Elçin Hüseynbəyli ilə görüş keçirildi

Elçin Hüseynbəyli, yazıçı

Elçin Hüseynbəyli, yazıçı

15 yanvar 2022
# 13:20

Yanvarın 13-də Sumqayıtdakı İdrak liseyində yazıçı-dramaturq, publisist, Əməkdar incəsənət xadimi, AYB katibi Elçin Hüseynbəyli ilə görüş keçirilib.

Kulis.az-ın verdiyi xəbərə görə, Görüşü məktəbin direktoru Hidayət Allahverdi açıb. O, Elçin Hüseynbəylinin məktəbə gəlişini, müəllim və şagirdlərlə görüşünü əlamətdar gün hesab edib və bildirib ki, qələm adamları ilə hər təmas onların yaddaşında dərin iz qoyur.

Liseyin təsisçisi Mönsüm Alışov öz çıxışında deyib ki, yazıçının bu gün burada söylədikləri şagirdlərin yaddaşında qalacaq və həyat yollarının müəyyənləşməsinə müsbət təsir edəcək.

Görüş şagirdlərlə dialoq üzərində qurulub. Elçin Hüseynbəyli onların çoxsaylı suallarını cavablandırıb.

Şagirdlər yazıçının 7-si sinif “Ədəbiyyat” dərsliyində tədris olunan “Nəvə” hekayəsini səhnədə nümayiş etdiriblər.

Tədbirin sonunda yazıçı öz kitablarını liseyin kitabxanasına hədiyyə edib və xatirə şəkli çəkdirib.

Əli Kərim adına Sumqayıt Poeziya Klubun sədri, şair İbrahim İlyaslı və AYB Qubadlı Rayon Regional Bölməsinin rəhbəri, şair Namiq Məna da görüşdə iştirak ediblər.

# 3069 dəfə oxunub

Oxşar xəbərlər

Aktyor Aslan Fətullayev vəfat etdi

Aktyor Aslan Fətullayev vəfat etdi

15:39 10 noyabr 2026
Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

15:27 10 noyabr 2026
"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

14:48 10 noyabr 2026
Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

13:30 10 noyabr 2026
“Alatoranlıq” filminin  serialı çəkiləcək

“Alatoranlıq” filminin serialı çəkiləcək

11:47 10 noyabr 2026
Məşhur aktrisa vəfat etdi

Məşhur aktrisa vəfat etdi

10:44 10 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər