Əliağa Vahidin qızı: "Mən dilənçi deyiləm, heç kimə demirəm ki..."

Əliağa Vahidin qızı:  "Mən dilənçi deyiləm, heç kimə demirəm ki..."
1 noyabr 2023
# 12:40

“İşsizliyimlə bağlı məsələ hələ də problem olaraq qalıb. Bir müddət əvvəl bu xəbər sosial şəbəkələrdə paylaşıldı. Bir çox adam yazmışdı ki, o boyda şairin qızı işsizdir. Bəziləri isə rişxənd edirdilər ki, hamı pensiya ilə dolanır. Mən dilənçi deyiləm. Heç kimə demirəm ki, gətir mənə artıq pul ver. Azərbaycan Milli Kitabxanasında çalışırdım. 65 yaşım tamam olanda pensiyaya çıxardılar. On il qabyuyan işləmişəm, metropolitendə də çalışmışam. Orada-burada işləməklə 42 il təcrübə qazandım. Texniki Universitetdə ayaqyolu təmizləyirdim, sonra etiraz etdim. Elə əziyyətlərlə övladlarımı saxlamışam”.

Kulis.az xəbər verir ki, bunu qəzəlxan Əliağa Vahidin qızı Firəngiz Əliağa deyib.

O, iş tapmaq ümidi ilə deputat Rafael Hüseynova da zəng etdiyini bildirib:

“Balaca qızım bəzən məni danlayır ki, neynirsən işi? Yaş keçir, nə işləyəcəksən?! Süpürgəçilik daha əlimdən gəlməz, o vaxt cavan idim. Millət vəkili Rafael Hüseynovun nömrəsini mənə verdilər. Bir neçə dəfə zəng etdim ki, ondan özüm üçün bir iş xahiş edim, amma telefonumu açmır. Atamın əşyaları onun rəhbərlik etdiyi Nizami muzeyində qorunur. Çox istərdim ki, orada məni bir işlə təmin etsin. Ən azından muzeydəki eksponatlara nəzarət edərdim. Hər dəqiqə də zəng etmək istəmirəm, çürükçü adam deyiləm. Deputat Rafael Hüseynov efirdə Füzulidən, Nizamidən, Nəsimidən danışır, amma bir dəfə də olsun Əliağa Vahiddən danışmayıb. Əliağa Vahid də balaca adam olmayıb axı”.

Firəngiz xanım qardaşının ona hər zaman yalan danışdığını qeyd edib:

“Qardaşım dünyasını dəyişəndən ailəsi elə də ürəkaçan vəziyyətdə deyil. Atamın şeirlərindən uşaq olarkən qonorar alırdıq. 40 manat mən alırdım, 40 manat da qardaşım. Üst-üstə gələndə 80 manat olurdu. Qardaşım o pulla universitet, mən isə texnikum oxudum. Kitab çıxanda, satılanda da bizə pul gəlirdi. Qardaşım gedib gizlin Masazırda özünə torpaq sahəsi almışdı. Gizlədib ki, hər şey qoy ona qalsın. Neçə illər məndən gizlin Prezident təqaüdü alıb. Mən guya bilib onun əlindən alacaqdım ki?” .

Moderator.az

# 2342 dəfə oxunub

Oxşar xəbərlər

Prezident İlham Əliyev və Mehriban Əliyeva Aleksandr Şarovskinin vida mərasiminə əklil göndərdi

Prezident İlham Əliyev və Mehriban Əliyeva Aleksandr Şarovskinin vida mərasiminə əklil göndərdi

14:34 9 sentyabr 2026
Madriddə MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışı oldu

Madriddə MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışı oldu

14:32 9 sentyabr 2026
"Sevgililərinizin neçə nəfər olmasının nə əhəmiyyəti var, əgər..." - Jak Lakan

"Sevgililərinizin neçə nəfər olmasının nə əhəmiyyəti var, əgər..." - Jak Lakan

14:30 9 sentyabr 2026
Yüzlərlə sənətçi incəsənət yarmarkasında iştirak edəcək

Yüzlərlə sənətçi incəsənət yarmarkasında iştirak edəcək

12:00 9 sentyabr 2026
"Cimmi Kimmel canlı yayımda!"  şousu bağlana bilər

"Cimmi Kimmel canlı yayımda!" şousu bağlana bilər

11:40 9 sentyabr 2026
Yeraltı qalereyada  qədim mozaika və freska tapıldı

Yeraltı qalereyada qədim mozaika və freska tapıldı

11:20 9 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər