Erməniləri ancaq bu xilas edə bilər - Fərid Hüseyn

Erməniləri ancaq bu xilas edə bilər - Fərid Hüseyn
5 oktyabr 2023
# 13:50

Kulis.az Fərid Hüseynin yazısını təqdim edir.

Ermənilərin özlərinə aid etdikləri “Qızıl alma” adlı xalq nağılları var. Həmin əsər 1982-ci ildə kitabça halında Azərbaycan dilində də nəşr olunub. Nağılda bəhs olunur ki, bir gün şah “ən mükəmməl yalan danışan adama qızıl alma verəcəyəm” deyir. Bu sorağı eşidənlər ölkənin dörd bucağından axışıb saraya gəlirlər, amma şahı razı salacaq bir yalan deyə bilən tapılmır.

Nəhayət, bir kasıb şahın hüzuruna gəlib söyləyir ki, şah sağ olsun, siz mənə bir çuval qızıl borclusunuz, onu təcili qaytarın. Şah bu iddianın yalan, iftira olduğunu bildirir. Onda kasıb adam qayıdır ki, əgər dediyim yalandırsa və siz də buna bunca ötkəmliklə etiraz edirsinizsə, deməli, bu yalan sizi bərk sarsıdıb, onda boyun olduğunuz qızıl almanı verin.

Şah çaş-baş qalır, bilmir nə cavab versin, əgər desə ki, söylənənlər yalandır, gərək qızıl almanı verə, yaxud boynuna alsa ki, doğrudur, onda da kasıb adama bir küp qızıl qaytarmağa məcbur qalacaq. Şah axırda bir küp qızıl qaytarmaqdansa, naəlac qalıb vəd elədiyi qızıl almanı kasıb kişiyə verməli olur.

Bu gün ermənilər tarixən uydurduqları yalanın əlində girinc qalıblar. “Böyük Ermənistan” ideyası onları ya qızıl almanı, ya da bir küp qızılı verməli olan şahın çıxılmazlığına salıb. Nə üçün belədir, çünki tərs daş özülə qoyulub, ideoloji sifariş şahın sifarişi kimi yalana, riyaya olub, həqiqətə, doğruluğa yox. “Əgər o şah mənə ən böyük həqiqəti söyləyənə qızıl alma verəcəyəm” şərti qoysaydı, onda heç kəs onu öz ağlının toru ilə bəndə sala, dalana dirəyib qabağında at oynada bilməzdi.

Erməniləri bundan sonrakı tarixi səhvlərindən isə ancaq həqiqətin sifarişi xilas edə bilər. O sifarişi – həqiqət sifarişini isə onlara Ali Baş Komandan İlham Əliyev “Qarabağ Azərbaycandır” deyərək illər əvvəl vermişdi. Təəssüf ki, vaxtında anlamadılar. Gərək bundan sonra ölkə başçısının hər çıxışını diqqətlə izləyib qulaqlarında sırğa eləyələr.

Daha ermənilər üçün yalan yox, doğru, həqiqət, reallıq yolunda baş sındırmaq, ağıl işlətməyin vaxtı çoxdan gəlib çatıb. Çünki yalan fəndgirliyində xalq da “hökmdarla” birgə tora düşür...

Bu gün qolları qandallanan “separatçıların liderləri” erməni xalq nağılındakı “Qızıl alma” vəd edən və sonda hər şeyini bir quru yalanla birgə heç-puç edən “şahların” xələfləri deyilmi?!


***

Ermənilərin onlara yaradılan misilsiz imkanlara münasibətdə nankorluğu zaman-zaman çox olub. Bu gün də Azərbaycanın humanist əllərini geri çevirənlər əsrlər öncə yaşamış babalarının yolları ilə gedən nəvə-nəticələrdir.

Nəcəf bəy Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük” dramında Qıdı Kirvə adlı bir komik obraz var, guya fraqmentar bir qəhrəmandır, amma dərin qatda o həm də yetkin bir erməni simasıdır. Əsərdəki hadisələrin gedişindən anlamaq olur ki, onun kefi kök, damağı çağdır, çünki bəs qədər tut arağı var, ocağında gecə-gündüz qazanı qaynayır, evinə bir gündə otuz hörmətli qonaq gəlsə, dükana getmədən hamısının qulluğunda duracaq qədər bolluq içərisində yaşayır.

Bütün bunları o, özü deyir, amma ona bu şəraiti yaradan Azərbaycana, millətimizə qətiyyən minnətdar deyil, əksinə hər fürsətdə onları gözdən salmağa çalışır. Nankorluq elə mərtəbəyə yüksəlib ki, bizim torpaqlarımızda, camaatımız arasında bu cür firavan ömür etməsini, yağ içində böyrək kimi yaşamasını sadəcə öz zəhmətkeşliyi ilə bağlayır: “Müsəlmanlar yorğan-döşəkdə xoruldaya-xoruldaya yatan vaxt mən şəhərə gedib ev yiyəsini gücnən durğuzub dən aparıram dəyirmana... Qol yoğunluğunda bığlarımdan buz sallana-sallana iş görürəm”.

Deməli, vəziyyətə baxın: taxılı əkən biz, torpaq bizim, dəyirman isə erməninin əlində. Sonda biz bütün tağılımızı aparıb ona veririk, o da bizə minnətlə un üyüdür, həm bizdən bəs qədər pul alır, həm də taxıldan ürəyi istəyən qədər çırpışdırır.

Bütün bunlar azmış kimi danışanda da bizə “azərbaycanlı” yox, eləcə “müsəlman” deyir. İlk sözündəcə müsəlmanların tənbəlliyini gözə soxur. Paradoksa baxın, müsəlmanlar guya onun nəzərində pisdir, həm də müsəlmanı müsəlman edən məclisdə kirvəlik vəzifəsi ona düşüb. Kiminsə kirvəsidir...

Daha bilmirəm bundan sonra yenə də bizə sadəcə “müsəlman” gözü ilə baxanların kirvəliyinə razı olacağıq ya yox, amma dövlətimizin qətiyyətindən əminəm ki, daha Qarabağda dəyirmanlar öz əlimizdə olacaq. Çörək isə, əlbəttə, bərabər bölünəcək.

P.S. Azərbaycan polislərinin ermənilərə çörək verdikləri videolara baxıram, torpağımızı tərk edənlərin üzlərində elə ifadə var ki, sanki polislərimiz, əsgərlərimiz erməni uşaqların əllərinə qumbara tutdurur, bərəkət rəmzimizi yox. Kim ki, dəyirman davasındadırsa, yollarımız ürəyimiz kimi açıqdır, gedə bilər, amma hər kimi ki, çörək ümidindədirsə, birgəyaşayışa mənəvi-psixoloji hazırdırsa, əlbəttə, biz kimsəni naümid qoymayacağıq...

Qafqazinfo

# 1240 dəfə oxunub

Oxşar xəbərlər

İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
# # #