Əkrəm Əylisli: "Kişinin ayağını yuyan qadınlar xoşbəxtdir”

Əkrəm Əylisli

Əkrəm Əylisli

10 mart 2023
# 18:25

"Kişinin ayağını yuyan qadınlar xoşbəxt qadınlardır”.

Kulis.az xəbər verir ki, bunu yazıçı Əkrəm Əylisli yazıçı Seyran Səxavətin "Qadınlar işdən sonra ərə qulluq edirlər, özlərinə yazıqları gəlmir” fikirinə münasibət bildirərkən deyib. Əkrəm Əylislinin fikirincə, qadına olan münasibəti xırdalayıb mənasızlaşdırmaq olmaz:

"Kişi yorğun halda işdən qayıdıb, həyat yoldaşı da ona nəvaziş göstərir. Bəs göstərməsin? Mən burada heç nə görmürəm. Qadına məhəbbəti onun şəxsən özü yaradır. Qadın öz mövqeyini özü müəyyənləşdirir. Ləyaqətli, ailəsinə məhəbbəti olan qadın hörməti özü qazanır. Qadın mənim üçün ailənin dirəyidir. Belə bir məsəl var, "Allah yıxan evi qadın tikər”.

Əkrəm Əylisli hesab edir ki, indi ziyalılar da problemləri kənara qoyub unutdurmaq, bu günün dərdlərini yada salmamaq, insanların başını mənasız mövzulara qatmaq üçün belə açıqlamalar verirlər:

"Gündəmə elə mövzular gətirirlər ki, bunları həll eləmək mümkün deyil. Mənim əsərlərimi oxuyanlar bilir ki, əsas obrazlarım qadınlardır. Onları hansı keyfiyyətlərinə görə yazdıqlarımı gözümün qarşısına gətirirəm. Ərlərinə olan sədaqətlərini məsələn. Mən o qadınlardan yazmışam ki, əri müharibədə həlak olub, dözdü, ərinə olan sədaqəti dəyişmədi”.

Qeyd edək ki, yazıçı Seyran Səxavət feministlərin "qadınlarımız azad deyil" fikirlərinə münasibət bildirərkən "Qadın səhər tezdən işə gedib, axşam evə qayıdandan sonra da bişirmək, yumaq, yığışdırmaq, ərə qulluq və s. işləri görür. Bu qadınların özlərinin özlərinə yazıqları gəlmir? Bunlar başa düşmurlər ki, gender bərabərliyini kimsə atıb ortalığa ki, qadın əməyini istismar etsin. Bu gender çıxandan boşanmalar da artdı. Qadınlar da, kişilər də azadlıqdan sui-istifadə edib, hər şey edirlər” deyə bildirib.

qaynarinfo.az

# 5863 dəfə oxunub

Oxşar xəbərlər

Elnarə Akimova: "Biz dərsliklərimizə ən müqəddəs dəyərlərimizi yerləşdirməliyik"

Elnarə Akimova: "Biz dərsliklərimizə ən müqəddəs dəyərlərimizi yerləşdirməliyik"

19:40 13 noyabr 2026
Milyonlarla dollar qazanan Hollivud ulduzlarının adları açıqlandı

Milyonlarla dollar qazanan Hollivud ulduzlarının adları açıqlandı

18:40 13 noyabr 2026
Nikol Kidman Fəxri "Sezar" mükafatı ilə təltif olunacaq

Nikol Kidman Fəxri "Sezar" mükafatı ilə təltif olunacaq

17:57 13 noyabr 2026
"Ulduz müharibələri" filmində  istifadə olunan işıq qılıncı rekord qiymətə satıldı

"Ulduz müharibələri" filmində istifadə olunan işıq qılıncı rekord qiymətə satıldı

17:26 13 noyabr 2026
Azərbaycan musiqisi adı ilə süni intellekt əsərləri təqdim olunur? – Firəngiz Əlizadədən sərt açıqlama

Azərbaycan musiqisi adı ilə süni intellekt əsərləri təqdim olunur? – Firəngiz Əlizadədən sərt açıqlama

16:51 13 noyabr 2026
“Bizə formal sərgilər lazım deyil” – Fərhad Xəlilovdan sərgi təşkilatçılarına irad

“Bizə formal sərgilər lazım deyil” – Fərhad Xəlilovdan sərgi təşkilatçılarına irad

16:43 13 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər