Ed Şiranın konserti dayandırıldı - Səbəb

Ed Şiranın konserti dayandırıldı - Səbəb
12 fevral 2025
# 12:26

Məşhur britaniyalı müğənni Ed Şiran dünya turniri çərçivəsində konsert vermək üçün Hindistana gedib. Konsertdən əvvəl Benqalor şəhərindəki bir küçədə mahnı oxumağa başlayıb. Amma şəhər polisi müğənninin çıxışını dayandırıb.

Kulis.az xəbər verir ki, təşkilatçılar Şiranın küçədə mahnı oxuması üçün icazə istəyib, ancaq izdiham olduğu üçün ona icazə verilməyib.

Müğəninin sözlərinə görə, ona icazə verilib:

“Mənə icazə verilmişdi, ona görə də orada idik. Əvvəlcədən planlaşdırılmışdı, təsadüfən gəlməmişdik. İcazə verilmədi, ancaq yenə də problem yoxdur”.

Ed Şiran kimdir?

Ed Şiran ingilis müğənni və bəstəkardır. 13 yaşından musiqi ilə məşğul olur. İlk albomu 2011- ci ildə yayımlanıb və İngiltərədə sıralamada zirvəyə qalxıb. 2012-ci ildə ən yaxşı kişi müğənni seçilib. Şiran həm də ən çox albom satan sənətçilərdən biridir (150 milyon). Eyni zamanda, “Spotify” musiqi platformasında ən çox qulaq asılan müğənnilərdəndir.

# 2377 dəfə oxunub

Oxşar xəbərlər

Ağdamda Qarabağ atlarının şousu keçirildi

Ağdamda Qarabağ atlarının şousu keçirildi

13:31 20 noyabr 2026
Özbəkistanda Şah İsmayıl Xətai adına Mərkəzin açılış mərasimi keçirildi

Özbəkistanda Şah İsmayıl Xətai adına Mərkəzin açılış mərasimi keçirildi

13:28 20 noyabr 2026
AMEA-nın strukturunda dəyişiklik edildi

AMEA-nın strukturunda dəyişiklik edildi

13:28 20 noyabr 2026
Roma papalarının istifadə etdiyi avtomobillər sərgidə nümayiş olunacaq

Roma papalarının istifadə etdiyi avtomobillər sərgidə nümayiş olunacaq

13:21 20 noyabr 2026
Həyatın montaj otağında qalan adam - "Tənhalıq həsrəti" haqqında

Həyatın montaj otağında qalan adam - "Tənhalıq həsrəti" haqqında

13:20 20 noyabr 2026
Tarix və mədəniyyət abidələrinin  əhəmiyyət dərəcələri üzrə bölgüsü dəyişdi

Tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələri üzrə bölgüsü dəyişdi

13:17 20 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər