adlı dünyanın daha bir fədaisi “Dövrümün Fərhadı-Şiriniyəm mən” deyən Eldar İsmayıl Böyüktürk və minlərin içindən qopan həsrət – Göyçə adlı İlahi Eşq yanğısı ilə Vətən ocaqlarını arzulayan, onları vəsf edənlər...
Gözlə Məni, günün birində Sənə dönəcəyim şübhəsiz...
Könül-Qəlb adlı nurun içərisində təkcə hər hansı bir fərdə bəslənən eşq təzahür etmir, bu eşq İlahi Eşq olub VƏTƏN adlı şəxsiyyətə vurğunluqdur. Kim və nə sənin yuxularında aramsız və mütəmadi ola bilər...
Və sevgili bir yurd...
Hər gecə, hər gecə
Yuxularımda!
R. Behrudi

Yaşamaq hər halı ilə gözəl, min bəzəkli GÖYÇƏ xalıları kimi gözəl.
C. Bayrona görə, “Həyat nədir, yaşıl yarpaq, sonu nədir quru torpaq “ – belə olsa da, yaşamaq ən gözəl zarafatdır.

Yaşamağa dəyər.

# 2647 dəfə oxunub

Oxşar xəbərlər

İTV Kənan MM-in layihəsini niyə qəbul etməyib? - Sevda Sultanova

İTV Kənan MM-in layihəsini niyə qəbul etməyib? - Sevda Sultanova

17:51 1 iyul 2025
Türkiyədə yaşayan azərbaycanlı rəssam dünyasını dəyişib

Türkiyədə yaşayan azərbaycanlı rəssam dünyasını dəyişib

17:33 1 iyul 2025
Rəsmi Bakıdan Şvıdkoya cavab

Rəsmi Bakıdan Şvıdkoya cavab

17:14 1 iyul 2025
175 ildir dəyişməyən siyasət - Çarın Şuşa həbsxanasına yarıçılpaq atdığı qadın kim idi?

175 ildir dəyişməyən siyasət - Çarın Şuşa həbsxanasına yarıçılpaq atdığı qadın kim idi?

16:42 1 iyul 2025
"Bunu hansısa hərdəmxəyal uydurub" - Cəlil Cavanşir

"Bunu hansısa hərdəmxəyal uydurub" - Cəlil Cavanşir

15:30 1 iyul 2025
“TikTok”er Azər Zahid ev dustaqlığına buraxıldı

“TikTok”er Azər Zahid ev dustaqlığına buraxıldı

15:00 1 iyul 2025
#
#
# # #