Dünyada baş vermiş ən böyük 15 zəlzələ

Dünyada baş vermiş ən böyük 15 zəlzələ
6 fevral 2023
# 21:00

Kulis.az son 100 ildə Dünyada baş verən ən böyük 15 zəlzələ haqqında məlumatları təqdim edir.

1. Böyük Çili zəlzələsi (1960)

22 may 1960-cı ildə 9,5 bal gücündə olan Böyük Çili zəlzələsi bütün zamanların ən böyük zəlzələsidir. Zəlzələnin episentri paytaxt Santyaqo de Çilidən təxminən 700 km cənubda yerləşən Valdivia şəhəri olub. Zəlzələ Sakit Okeanda yayılan sunamiyə səbəb olub. Nəticədə Hilo, Havay və Cənubi Afrikanın sahil əraziləri 10.000 kilometr məsafədə məhv olub. Zəlzələ qurbanlarının sayının 5 min nəfər olduğu bildirilib.

1- Büyük Şili Depremi - Şili (1960)

2. Şensi zəlzələsi (1556)

1556-cı il yanvarın 23-də səhər saatlarında Çinin Şensi şəhərində baş verən Şensi ən çox təxminən 830.000 insanın ölümünə səbəb olan zəlzələ kimi tarixə düşüb. Zəlzələ Şensi, Şansi, Henan, Qansu, Hebei, Şandunq, Hubey, Hunan, Jiangsu və Anhui əyalətlərinin 97-dən çox əyalətinə təsir göstərib. Zəlzələ zamanı ərazidəki bütün binalar dağılıb.

Şensi zəlzələsi

3. Hind okeanında zəlzələ və sunami (2004)

2004-cü ilin 26 dekabr tarixində Hind okeanında baş vermiş və gücü 9,1-9,3 bal olan zəlzələ müasir tarixin ən məhvedici təbii fəlakətlərindən biri kimi yadda qalan sunamiyə səbəb olub. Zəlzələnin episentri Hind okeanında, Sumatra (İndoneziya) adasının şimal-şərq sahilləri yaxınlığında qeydə alınıb. Zəlzələdən sonra yaranmış sunami İndoneziya, Şri-Lanka, Hindistan və Tayland sahillərinə qədər çatıb. Dalğaların hündürlüyü 15 metrdən çox sunami Yeni Zelandiyanın Oklend adalarının qərb sahillərinə yaxın və Avstraliyanın Makkuori adasının şimal sahili yaxınlığında 8,1 bal gücündə qeydə alınmış zəlzələdən 3 gün sonra baş verib. Alimlərin müşahidələrinə görə isə 8 bal və daha güclü zəlzələlər, orta hesabla, ildə bir dəfə baş verir. Sunami nəticəsində on dörd ölkədə 230 mindən çox insan həlak olub.

Hind okeanında zəlzələ

4. Hələb zəlzələsi (1138)

11 oktyabr 1138-ci ildə Suriyanın Hələb şəhərində baş verən zəlzələdə təxminən 300 min insan həyatını itirib.

4- Halep Depremi - Suriye (1138)

5. Tanşan zəlzələsi (1976)

20-ci əsrin ən çox insan itkisinə yol açan zəlzələsi hesab olunur. Tyanşan zəlzələsi 28 iyul 1976-cı ildə baş verib. Zəlzələnin episentri Çinin Tanşan şəhəridir. 7,8 bal gücündə özünü göstərən təbii fəlakət zamanı 255000 nəfər ölüb. Paytaxt Pekində də hiss olunan zəlzələ zamanı 799000 ada yaralanıb. Zəlzələ sadəcə 10 saniyə davam etsə də, 180000 binanın dağılmasına səbəb olub.

5- Tangshan Depremi - Çin (1976)

6. Haiyuan zəlzələsi (1920)

1920-ci ildə baş vermiş bu faciə 200 min insanın taleyinə son qoyub. 7,8 bal gücündə zəlzələ Qansu bölgəsi kimi tanına Lijunbu Hayyuan və Qanyançı darmadağın edib. Təkcə Hayyuanda 73 min adam ölüb, Xici bölgəsindəki Sujiahe kəndi tamamilə yerə batıb. Zəlzələnin təsiri Norveçdə açıq hiss olunub.

6- Haiyuan Depremi (1920)

7. Haiti zəlzələsi (2010)

12 yanvar 2010-cu ildə Cənubi Amerika ölkəsi Haitidə 7 bal gücündə baş verən zəlzələ zamanı 222000-dən çox adam həlak olub, 300000-dən artıq adam yaralanıb. 100000-ə yaxın ev təmamilə dağılıb. Zəlzələnin episentri paytaxt Port-au-Prinsdən 25 km aralıda olub. Zəlzələ yerin 13 km dərinliyində baş verib. Birləşmiş Ştatların Geoloji Tədqiqatı ərazidə 5.0 və 5.9 bal gücündə on dörd yeraltı təkan silsiləsi qeydə alıb.

7- Haiti Depremi (2010)

8. Xining (1927)

1927-ci ildə Çinin Xinin əyalətində 7,9 bal gücündə zəlzələ baş verib. 200 minə yaxın insan ölüb, 500-dən çox məktəb və iş yerinə ciddi ziyan dəyib.

8- Xining - Çin (1927)

9. Yaponiya zəlzələsi (2011)

2011-ci il martın 11-də baş verən 9 bal gücündə zəlzələ və ona bağlı sunami Yaponiyanın Tōhoku bölgəsini xarabaya çevirib. Bu, Yaponiyada yaşanan ən güclü, dünyada isə ilk 5 ən güclü zəlzədən biridir. Sunami ölkəyə böyük ziyan vurub. 15828 nəfər həlak olub, 3760 nəfər isə okean sularında itkin düşüb. Avtomobil və dəmir yollarına ciddi ziyan dəyib, bir neçə yerdə yanğın baş verib, bənd uçaraq ərazini su basıb. Yaponiyanın şimal-şərqində zəlzələ nəticəsində 4,4 milyon ev işıqsız, 1,5 milyon ev susuz qalıb, ərzaq qıtlığı yaranıb.

10- Japonya Depremi (2011)

10.Aşqabad zəlzələsi(1948)

Dünya tarixində ən dəhşətli fəlakətlərdən biri sayılan Aşqabad zəlzələsini UNESKO 20-ci əsrin ən dağıdıcı fəlakəti kimi tanıyıb. Aşqabad zəlzələsi 1948-ci ildə oktyabr ayının 5-dən 6-na keçən gecə saat baş verib. Birinci təkan Rixter şkalası ilə 7.3 bal gücündə 5-8 saniyə davam edib, davamlı təkanların sonrakı gücü 9 bala çatıb. Zəlzələnin gecə baş verməsi insan ölümlərinin sayının daha çox olması ilə nəticələnib. Zəlzələnin tam təfərrüatları, dəqiq ölüm sayı uzun illər ictimaiyyətdən gizlədilib. İlkin rəqəmlər kimi ölənlərin sayı 36-37 min göstərilib. Amma sonralar zəlzələdə 150-160 min nəfər öldüyü məlum olub.

turkmenistan_earthquake_1948_061018.jpg (128 KB)

11. Kanto zəlzələsi(1923)

1923-cü ilin sentyabrın birində Kanto bölgəsində baş verən fəlakət Yaponiyada ən dəhşətli zəlzələ kimi tanınır. 7,9 bal gücündə yaranan zəlzələ Tokio və Yokohamada da ciddi fəsadlara yol açıb. 142000 adam həlak olub, 380000 ev təmamilə dağılıb.

Dünyada baş vermiş 25 dəhşətli zəlzələ

12. Kəşmir zəlzələsi(2005)

2005-ci il oktyabrın 8-də Pakistanda başlayan yer silkələnmələri 1,2 dəqiqəyə qədər uzanıb. 75 mindən çox insan həlak olub. Ölənlərin 73338 nəfəri Pakistanın, qalan 1400 nəfəri isə Hindistanın payına düşüb. Zəlzələnin episentri paytaxt İslamabaddan 95 kilometr şimal-şərqdə yerləşib.

2005 Keşmir Depremi | Tarihi Olaylar

13. Siçuan zəlzələsi (2008)

Çinin Siçuan əyalətinin Nqava Tibet-Çianq bölgəsində 12 may 2008-ci ildə baş verən 7,8 ballıq zəlzələ böyük dağıntılar yaradıb. Titrəyişlər yaxınlıqdakı ölkələrdə də hiss edilib. 70 minə yaxın insan həlak olub.

Çin'de 6,5 büyüklüğünde deprem meydana geldi - Son Dakika Haberler

14. İran zəlzələsi (1990)

21 iyul 1990-cı ildə baş verən 7,4 ballıq zəlzələ İranın Rudbar, Mancil və Luşan şəhərlərində ciddi dağıntılar törədib. Xəzər dənizinin cənub-qərbindəki Gilan və Zəncan əyalətləri də ciddi zərər görüb. 40 minə yaxın insan ölüb, 60 minə yaxın insan isə xəsarət alıb. 500 min nəfər evsiz qalıb.

İran zəlzələsi

15. Şamaxı zəlzələsi(1667)

1667-ci il Şamaxı şəhərində 6,9 bal gücündə zəlzələ baş verib. Nəticədə 80 mindən artıq insan ölüb. Bu, şəhərin ümumi əhalisinin, təxminən, üçdə birini təşkil edib.

Şamaxı zəlzələsi

# 12415 dəfə oxunub

Oxşar xəbərlər

İmperiya ordeni alan, Həcc ziyarətində ölən Abbasqulu ağa Bakıxanov - 230

İmperiya ordeni alan, Həcc ziyarətində ölən Abbasqulu ağa Bakıxanov - 230

21:00 21 iyun 2024
"Maya" filmi yayımlanacaq - Eksklüziv

"Maya" filmi yayımlanacaq - Eksklüziv

19:00 21 iyun 2024
Azərbaycanda ilk dəfə Beynəlxalq Qurama Festivalı  keçirilir

Azərbaycanda ilk dəfə Beynəlxalq Qurama Festivalı keçirilir

18:51 21 iyun 2024
Rusiyalı aktyor müharibədə həlak oldu

Rusiyalı aktyor müharibədə həlak oldu

18:45 21 iyun 2024
“Antiqona”  tamaşası növbəti dəfə nümayiş olunacaq

“Antiqona” tamaşası növbəti dəfə nümayiş olunacaq

18:00 21 iyun 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

16:45 21 iyun 2024
# # #