Bu gün 14 fevral Beynəlxalq Sevgililər Günüdür.
Kulis.az məşhur yazıçıların sevgi haqqında aforizmə çevrilmiş fikirlərini təqdim edir.
İki nəfər birləşəndə, kişi və qadın mələyə çevriləndə sevgi yaranır. Sevgi göyüzüdür
***
Kişi özünü aşiq olmuş kimi göstərəndə şən olur, diqqətli olur, qadını əzizləməyə çalışır. Amma o, həqiqətən, sevirsə, onda qoyuna çevrilir.
Aqata Kristi
***
Sevgidə məntiq olmur, o, ağıldan yuxarıdadır. Sevgi ağıl düzənliyindən yuxarıda, zirvələrdə yerləşir.
Cek London
***
Sevən şəxs sevdiyinin taleyini bölüşməlidir.
***
Sevgi dünyadakı ən yaxşı, eyni zamanda, ən pis şeydir.
Jorji Amadu
***
Yanında bir kişinin olması, ona sığınmaq, çiyinlərini istehkam kimi hiss etmək, qaranlıqdan süzülən dəhşətlə sənin aranda onun olmasını düşünmək nə gözəldir! Hətta o sussa və ancaq irəliyə baxsa da!
Marqaret Mitçell
***
Sevilməmək bəxtsizlikdir, sevməmək isə əsl bədbəxtlik.
Alber Kamyu
***
Sevmək bir-birinə baxmaq deyil, sevmək bir yerdə eyni istiqamətə baxmaqdır.
Antuan de Sent-Ekzüperi
***
Əgər biri səni sənin istədiyin kimi sevmirsə, bu o demək deyil ki, o səni bütün varlığı ilə sevmir.
***
Sevgi yeganə şeydir ki, onu bütünlükdə verə bilmirsən.
Henri Miller
***
Hətta ölüm qorxusu da sevginin qabağında acizdir.
Henrix İbsen
***
Aşiqlərə qarşı mübarizə aparma. Hansı vasitələrdən istifadə edirsən et, əmin ol ki, döyüşü uduzacaqsan.
Dante Aliqyeri
***
Həmişə elə fikirləşirik ki, bizi yaxşı olduğumuza görə sevirlər. Amma fikirləşmirik ki, bizi sevənlər özləri yaxşı olduğu üçün bizi sevir.
Lev Nikolayeviç Tolstoy
***
Sevgi insanı hər şeydən yuxarıya qaldıran qanadlardır.
Maksim Qorki
***
Sevgi insanı öz-özünə qaytara bilir.
Rey Bredberi
***
Bütün aşiqlər bacardığından daha çoxunu etməyə and içir, amma nəticədə heç bacardıqlarını da etmirlər.
Uilyam Şekspir
***
Sevəndə sevgin uğrunda nəsə etmək istəyirsən. Özünü qurban vermək istəyirsən. Xidmət etmək istəyirsən.