Dövlət “Yuğ” Teatrı beynəlxalq festivalda

Dövlət “Yuğ” Teatrı beynəlxalq festivalda
24 may 2022
# 11:46

Azərbaycan Dövlət “Yuğ” Teatrı Türkiyənin Konya şəhərində keçirilən XIV “Min nəfəs, bir səs” beynəlxalq teatr festivalında iştirak edib.

Kulis.az xəbər verir ki, teatr festivalda “Kloun Z” tamaşasını təqdim edib. Matey Vişnekin “Qoca koun tələb olunur” pyesi əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Umay Həsənovadır.

Feeriya-makabr janrında hazırlanmış tamaşada pyesdən fərqli olaraq, vakansiya üçün müraciət edən klounlar qadınlardır. Səhnə əsərində teatrın sənətçiləri Natəvan Qeybani (Sarı), Zümrüd Qasımova (Qırmızı) və Təranə Ocaqverdiyeva (Yaşıl) çıxış ediblər.

“Min nəfəs, bir səs” Türkiyənin nüfuzlu teatr festivallarındandır. Artıq 14-cü dəfə keçirilən festival bu il 20-30 may tarixlərinə təsadüf edir. Festivalda “Yuğ” teatrı ilə yanaşı, Kosova Sənət Teatrı, Qaqauz Milli Teatrı, Qazaxıstan Dövlət Kukla Teatrı, Qazaxıstan Nur-Sultan Akimat Jastar teatrı, Hollandiya NY Prodakşn, İstanbul Dövlət Teatrı və Van Dövlət Teatrı da iştirak edir. Tamaşa kiminsə verdiyi elana görə iş tapmaq ümidi ilə gəlmiş üç kloun haqqındadır. İş axtaran üç qoca kloun müsahibəyə gəldikləri gözləmə otağında rastlaşırlar. Onlar keçmişi yada salır, zarafatlaşır, kədərlənir, arzularla ovunurlar!.. Bu görüşün sevinci uzun sürmür. Çünki qoca kloun rolu üçün yalnız bir vakansiya təklif olunur. Tədricən üç köhnə dost müasir dövrün faciəvi döyüşçülərinə çevrilirlər. Hər biri var qüvvəsi ilə sağ qalmağa çalışır və özləri üçün illüziya yaradırlar ki, onları “böyük klounada sənətindən” qalan dəyərləri xilas etmək üçün çağırıblar.

Qoca klounlar sübut etməyə çalışır ki, hələ hər şey bitməyib, hələ də bu dünyada kiməsə gərəkdirlər.

# 2474 dəfə oxunub

Oxşar xəbərlər

Elnarə Akimova: "Biz dərsliklərimizə ən müqəddəs dəyərlərimizi yerləşdirməliyik"

Elnarə Akimova: "Biz dərsliklərimizə ən müqəddəs dəyərlərimizi yerləşdirməliyik"

19:40 13 noyabr 2026
Milyonlarla dollar qazanan Hollivud ulduzlarının adları açıqlandı

Milyonlarla dollar qazanan Hollivud ulduzlarının adları açıqlandı

18:40 13 noyabr 2026
Nikol Kidman Fəxri "Sezar" mükafatı ilə təltif olunacaq

Nikol Kidman Fəxri "Sezar" mükafatı ilə təltif olunacaq

17:57 13 noyabr 2026
"Ulduz müharibələri" filmində  istifadə olunan işıq qılıncı rekord qiymətə satıldı

"Ulduz müharibələri" filmində istifadə olunan işıq qılıncı rekord qiymətə satıldı

17:26 13 noyabr 2026
Azərbaycan musiqisi adı ilə süni intellekt əsərləri təqdim olunur? – Firəngiz Əlizadədən sərt açıqlama

Azərbaycan musiqisi adı ilə süni intellekt əsərləri təqdim olunur? – Firəngiz Əlizadədən sərt açıqlama

16:51 13 noyabr 2026
“Bizə formal sərgilər lazım deyil” – Fərhad Xəlilovdan sərgi təşkilatçılarına irad

“Bizə formal sərgilər lazım deyil” – Fərhad Xəlilovdan sərgi təşkilatçılarına irad

16:43 13 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər