Ermənilər bu dəfə Şövkət Ələkbərovanın mahnısını oğurlamaq istədi

Ermənilər bu dəfə Şövkət Ələkbərovanın mahnısını oğurlamaq istədi
28 noyabr 2024
# 10:34

Məşhur Azərbaycan müğənnisi, Azərbaycanın Xalq artisti Şövkət Ələkbərovanın ifa etdiyi musiqisi Adil Gəraya və sözləri Əli Kərimə məxsus olan “Yar gəldi yar” mahnısının yutub səhifəsində erməni musiqi nümunəsi kimi yerləşdirilməsi faktı Əqli Mülkiyyət Agentliyində araşdırılıb.

Kulis.az-ın məlumatına görə, Agentlikdən bildirilib ki, Ş.Ələkbərovanın ifa etdiyi “Yar gəldi yar” mahnısı “Armenian Music, (Torkish languge) Music 15. (rare) Music 17. Şövkət Ələkbərova (rare)” “rekviziti” altında 2016-cı il 4 sentyabr tarixində “Youtube”nin “BehrooZ Abshar” adlandırılan səhifəsində yerləşdirilib.

Bildirilib ki, “Yar gəldi yar” mahnısı 1957-ci il 16 aprel tarixində Azərbaycanın Xalq artisti Səid Rüstəmovun dirijorluğu və Xalq çalğı ansamblı orkestrinin müşayiəti ilə Ş.Ələkbərovanın ifasında lentə alınıb:

“Səslənmə müddəti (xronometraj) 4.33 saniyədir. 13313 kod nömrəsi ilə AzTV-nin “Qızıl Fond”unda saxlanılır. Ş.Ələkbərovanın youtubda əmlak hüquqlarının idarəçiliyini bu sahədə Bakı şəhərində fəaliyyət göstərən “Mikpro” MMC həyata keçirir. Buna görə də “Mikpro” MMC cəlb edilməklə Əqli Mülkiyyət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Ş.Ələkbərovanın ifaçı kimi hüquqlarının pozulmasına səbəb olan qeyd edilən video yutubun “BehrooZ Abshar” səhifəsindən silinib”.

Rəsmi məlumata görə, bununla da Ş.Ələkbərovanın ifaçı kimi hüquqlarının pozulması yutub rəhbərliyi tərəfindən öz təsdiqini tapıb və onun pozulmuş hüquqları bərpa edilib.

# 1820 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər