Əməkdar artistin vəziyyəti ağırlaşdı

Novruz Qartal, Əməkdar artist

Novruz Qartal, Əməkdar artist

26 noyabr 2021
# 15:30

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyoru, Əməkdar artist Novruz Qartal ölüm ayağındadır.

Kulis.az xəbər verir ki, aktyorun həyat yoldaşı Zərqələm Əliyeva açıqlama verib. O, bildirib ki, aktyorun vəzyyəti ağırdır:

"Vəziyyəti pis idi, apardıq onkoloji xəstəxanaya, baxıb dedilər ki, təcili əməliyyat olmalıdır. Çox ağır əməliyyat keçirdi. Xərçəng bütün bədəninə yayılıb. Hamı deyirdi ki, narkozdan ayılmayacaq. Şükür Allaha, ayılıb, amma yanına heç kimi buraxmırlar. Ayılanda bir dəfə deyib ki, qızımı görmək istəyirəm, həkim də ona atasını görməyə icazə verib. Vəziyyət çox ağırdır. Bağırsaq, qara ciyər, ağ ciyər hamısı bir-birinə qarışıb. Həyatımız qaralıb. Deyirlər, bilmirik Novruz nə qədər yaşayacaq. Novruzun Türkiyədə müalicəsi bir ümiddir, bəlkə, getsə, orada sağalar. İmkansız adamdır. Evi yoxdur, kirayədə qalır. Ayda 400 manat kirayə pulu verir. Novruzun elə bir acınacaqlı həyatı var ki, dönüb geriyə baxanda adam özünü öldürmək istəyir. Bir dəfə bəzəkli, isti ev görmədi. Bir dəfə rahat həyatı olmadı, o evdən bu evə daşındı".

Zərqələm Əliyeva aktyorun səhhəti ilə bağlı heç kimin maraqlanmadığını da dilə gətirib:

"Yenə sağ olsun jurnalistlər, zəng edib vəziyyətini soruşurlar. Mədəniyyət adamlarından heç kəs onu axtarmır. Axırda mən özüm teatra məlumat verdim ki, Novruzun vəziyyəti pisdir, gücüm çatmır, mənə kömək etsinlər”. /qaynarinfo.az/

# 7508 dəfə oxunub

Oxşar xəbərlər

Spotify səsli kitab kataloqunu istifadəyə verdi - 350 mindən çox ingilisdilli əsər

Spotify səsli kitab kataloqunu istifadəyə verdi - 350 mindən çox ingilisdilli əsər

10:12 7 noyabr 2026
Tbilisidə Zəfər Günü  qeyd olundu

Tbilisidə Zəfər Günü qeyd olundu

09:39 7 noyabr 2026
AzTV-nin 100 illiyi münasibətilə nəşr olunan ensiklopediyanın təqdimat mərasimi keçirildi

AzTV-nin 100 illiyi münasibətilə nəşr olunan ensiklopediyanın təqdimat mərasimi keçirildi

09:28 7 noyabr 2026
"Royal Society of Literature Pioneer Prize"  mükafatının qalibi açıqlandı

"Royal Society of Literature Pioneer Prize" mükafatının qalibi açıqlandı

18:46 6 noyabr 2026
Betpod, İndiana Consun papağı və “Taxt oyunları”nın qılıncı hərraca çıxarılır

Betpod, İndiana Consun papağı və “Taxt oyunları”nın qılıncı hərraca çıxarılır

18:24 6 noyabr 2026
Qaranlığın epifaniyası: Cəmiyyətin mənəvi qəbiristanlığında qəpik-quruş savaşları

Qaranlığın epifaniyası: Cəmiyyətin mənəvi qəbiristanlığında qəpik-quruş savaşları

17:07 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər