Əliağa Vahid kimdir?

Əliağa Vahid kimdir?
5 mart 2025
# 13:30

Kulis.az Əliağa Vahid haqqında materialı təqdim edir.

Əliağa Vahid nə vaxt və harada doğulub?

Əliağa Vahid 17 fevral 1895-ci ildə Bakı şəhərində anadan olub. O, mədrəsədə oxumağa başlasa da, daha sonra ehtiyac üzündən təhsilini yarımçıq qoyaraq xarratlıq etmişdir. Gənc yaşlarında Bakıdakı "Məcməüş-şüəra" ədəbi məclisində iştirak edib, Azər (İmaməliyev), Müniri və b. şairlərin təsiri ilə lirik şeirlər yazıb. Satirik şeirlərində ictimai nöqsanları, mövhumatı, zülm və haqsızlığı ifşa edib.

Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Vahid inqilabi təbliğat sahəsində fəal çalışıb, yeni həyatı tərənnüm edən çoxlu şeir ("Əsgər və fəhlə yoldaşlarıma", "Məktəb nə deməkdir", "Ucal, mələyim" və s.) yazıb, "Kommunist" qəzeti, "Molla Nəsrəddin" jurnalı ilə əməkdaşlıq edib. Onun "Kupletlər" (1924), "Mollaxana" (1938) kitablarındakı şeirlərdə yeniliyə mane olanlar kəskin satira atəşinə tutulub. Böyük Vətən müharibəsi illərində yazdığı əsərlərdə, "Döyüş qəzəlləri" (1943), "Qəzəllər" (1944) kitablarında Əliağa Vahid Vətənə məhəbbət, düşmənə nifrət, qələbəyə inam hissləri təbliğ edirdi.

Vahid və Füzuli

Füzuli ənənələrinin davamçısı olan Vahid müasir Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsidir. Qəzəlləri poetik dilinin sadəliyi, xəlqiliyi və ahəngdarlığı ilə seçilir, xanəndələrin repertuarında mühüm yer tutur. Nizami, Xaqani, Füzuli, Nəvai və başqalarının qəzəllərini Azərbaycan dilinə tərcümə edib.

1 oktyabr 1965-ci ildə Bakı şəhərində vəfat edib.

Əliağa Vahidin heykəli əvvəlcə Filarmoniya bağında qoyulub, daha sonra təmir zamanı İçərişəhərə köçürülmüş və qoyulduğu meydan "Əliağa Vahid bağı" adını alıb.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Əliağa Vahid Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib.

Əliağa Vahid və repressiya

Əliağa Vahid içki içən deyildi ancaq repressiyaya görə özünü içki içən kimi göstərirdi ki, ona toxunmasınlar. Bir gün Mircəfər Bağırova represiyya ilə bağlı bir siyahı veriblər. Onun da adı orda olub. Mircəfər Bağırov Əliağa Vahidin adının üstündən xətt çəkib ki, bütün günü sərxoş olan adamdır, ondan bizə nə ziyan gələcək? Vahid bir müddət yaxşı şəraitdə yaşamayıb. Hətta bununla bağlı Mircəfər Bağırova şeir də yazıb. Sonralar Bağırov Vahidi yanına çağırtdırıb, ona 1951-ci ildə 2 otaqlı mənzil verib.

Vəfatında sonra nələr oldu?

Onun adına Bakıda bir məktəb, park, bağ (keçmiş Qubernator bağı), ədəbiyyat evi və küçə vardır.

1991-ci ildə "Azərbaycanfilm" kinostudiyasında Vahidin həyat və yaradıcılığına həsr olunmuş "Qəzəlxan" adlı film çəkilib.

# 5034 dəfə oxunub

Oxşar xəbərlər

Polina Qaqarina AB sanksiyalarının ləğvi üçün ikinci bir iddia qaldırdı

Polina Qaqarina AB sanksiyalarının ləğvi üçün ikinci bir iddia qaldırdı

17:00 10 iyul 2026
“Qarabağın daş yaddaşı”  fotomüsabiqəsi elan olundu

“Qarabağın daş yaddaşı” fotomüsabiqəsi elan olundu

15:53 10 iyul 2026
"The Rolling Stones"dan 25-ci albom

"The Rolling Stones"dan 25-ci albom

14:01 10 iyul 2026
Daşdan-daşa dəydi başım o zaman - Əhməd Cavad

Daşdan-daşa dəydi başım o zaman - Əhməd Cavad

13:55 10 iyul 2026
Nasist kölgəsi və "Ağ Gül" yalanı - Faşistlərin qulaq asdığı bəstəkar kim idi?

Nasist kölgəsi və "Ağ Gül" yalanı - Faşistlərin qulaq asdığı bəstəkar kim idi?

13:09 10 iyul 2026
88 yaşlı Entoni Hopkins albom buraxdı

88 yaşlı Entoni Hopkins albom buraxdı

12:30 10 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər