Ədəbiyyatımızın əsası lağlağıyla qoyulub - Milli dəyərlər necə məhv edilir?

Ədəbiyyatımızın əsası lağlağıyla qoyulub - Milli dəyərlər necə məhv edilir?
21 dekabr 2024
# 13:06

Kulis.az Arzu Əsədin yeni yazısını təqdim edir.

Lağlağılıq müstəmləkəçilik mirasıdır.

On illərin, yüzillərin toplumda yaratdığı mənəvi illətdir. Azərbaycan yeni ədəbiyyatının - nəsrinin, dramaturgiyasının təməlində nə yazıq ki, laglağılıq üstünlük təşkil edir.

Axundov, Mirzə Cəlil, Haqverdiyev... həm də imperiyanın tələb və senzurasına cavab versinlər deyə elə öz personajları kimi millətə, milli dəyərlərə istiqamətlənmiş lağlağının barıtını çox ediblər.

Həyat və məişətimizə də lağlağının bütün elementləri nüfuz etmisdir. Hər doğulan uşaq sonradan ikinci lağlağı adını - ayamasını alırdı. Çar Rusiyası da, Sovet Rusiyası da fərdlərin, millətlərin özünə inamlarını qıran, inkişaflarının qarşısını almaq üçün onların psixologiyalarında özlərinə qarşı aşağılıq kompleksi yaradan lağlağıdan bir idarəetmə vasitəsi kimi məharətlə istifadə edirdi.

Səməd Vurğunun "Vaqif" əsərində "Yox da, çulu cırıq kiçik bir ölkə, Böyük Firdovsilər yaratdı, bəlkə" - deyə vəzirin - imperiyanın baş ideoloqunun dili ilə lağlağının bir müstəmləkəçi idarəçilik forması olduğu bədii ustalıqla verilib.

Mayası lağlağı ilə qoyulan Azərbaycan nəsri təbii ki, bir əsr boyu bu ənənəni davam və inkişaf etdirməli idi. Bu lağlağı nəsrin doğulmasına, bələnməsinə, yetişdirilməsinə xidmət edən mamaça tənqidcilərimizə də xüsusi qaydada təhsil və istiqamət verilib, təşviq olunub, ad-san qazandırılmışdır. Bu tənqidçilər sədaqətli qoruyucular kimi müstəmləkəçi-lağlağı ədəbiyyatın keşiyində durur, əsl ədəbiyyatın milli hiss və düşüncələrin yüksəlişinə rəvac verəcək qanadlarını doğrayırdılar.

Bu bu gün də belədir.

Həm də daha idbar şəkil alaraq. Sovet müstəmləkəçiliyinin qlobalist taşeronçuluğu əvəz edir. Postmodernizm bizdə bir ədəbi-fəlsəfi təfəkkür olaraq insanlığın düşüncə və sənət tarixinin təbii davamı kimi yox, zorən, milli-mənəvi dəyərlərin, demək, həm də milli dövlətçilik sərhədlərimizin tamamilə məhvinə yönəlmiş düşünülmüş bir müstəmləkəçilik siyasəti kimi meydana çıxdı və davam və inkişaf etdirilməkdədir.

Postmodernist ədəbiyyatın bədii vasitələri olan pastiş, ironiya çağdaş Azərbaycan ədəbiyyatında lağlağı forması aldı. İnsan mənəviyyatının böhranını, xəstəliyini göstərən, bununla da onun sağalmasına, normallaşmasına istiqamətlənən ironiya, özünəironiya insan mənəviyyatını, milli dəyərləri alçaltmağa yönəlik lağlağıya transformasiya olundu.

Orijinallığın olmaması, dünya ədəbiyyatından kobud, qeyri-yaradıcı mənimsəmələr, plagiat, mexaniki tətbiq ədəbiyyatın aydınlıq, yaradıcılıq, quruculuq missiyasından çox, qeyri-müəyyənlik, dağıdıcılıq funksiyasına yol açdı. Bu gün ədəbiyyatda hər hansı bir müsbət obraz yaradılması cəhdi pafos adı, damğası ilə cəzalandırılır.

Ədəbiyyat yüksək hiss-həyəcanın, mənəvi dəyərlərin, həyat eşqinin yox, inersiyanın, bayağılığın, meşşanlığın, duyğu səfalətinin, daxili məğlubiyyətin ifadəçisi olmağa yönəldilir. Ədəbiyyatın, sənətin də düşdüyü və daha da körüklədiyi bu illət - LAĞLAĞILIQ xərçəng xəstəliyi kimi metastaz verib bizim psixologiyamızı gəmirir. Fərdin və millətin həyatının əsaslarından biri olan ÖZÜNƏHÖRMƏT hissini məhv edir.

Sabirin keçən əsrin dindirişinə verdiyi cavab hələ də aktualdır: "İstiqbalımız lağlağıdır".

Bu günümüzü və sabahımızı bu illətdən qurtarmaq yollarını axtarmalıyıq.

# 3452 dəfə oxunub

Oxşar xəbərlər

Zəfər Günü münasibətilə  Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

16:49 31 oktyabr 2026
Raye “Mercury Prize”  qazandıqdan sonra albomunun satışını 275 faiz artırdı

Raye “Mercury Prize” qazandıqdan sonra albomunun satışını 275 faiz artırdı

15:30 31 oktyabr 2026
MaklmorUN Fələstinə dəstək  konsertində 13 min nəfər iştirak etdi

MaklmorUN Fələstinə dəstək konsertində 13 min nəfər iştirak etdi

15:00 31 oktyabr 2026
Cey-Z  "Super Bowl"un fasilə şousunda çıxış edəcək

Cey-Z "Super Bowl"un fasilə şousunda çıxış edəcək

14:30 31 oktyabr 2026
Cudi Denç ekranlara qayıda bilməyəcəyini açıqladı: “Artıq görə bilmirəm”

Cudi Denç ekranlara qayıda bilməyəcəyini açıqladı: “Artıq görə bilmirəm”

14:00 31 oktyabr 2026
Corc Mayklın məşhur gitarası hərraca çıxarıldı –  Ailə daxilində mübahisə yarandı

Corc Mayklın məşhur gitarası hərraca çıxarıldı – Ailə daxilində mübahisə yarandı

13:00 31 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər