Əlişir Nəvainin Bakıdakı abidəsi ziyarət olunub

Əlişir Nəvainin Bakıdakı abidəsi ziyarət olunub
11 fevral 2025
# 09:18

Dahi özbək şairi Əlişir Nəvainin anadan olmasının 584-cü ildönümü münasibətilə görkəmli söz ustadının Bakıdakı abidəsi ziyarət olunub və ədibin abidəsi önünə əklillər qoyularaq, gül dəstələri düzülüb. Tədbir Özbəkistanın Azərbaycandakı səfirliyinin təşkilatçılığıyla keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə Özbəkistan və Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, deputat Eldar İbrahimov, Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsi sədrinin müavini, deputat Günay Əfəndiyeva, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli, alimlər, ədəbiyyatşünaslar, Bakı şəhər 53 nömrəli məktəbin rəhbərliyi və şagirdləri, eləcə də Azərbaycanda yaşayan özbək icmasının üzvləri iştirak ediblər.

Çıxışlarda Azərbaycan-Özbəkistan əlaqələrinin bütün sahələrdə uğurlu inkişafı xüsusi vurğulanıb, iki qardaş xalq arasındakı münasibətlər nəticəsində Türk dünyasına mühüm töhfələr verildiyi diqqətə çatdırılıb.

# 3127 dəfə oxunub

Oxşar xəbərlər

Ağdamda Qarabağ atlarının şousu keçirildi

Ağdamda Qarabağ atlarının şousu keçirildi

13:31 20 noyabr 2026
Özbəkistanda Şah İsmayıl Xətai adına Mərkəzin açılış mərasimi keçirildi

Özbəkistanda Şah İsmayıl Xətai adına Mərkəzin açılış mərasimi keçirildi

13:28 20 noyabr 2026
AMEA-nın strukturunda dəyişiklik edildi

AMEA-nın strukturunda dəyişiklik edildi

13:28 20 noyabr 2026
Roma papalarının istifadə etdiyi avtomobillər sərgidə nümayiş olunacaq

Roma papalarının istifadə etdiyi avtomobillər sərgidə nümayiş olunacaq

13:21 20 noyabr 2026
Həyatın montaj otağında qalan adam - "Tənhalıq həsrəti" haqqında

Həyatın montaj otağında qalan adam - "Tənhalıq həsrəti" haqqında

13:20 20 noyabr 2026
Tarix və mədəniyyət abidələrinin  əhəmiyyət dərəcələri üzrə bölgüsü dəyişdi

Tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələri üzrə bölgüsü dəyişdi

13:17 20 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər