Eldar Baxış haqqında kitab təqdim olunacaq

Eldar Baxış haqqında kitab təqdim olunacaq
9 sentyabr 2022
# 18:20

Sentyabrın 17-də dünyadan vaxtsız köçmüş görkəmli şair Eldar Baxışın anadan olmasının 75 illyi qeyd olunacaq.

Kulis.az xəbər verir ki, tədbirin 1-ci hissəsində şairin dostları, ailə üzvləri onun Xırdalandakı məzarını ziyarət edəcəklər.

Saat 15:00-da tədbirin əsas hissəsi başlayacaq. Şairin qələm yoldaşları, əsərlərinin pərəstişkarları olan oxucular və ailə üzvləri Eldar Baxışın yaradıcılığından danışacaq, xatirələrini bölüşəcəklər.

Tədbirin davamı kimi yazıçı Azad Qaradərəlinin yenicə çapdan çıxmış “Vətən şairi” kitabının təqdimatı və imza günü də baş tutacaq.

Qeyd edək ki, kitabda Azad Qaradərəlinin dostu haqqında zaman-zaman yazadığı esselər, xatirə yazıları, “Eldar Baxışa məktub”, habelə, ilk dəfə çap olunan geniş həcmli “Qarsiya Lorka və Eldar Baxış”, “Sabir Əhmədli və Eldar Baxış”, “Vətən şairi” məqalələri yer alıb.

Tədbir 17 sentyabr, saat 15-də Səməd Vurğunun ev muzeyində keçiriləcək.

# 383 dəfə oxunub

Oxşar xəbərlər

# # #