Əlibaba Məmmədovun qızı: Atamın ruhu məndən əl çəkmirdi

Əlibaba Məmmədovun qızı:  Atamın ruhu məndən əl çəkmirdi
29 iyul 2023
# 16:17

“Mən heç vaxt deməmişəm ki, atamın məzarı filan daşdan hazırlansın, bu qədər məbləğ ayrılsın. Xeyr, əsla! Bilirsiniz ki, baş daşına görə dövlət tərəfindən 16 min manat pul ayrılmışdı. Bir müddət əvvəl Bakı şəhər Əhaliyə Vətəndaşlıq Xidməti tresti məzarın eskizini hazırladı və bizə göndərdi. Biz eskizi bəyənməmişdik. İstəyirdik ki, atamın adına layiq bir məzar daşı qoyulsun. Gec qoyuldu, amma ürəyimizcə oldu. 1 il 6 aydan sonra məzar daşı qoyuldu. Fikirləşirdim ki, il mərasiminə qədər düzəldərlər, amma düzəltmədilər. Narazılığım da buna idi ki, ilə qədər niyə düzəldilməyib?. Çünki mən bəzi adamlara arxayın olub gözləyirdim”.

Kulis.az xəbər verir ki, bu sözləri “Şöhrət”, “Şərəf”, “İstiqlal” ordenli sənətkar, xanəndə Əlibaba Məmmədovun qızı Rəqsanə Məmmədli deyib.

O bildirib ki, qəbirüstü abidə onun ürəyincədir.

“Eskizdə bəzi dəyişikliklər etdik. Məzar daşının sağ və sol tərəfinə güldanlar qoyuldu. Sağ olsunlar əlaqədar qurumlar ki, məni başa düşdülər. Atam sənəti ilə hamıya necə sənətkar olduğunu göstərdi. Onu Birinci Fəxri Xiyabana layiq görüblər. Bu hər sənətkara nəsib olmur. Dövlətimdən, dövlət başçımdan çox razıyam. Sağ olsun dövlətimiz ki, onun məzarının hazırlanmasında kömək etdi. Cənab prezident İlham Əliyev, Vitse prezident Mehriban xanım Əliyeva atama sağlığında da qiymət veriblər. Heç vaxt yadımdan çıxmaz, Mehriban xanım hətta atamın yaşadığı evə də gəlib, onun səhhəti ilə yaxından tanış olmuşdu. Sənətkara bu cür diqqət heç bir dövlətdə yoxdur”.

Rəqsanə Məmmədli bildirib ki, məzar daşı qoyulmayan günə qədər atasının ruhu ondan əl çəkməyib.

“İnanın Allaha, ruhu məndən əl çəkmirdi. Yuxularıma girirdi, elə hey nigaran idi. Məzar daşı qoyulandan artıq yuxularıma girmir. İnşallah ki, ruhu şaddır. Atam həmişə deyirdi ki, xalq sevsə sənətkarı, ona dağ bata bilməz. O cür də oldu. Atamın yazdığı, bəstələdiyi mahnılar bu gün efirlərimizin bəzəyidir. O, bacıma da, qardaşıma da mahnı yazmışdı. Mən həmişə deyəndə ki, ata, niyə mənim adıma mahnı yazmırsan? Deyirdi ki, kişi qızının adını dillərə salmaz (gülür). İncəsənətə həvəsim olsa da, arxasınca gedə bilmədim. Çünki atam razı deyildi. Ailəsindən kiminsə incəsənət sahəsində olmasını istəmirdi".

moderator.az

# 3514 dəfə oxunub

Oxşar xəbərlər

Deyv Qrolun qızı “Aclıq oyunları” üçün yeni mahnı yazdı – “Metal Birds” təqdim edildi

Deyv Qrolun qızı “Aclıq oyunları” üçün yeni mahnı yazdı – “Metal Birds” təqdim edildi

17:46 14 noyabr 2026
“Blink-182”, “Evanescence” və “Bring Me The Horizon”  ilk dəfə Dounload Festivalının əsas səhnəsinə çıxacaq

“Blink-182”, “Evanescence” və “Bring Me The Horizon” ilk dəfə Dounload Festivalının əsas səhnəsinə çıxacaq

16:55 14 noyabr 2026
Stivi Uander səhnədən Maklemoru müdafiə etdi: “İstəyirsinizsə, məni də qadağan edin”

Stivi Uander səhnədən Maklemoru müdafiə etdi: “İstəyirsinizsə, məni də qadağan edin”

16:01 14 noyabr 2026
Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı

Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı

14:12 14 noyabr 2026
Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?

Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?

14:00 14 noyabr 2026
“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı oldu - FOTO

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı oldu - FOTO

13:16 14 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər