Əli Əmirlinin "Komediyalar" kitabı işıq üzü görüb

Əli Əmirlinin "Komediyalar" kitabı işıq üzü görüb
12 may 2025
# 09:25

Tanınmış yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Əli Əmirlinin "Komediyalar" kitabı işıq üzü görüb.

Kulis.az xəbər verir ki, bu, müəllifin oxuculara təqdim olunan dördüncü pyeslər kitabıdır.

Əvvəlki üç kitaba janrından asılı olmayaraq müxtəlif pyeslər daxil edilmişdi.

Bu kitabda müəllifin komediya hesab etdiyi pyesləri toplanıb.

Qeyd edək ki, kitaba Əli Əmirlinin teatrsevərlərə yaxşı tanış olan, ölkəmizdə və xaricdə 30-dan çox teatrda tamaşaya qoyulmuş "Varlı qadın", məşhur "Bala bəla sözündəndir?" komediyası ("Bala başabəla" televiziya filmi), Akademik Milli Dram Teatrının ən yaddaqalan tamaşalarından olan "Köhnə ev", dəfələrlə müxtəlif teatrlarda səhnə üzü görmüş "Onun iki qabırğası", "Yeddi məhbusə", "Kişi və qadın", "Sehrli alma", "Səhnədə məhəbbət", "Sevən qadın" komediyaları, həmçinin hələlik heç bir teatrda oynanmamış "Kastinq və ya premyera", "Şou kraliçası", "Gözəllik imperiyası" və "Köhnə dəbli yeni komediya" əsərləri daxil edilib.

# 1756 dəfə oxunub

Oxşar xəbərlər

Tanınmış müğənni İsrail hökumətinə etiraz etdi - Səbəb

Tanınmış müğənni İsrail hökumətinə etiraz etdi - Səbəb

18:00 21 oktyabr 2026
“Azıx-Tağlar Arxeoloji Parkı”  Dövlət Qoruğu yaradıldı

“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

17:31 21 oktyabr 2026
Məşhur Hollivud aktyoru vəfat etdi

Məşhur Hollivud aktyoru vəfat etdi

17:30 21 oktyabr 2026
Xalq artisti Ramiz Mustafayevin  100 illik yubileyi qeyd olundu

Xalq artisti Ramiz Mustafayevin 100 illik yubileyi qeyd olundu

16:47 21 oktyabr 2026
Fotoqrafiya və Kino Həvəskarları Dərnəyi  quruluş ildönümünü qeyd edir

Fotoqrafiya və Kino Həvəskarları Dərnəyi quruluş ildönümünü qeyd edir

16:30 21 oktyabr 2026
Tessa Hedlinin yeni kitabı nədən bəhs edir?

Tessa Hedlinin yeni kitabı nədən bəhs edir?

15:30 21 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər