Ermənistanın əsir götürdüyü Bəxtiyarın həyatından bəhs edən film təqdim olundu

Ermənistanın əsir götürdüyü Bəxtiyarın həyatından bəhs edən film təqdim olundu
6 mart 2023
# 11:50

ABŞ-nin Nyu-York şəhərində Ermənistanın əsir götürdüyü Bəxtiyarın həyatından bəhs edən “Nəfəs” filmi təqdim olunub.

Kulis.az xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ərsəyə gələn filmin təqdimatı Nyu-Yorkun qədim “Village East by Angelika” kinoteatrında baş qutub.

Təqdimat mərasimində filmin yaradıcı heyyəti, ABŞ-da yaşayan Azərbaycan icmasının aktivləri, BMT-də fəaliyyət göstərən azərbaycanlı diplomatlar, yerli ictimayyətin nümayəndələri və amerikalı jurnalistlər iştirak ediblər.

Real motivlər əsasında çəkilən filmdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Birinci Qarabağ müharibəsində Ermənistan hərbi birləşmələri tərəfindən əsir götürülən Bəxtiyarın həyatında bəhs edilir.

Filmin qəhrəmanı Bəxtiyar travma sonrası stres pozğunluğu sindromundan əziyyət çəkir. Əsirlikdən azad olduqdan sonra doğulduğu kəndə qayıdan Bəxtiyar məhbus həyatında aldığı travmalar ilə mübarizə aparır. İnsanlarla ünsüyyətdən qaçan qəhrəman öz hekayəsini təbiətlə- yağış, qar, ağaclar və daşlarla bölüşür. Doğulduğu kəndin düşmən işğalından azad edilməsinin sevinci Bəxtiyarın ağrılarını sakitləşdirmir.

“Nəfəs” filmində Bəxtiyarın hekayəsi ilə müharibənin ağır travmalarının təsirlərinin ömür boyu davam edə biləcəyi vurğulanır.

Film izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.

Təqdimat gecəsində uzun illərdir Amerikada fəaliyyət göstərən azərbaycanlı rejissor Elmar Bayramov sənətsevərləri soyuq və qarlı hava şəraitində çəklişləri baş tutan filmin bilinən və bilinməyən tərəfləri barəsində məlumatlandırıb və onları maraqlandıran sualları cavablandırıb.

# 2023 dəfə oxunub

Oxşar xəbərlər

Ceki Çan opera rejissoru oldu –  Döyüş filmlərinin ulduzu “Turandot”a quruluş verdi

Ceki Çan opera rejissoru oldu – Döyüş filmlərinin ulduzu “Turandot”a quruluş verdi

18:42 4 noyabr 2026
"John Wick" film seriyasından yeni videooyun - Kianu Rivz ikonik obrazını canlandıracaq

"John Wick" film seriyasından yeni videooyun - Kianu Rivz ikonik obrazını canlandıracaq

18:00 4 noyabr 2026
Bred Pittin yeni layihəsinin musiqi heyəti açıqlandı

Bred Pittin yeni layihəsinin musiqi heyəti açıqlandı

17:30 4 noyabr 2026
"Skubi-Du"nun serialı çəkildi - Təfərrüatlar

"Skubi-Du"nun serialı çəkildi - Təfərrüatlar

16:30 4 noyabr 2026
"Deməyə heç nəyin olmaması böyük rahatlıqdır..." - Fransız filosofun deyimləri

"Deməyə heç nəyin olmaması böyük rahatlıqdır..." - Fransız filosofun deyimləri

16:00 4 noyabr 2026
Məşhur rok albomu "Billboard 200"ün zirvəsinə yüksəldi - 20 il sonra

Məşhur rok albomu "Billboard 200"ün zirvəsinə yüksəldi - 20 il sonra

15:30 4 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər