"Dublin" mükafatının qalibi elan olundu

"Dublin" mükafatının qalibi elan olundu
25 may 2023
# 17:55

Alman yazıçı Katja Oskamp və tərcüməçi Jo Heinrich 2023-cü il "Dublin" Ədəbiyyat Mükafatının qalibi elan ediliblər.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, yazıçının “Marzahn, mon amour” adlı əsəri qısa siyahıda ən yaxşı seçilib.

Oskampın qalib kitabı olan "Marzahn, Mon Amour" onun yazıçılıq karyerasından imtina etdikdən sonra çalışdığı Berlinin Marzahn bölgəsinə yazdığı sevgi məktubudur.

Oskamp əvvəlcə qalib gəldiyinə inanmayıb: “Mən buna inanmadım, çünki bəzən bizə saxta xəbərlər də verirlər. Amma buna inandığım zaman sevincimdən çoxlu spirtli içki qəbul etməli oldum. Bu mükafat mənim üçün çox qiymətlidir. Fəxr edirəm ki, münsiflər heyətinin diqqətini Şərqi Alman həmvətənlərimin təsirli tərcümeyi-hallarına cəlb edə bilmişəm”.

Qeyd edək ki, dünyanın ən qiymətli illik ədəbiyyat mükafatı olan "Dublin"in mükafat fondu 100 min avrodur. Tərcüməçiyə mükafatın 25 faizi təqdim edilir.

Dublin Literary Award: Writer who found her feet as a chiropodist wins  €100,000 prize – The Irish Times

# 3172 dəfə oxunub

Oxşar xəbərlər

“The Comeback King”  filminin treyleri yayımlandı

“The Comeback King” filminin treyleri yayımlandı

18:51 19 noyabr 2026
Xulio İqlesias  barəsində araşdırma başladı

Xulio İqlesias barəsində araşdırma başladı

17:48 19 noyabr 2026
“Glastonbury-2027”nin əsas ifaçıları məlum oldu

“Glastonbury-2027”nin əsas ifaçıları məlum oldu

17:12 19 noyabr 2026
Məşhur yazıçı vəfat etdi

Məşhur yazıçı vəfat etdi

16:47 19 noyabr 2026
Elton Con süni intellektə qarşı sənətçiləri müdafiə etdi: “Yaradıcılığımızı əlimizdən almayın”

Elton Con süni intellektə qarşı sənətçiləri müdafiə etdi: “Yaradıcılığımızı əlimizdən almayın”

16:21 19 noyabr 2026
“İvan İliçin ölümü” tamaşasının premyerası keçirildi

“İvan İliçin ölümü” tamaşasının premyerası keçirildi

15:55 19 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər