Dövlət Rəqs Ansamblı Çelyabinskdə festivalda uğurla çıxış edib

Dövlət Rəqs Ansamblı Çelyabinskdə festivalda uğurla çıxış edib
9 dekabr 2024
# 10:19

Azərbaycan Dövlət Rəqs Ansamblı Rusiyanın Çelyabinsk şəhərində keçirilən “Sineqorye” XIV Beynəlxalq Milli Mədəniyyətlər Festivalında uğurla iştirak edib.

Kulis.az xəbər verir ki, festival çərçivəsində Çelyabinskdə 7, bölgənin digər şəhərlərində 18 konsert, panel müzakirəsi və ustad dərsləri təşkil olunub.

Azərbaycan Dövlət Rəqs Ansamblı (bədii rəhbər: Xalq artisti Rüfət Xəlilzadə) festival günlərində vilayətin mərkəzi Çelyabinskdə, eləcə də regionun Miass və Satka şəhərlərində möhtəşəm konsert proqramları ilə çıxış edib.

Kollektivin Çelyabinsk Operasının səhnəsindəki çıxışı xüsusilə yaddaqalan olub. Ansamblın ifasında “Sarı gəlin”, “Qazaxı”, “Şələqoy”, “Qaytağı”, “Dəflə rəqs” və digər milli rəqs nümunələrimiz böyük maraqla qarşılanıb, tamaşaçıların qəlbini fəth edib.

Ansamblın uğurlu çıxışına görə bədii rəhbər Xalq artisti Rüfət Xəlilzadəyə Çelyabinsk Vilayəti Mədəniyyət Nazirliyinin diplomu təqdim olunub.

# 2397 dəfə oxunub

Oxşar xəbərlər

Ədəbiyyatşünas Dmitro Drozdovski: "Səlim Babullaoğlu mədəniyyət diplomatıdır"

Ədəbiyyatşünas Dmitro Drozdovski: "Səlim Babullaoğlu mədəniyyət diplomatıdır"

20:00 19 oktyabr 2026
Türkiyəli müğənni 10 il müddətinə həbs oluna bilər

Türkiyəli müğənni 10 il müddətinə həbs oluna bilər

18:00 19 oktyabr 2026
Söz adlı dünyanın işığında... - Məcid Rəşadətoğlu

Söz adlı dünyanın işığında... - Məcid Rəşadətoğlu

16:30 19 oktyabr 2026
Tanınmış şoumenin Türkiyədəki konsertinin ləğvi tələb olunur - Səbəb

Tanınmış şoumenin Türkiyədəki konsertinin ləğvi tələb olunur - Səbəb

16:00 19 oktyabr 2026
"Frieze" tənqid hədəfində:  müasir incəsənət, yoxsa varlı kolleksiyaçılar üçün bazar?

"Frieze" tənqid hədəfində: müasir incəsənət, yoxsa varlı kolleksiyaçılar üçün bazar?

15:40 19 oktyabr 2026
35 illik roman  yenidən diqqət mərkəzində

35 illik roman yenidən diqqət mərkəzində

14:20 19 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər