“Əli və Nino” Ukrayna dilində

“Əli və Nino”  Ukrayna dilində
26 fevral 2025
# 14:03

Görkəmli Azərbaycan yazıçısı Qurban Səidin Avropanın və ABŞ-ın tanınmış ədəbi tənqidçiləri tərəfindən XX əsrin ən yaxşı romanlarından biri kimi qiymətləndirilən “Əli və Nino” əsəri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) tərəfindən Ukrayna dilində çap olunub.

Kulis.az xəbər verir ki, kitab Azərbaycan Ukrayna Konqresi İctimai Birliyinin müraciəti əsasında Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyinin dəstəyi ilə nəşr edilib.

Qeyd edək ki, Mərkəz yarandığı gündən Azərbaycanda yaşayan xalqların mədəniyyətinin, dilinin və adət-ənənəsinin qorunması istiqamətində müxtəlif layihələr həyata keçirir. Bu layihələrdən biri də “Əli və Nino” əsərinin Azərbaycanda yaşayan müxtəlif xalqların dillərinə tərcümə edilərək çap olunmasını həyata keçirməkdir. Layihənin ideya müəllifi BBMM-in Himayəçilik Şurasının sədri akademik Kamal Abdullayevdir.
Ukrayna dilində çap olunan “Əli və Nino” əsəri sayca beşincidir. Belə ki, bugünədək “Əli və Nino” əsəri BBMM tərəfindən udi, talış, tat və ləzgi dillərinə də tərcümə edilərək nəşr olunub.

# 2921 dəfə oxunub

Oxşar xəbərlər

Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı

Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı

14:12 14 noyabr 2026
Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?

Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?

14:00 14 noyabr 2026
“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı oldu - FOTO

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı oldu - FOTO

13:16 14 noyabr 2026
“Oasis”  “Rock & Roll Hall of Fame” mərasiminə qatılmayacaq

“Oasis” “Rock & Roll Hall of Fame” mərasiminə qatılmayacaq

12:38 14 noyabr 2026
Martin Lüter Kinqin məşhur nitqinin əlyazması tapıldı – 10 milyon dollardan baha satıla bilər

Martin Lüter Kinqin məşhur nitqinin əlyazması tapıldı – 10 milyon dollardan baha satıla bilər

11:52 14 noyabr 2026
“Ceyms Bond” filmlərinin prodüseri tarix yazdı – Barbara Brokkoli ilk qadın prezident seçildi

“Ceyms Bond” filmlərinin prodüseri tarix yazdı – Barbara Brokkoli ilk qadın prezident seçildi

11:03 14 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər