“Donorlarını başqa yerdə axtarmalıdırlar" - Yazıçılar Birliyindən cavab

“Donorlarını başqa yerdə axtarmalıdırlar" - Yazıçılar Birliyindən cavab
18 mart 2025
# 13:06

Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə “Azərbaycan dili üzrə sertifikasiya imtahanı”nın onlayn platformasının təqdimat mərasimində Azərbaycan Yazıçılar Birliyinin üzvlərinə, müəllimlərə, elm adamlarına müraciət edərək ana dili imtahanından keçməyə çağırıb:

“Əlimizdə ilkin data olması üçün bizim ilkin olaraq 2000 nəfərin nəticəsinə ehtiyacımız var".

Kulis.az xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat xidmətinin rəhbəri Xəyal Rza açıqlamasında Birliyə üzv olmaq üçün xüsusi qaydaların olduğunu və bu qaydalara uyğun olmayan şəxslərin üzvlüyə qəbul olunmadığını bildirib:

“Söhbət ana dilini, qrammatikanı bilib-bilməməkdən gedirsə, belə insanlar mediada da, dövlət qurumlarında da, AYB-nin üzvləri arasında da var. Bu, çox geniş araşdırılmalı mövzudur. Amma Azərbaycan Yazıçılar Birliyinin üzvləri onsuz da qəbul komissiyasının xüsusi şərt və qaydalarından keçirlər.

AYB-nə üzv olmaq üçün qəbul komissiyasının qaydaları var və müraciət edənlər həmin qaydalara uyğun olaraq sənədlərini təqdim edirlər. Komissiyanın üzvləri onu dəyərləndirir, hətta müraciət edənlərin arasında saysız-hesabsız insanlar var ki, onlara imtina cavabı verilir. Yəni onların əsərləri layiq olmadığı üçün üzvlüyə qəbul olunmursunuz”.

Düşünürəm ki, öz donorlarını başqa yerdə axtarmalıdırlar

O, AYB üzvlərini ana dili imtahanına cəlb edənlərə donoru başqa yerdə axtarmalarını tövsiyə edib:

“Dil məsələsi bəlli qurumların işidir. Düşünürəm ki, öz donorlarını başqa yerdə axtarmalıdırlar, Yazıçılar Birliyinin üzvləri arasında yox.

Amma dil məsələsi çox vacibdir, özünü azərbaycanlı, bu ölkənin vətəndaşı hesab edən bütün insanlar dilə həssas yanaşmalı və öz ana dilini bilməlidirlər. Kimsə onları test etmək istəsə də, istəməsə də”.

# 2858 dəfə oxunub

Oxşar xəbərlər

Şahzadə Harri:  "Xoşbəxt olanda anama xəyanət etdiyimi  düşünürdüm"

Şahzadə Harri: "Xoşbəxt olanda anama xəyanət etdiyimi düşünürdüm"

14:36 10 oktyabr 2026
2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

13:37 10 oktyabr 2026
Ruzbeh Məmmədin yeni kitabı çap olundu

Ruzbeh Məmmədin yeni kitabı çap olundu

12:33 10 oktyabr 2026
BBC-də 50 illik tarixə son:  Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

BBC-də 50 illik tarixə son: Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

12:06 10 oktyabr 2026
Hollivud aktyoruna silahlı basqın:  "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

Hollivud aktyoruna silahlı basqın: "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

11:00 10 oktyabr 2026
Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

10:30 10 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər