Ədəbiyyat müsabiqəsinin qısa siyahısı açıqlandı

Ədəbiyyat müsabiqəsinin qısa siyahısı açıqlandı
26 aprel 2022
# 16:30

Beynəlxalq Silkway ədəbiyyat festivalının (Silkway International Literary Festival) Azərbaycan turunun müsabiqə mərhələsi başa çatıb.

Kulis.az Silkway International Writers Union təsisatının təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın, Dünya Gənc Türk Yazarlar Birliyinin, “Azərkitab” Kitab Təbliğatı Mərkəzinin, “Şahdağ Quba Truskavets” Sanatoriyasının təşkilati dəstəyi, “Ədəbiyyat və incəsənət” portalının informasiya dəstəyi ilə keçirilən və devizi “Sonda ədəbiyyat qalib gələcək” olan festivalın ekspertləri tərəfindən 30 (+2) finalçı müəyyənləşdirildi. Festivalın Əsasnaməsinə görə ekspertlərin ən yüksək balla qiymətləndirdiyi 30 finalçıya 2 Vətən müharibəsi qazisi olan gənc şair də müsabiqədənkənar əlavə edildi.

Beləliklə, “Ədəbiyyat və incəsənət” portalı Beynəlxalq Silkway ədəbiyyat festivalının Azərbaycan turunun final mərhələsinin 32 iştirakçısının siyahısını diqqətinizə çatdırır:

1. Ələsgər Əhmədov (Ələsgər Əhməd). Poeziya.

2. Elroman Əlizadə (El Roman). Poeziya.

3. Mehdi Dostəlizadə. Poeziya.

4. Nərgiz İsmayılova (Nargis). Nəsr.

5. Aypara Mehmanova (Aypara Ayxan). Poeziya.

6. Murad Muradov. Nəsr.

7. Cavid Qasımov. Poeziya.

8. Bahəddin Salman. Nəsr.

9. İntiqam Cavanşir (İntiqam Yaşar). Poeziya.

10. Ümid Nəccari. Poeziya.

11. Tural Cəfərli. Poeziya.

12. Ulucay Məmmədov (Ulucay Akif). Poeziya.

13. Orxan Həsənov (Orxan Həsəni). Nəsr.

14. Ayxan Ayvaz. Nəsr.

15. Emin Əlizadə (Eminquey). Poeziya.

16. Ramil Əhməd. Poeziya.

17. Fərid Hüseyn. Poeziya.

18. Gülnar Hüseynova (Gülnar Ümid). Poeziya.

19. Rəvan Cavid. Poeziya.

20. Emin Piri. Poeziya.

21. Elvin Əlizadə. Poeziya.

22. Günel Ağayeva (Günel Balakişi). Poeziya.

23. Nadir Rzalı (Nadir Yalçın). Nəsr.

24. Faiq Hüseynbəyli. Poeziya.

25. Cavid Zeynallı. Nəsr.

26. Nigar Ağalarova (Nigar Arif). Poeziya.

27. Ruslan Cahangirli (Ruslan Dost Əli). Poeziya.

28. Gülmalı Məmmədov (Səddam Laçın). Poeziya, nəsr.

29. Gülay Tahirli. Poeziya.

30. Təvəkgül Boysunar. Nəsr.

31. Həsən Zeynallı (Həsən Kür). Poeziya.

32. Elvin İntiqamoğlu. Poeziya.

Ekspertlər tərəfindən yüksək bal almış digər iştirakçılar – Oğuz Ayvaz, Nərminə Ələkbərova (Jasmin) isə növbəti – 2023-cü il festivalında seçim mərhələsində iştirak etmədən birbaşa finala qatılmaq şansı əldə etmişlər.

Xatırladaq ki, aprel ayının 30-da 32 nəfər iştirakçı, eləcə də görkəmli ədəbiyyat və incəsənət xadimlərindən ibarət münsiflər heyəti və fəxri qonaqlar Quba bölgəsinə səfər edərək üç gün iki gecə beşulduzlu “Şahdağ” otelində yaşayacaq, final mərhələsinə qatılacaqlar.

Final mərhələsində iştirakçılar öz əsərlərini özləri səsləndirməklə münsiflərdən 10 ballıq qiymətləndirmə yolu ilə qiymət alacaqlar.

Ayrıca, xalq yazıçılarının və xalq şairlərinin ustad dərsləri, Quba bölgəsinin yazarları ilə tanışlıq, bölgənin görməli yerlərinə ekskursiyalar da təşkil olunacaq.

May ayının 1-də “Şahdağ Quba – Truskavets” sanatoriyasının “Konsul” zalında təşkil olunacaq Qala gecədə musiqinin, təbrik nitqlərinin, zəngin banket süfrəsinin müşayiəti ilə bütün iştirakçılar “Festivalın finalçısı” Fəxri Diplomları ilə, 3 ən yüksək bal toplayan iştirakçı isə 1-ci, 2-ci və 3-cü yerləri tutmaqla qiymətli hədiyyə və Sertifikatlarla mükafatlandırılacaqlar. Daha bir iştirakçı-qalib isə 32 iştirakçının səsverməsi nəticəsində müəyyənləşəcək.

Növbəti mərhələlərdə festivalın qalibinin kitabının nəşri, piarı, beynəlxalq miqyasda tanıdılması, eləcə də finalçıların əsərlərindən ibarət antologiyanın dərci də nəzərdə tutulur.

# 3128 dəfə oxunub

Oxşar xəbərlər

Səməd Vurğun haqqında donos yazmağa məcbur edilən Xalq yazıçısı - Onu niyə vəzifədən uzaqlaşdırdılar?

Səməd Vurğun haqqında donos yazmağa məcbur edilən Xalq yazıçısı - Onu niyə vəzifədən uzaqlaşdırdılar?

16:00 28 oktyabr 2026
Pop ulduzu Martin Skorsezenin filmində

Pop ulduzu Martin Skorsezenin filmində

16:00 28 oktyabr 2026
"Xəz paltolu Madonna"  romanı ekranlaşdırılacaq

"Xəz paltolu Madonna" romanı ekranlaşdırılacaq

15:30 28 oktyabr 2026
“Qalaktikanın mühafizəçiləri”nin qəhrəmanı geri qayıdır:  Kris Prat  "Marvel"lə razılaşdı

“Qalaktikanın mühafizəçiləri”nin qəhrəmanı geri qayıdır: Kris Prat "Marvel"lə razılaşdı

14:30 28 oktyabr 2026
Qorxunc həkim, yoxsa hamıdan xeyirxah insan? - "Doktor Aybolit"in əsl prototipləri

Qorxunc həkim, yoxsa hamıdan xeyirxah insan? - "Doktor Aybolit"in əsl prototipləri

13:30 28 oktyabr 2026
İranda Azərbaycan əsilli rejissorla bağlı həbs qərarı

İranda Azərbaycan əsilli rejissorla bağlı həbs qərarı

13:24 28 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər