Elşən Qaraca “Cəsur ürək” sərgisini təqdim edir

Elşən Qaraca “Cəsur ürək” sərgisini təqdim edir
18 aprel 2024
# 17:00

İçərişəhərdə yerləşən “QGallery” (“Qız qalası”) rəsm qalereyasında Elşən Qaracanın “Cəsur ürək” adlı fərdi sərgisinin açılışı olub.

Kulis.az xəbər verir ki, gənc azərbaycanlı rəssam Elşən Qaracanın yeni əsərlər silsiləsi sərbəst müəllif təfsiridir və burada anında tutulan pozalar motosiklet yarışçılarının obrazlarını, onların dönmə həndəsəsini, sürəti və qafqazlı igidlərin üzünə vuran küləyin axını fonunda əzmkarlığını dəqiq əks etdirir. Bu gün atları motosikletlər əvəz edib - qalereyanın girişində qonaqları azadlıq, macəra, sədaqət, dostluq simvolları qarşılayır, sərgi dərhal selfi çəkmək və fotoşəkillər üçün özəl məkana çevrilir.

“Motosiklet” kəlməsi fransız dilindən hərfi tərcümədə sadə bir məna daşıyır və “nəqliyyat vasitəsi” deməkdir, lakin o, bu tərifi çoxdan üstələyib. Əsərlərində motosikletlərə müraciət edən bir çox müasir rəssamlar, həyatında heç olmasa bir dəfə iki təkərli “dəmir at”da oturan hər kəsin hiss etdiyi sərhədsiz azadlıq hissini və yolun çağırışını öz kətanlarında əks etdirməyə çalışırdılar. Elşən Qaracanın müasir qorxmaz “süvariləri” çoxdan at sürməyən, ancaq “dəmir atları” ilə əcdadlarının kəhər atlarının belində etmədiyi şəkildə dar dağ cığırlarında “uçmağı” bacaran gənclərdir.

Beləliklə, “Cəsur ürək” sərgisi kişi tamaşaçıların marağına səbəb olur. Hansı insan özünə motosiklet alıb onun üzərindəki boş yerləri kəsməyi xəyal etmir? Qonaqların təqdim olunan sərgiyə maraqla baxması və bəyəndikləri rəsmlərin fonunda fotoşəkillər çəkdirmələri açıq şəkildə göstərirdi ki, cinsi mənsubiyyətin də bununla heç bir əlaqəsi yoxdur. Çünki rəssamı təbrik etməyə gələnlərin qadın hissəsi açıq-aşkar maraq göstərərək, kətanlara diqqətlə baxırdı.

Elşən Qaraca aydın şəkildə müəyyən edilmiş hər hansı janr və istiqamətlərdən kənar bir sənətkardır. O, özünü məhdud çərçivəyə salmır. Qarışıq təsviri sənətin tərəfdarı olmaqla, nə istədiyini bilir və bəyəndiyini kətana köçürür. Rəssam axtarışlarında və yaradıcılığında həmişə öz prioritetlərinə diqqət yetirir. “Cəsur ürək” güc, ehtiras və azadlıq uğrunda mübarizənin zəngin və təfərrüatlı dastanıdır.

Qeyd edək ki, "Cəsur ürək” fərdi sərgisi aprelin 19-dək davam edəcək.

# 2356 dəfə oxunub

Oxşar xəbərlər

Rəşad Məcidə ağır itki üz verdi

Rəşad Məcidə ağır itki üz verdi

10:33 15 noyabr 2026
Deyv Qrolun qızı “Aclıq oyunları” üçün yeni mahnı yazdı – “Metal Birds” təqdim edildi

Deyv Qrolun qızı “Aclıq oyunları” üçün yeni mahnı yazdı – “Metal Birds” təqdim edildi

17:46 14 noyabr 2026
“Blink-182”, “Evanescence” və “Bring Me The Horizon”  ilk dəfə Dounload Festivalının əsas səhnəsinə çıxacaq

“Blink-182”, “Evanescence” və “Bring Me The Horizon” ilk dəfə Dounload Festivalının əsas səhnəsinə çıxacaq

16:55 14 noyabr 2026
Stivi Uander səhnədən Maklemoru müdafiə etdi: “İstəyirsinizsə, məni də qadağan edin”

Stivi Uander səhnədən Maklemoru müdafiə etdi: “İstəyirsinizsə, məni də qadağan edin”

16:01 14 noyabr 2026
Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı

Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı

14:12 14 noyabr 2026
Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?

Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?

14:00 14 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər