Dönər almağa pulu olmadı, pul qarşılığında soyundu, öz restoranını açdı – reper Xpert haqqında maraqlı faktlar

Azərbaycanlı reper Xpert, Şəhriyar Atababayev

Azərbaycanlı reper Xpert, Şəhriyar Atababayev

2 noyabr 2021
# 15:10

Kulis.az “Nömrə:1” layihəsindən növbəti reper Xpert-in uğur yolu haqqında materialı təqdim edir.

“Onlar dəblə gedir, mən dəbin özüyəm...”

Əsl adı Şəhriyar Atababayev olan Xpert 30 sentyabr 1990-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1996-cı ildə 292 saylı orta məktəbə daxil olmuş və 2007-ci ildə həmin məktəbi bitirmişdir. 2007-ci ildə Qafqaz Universitetinin Türk dili və Ədəbiyyatı fakültəsinin bakalavr, 2012-ci ildə isə magistratura pilləsinə daxil olmuş və oranı bitirmişdir. Ailəlidir və Məryəm adlı qızı var.

Yaradacılığının ilk dövrlərində türk dilində yazmağa başlasa da, sonradan azərbaycan dilində davam edir. Bir müddətdən sonra A4 ləqəbli reper ilə tanış olur və A4-ün köməyi ilə "OD, ForMat" adlı ilk musiqi parçasını ərsəyə gətirir. Daha sonra Naqan, SertOzan adlı repçilərin iştirakı ilə bir neçə musiqi parçası daha yazmışdır. 2010-cu ildə fars əsilli bir sıra repçilərin Azərbaycan repində yazdıqları diss-cavab xarakterli DissPersia adlı musiqi parçasını ərsəyə gətirib. Bu, Xpertin Azərbaycan dilində yazdığı ilk musiqi parçası olmuşdur. 2010-cu ilin ortalarında bütün musiqi parçaları Qanun Beatz "Maddə 1 The Mixtape" adlı albomda yayımladı.

Daha sonra Ramires adlı reper ilə "Yorğun Döyüşçü" adlı musiqi parçasısını yazmışdır. 2010-cu ilinin sonlarında isə tərkibində yer aldığı Synaps Production adlı “label” yaradılırı. 2010-cu ilin dekabr ayında o günə kimi yazılmış və yayımlanmış bütün musiqi parçalarını bir yerə toplamaq məqsədi ilə "Rapsychology bootleg" adlı albomu internetdə yayımlanır.

Azərbaycanda repin inkişafı və keyfiyyətinin artması istiqamətində Xpertin rolu çox böyükdür. O, öz fəlsəfəsi, ideologiyası, informasiya bolluğu, verdiyi müsahibələri, eqosu, yumoru, tərzi və stili ilə daima unikaldır və gündəmdədir.

2012-ci ildə hərbi xidmətdən qayıdan Xpert qısa müddətdə bir neçə "single track" (tək musiqi parçası) çıxarır. Synaps Productionda çalışan digər bir repçi Ramires ilə olan bütün duetlərini bir araya toplayaraq Sarkoma EP adı ilə yayımlayır.

2013-cü ilin yanvar ayında Paster və A4 ilə olan "TTM"adlı musiqi parçası yayımlanıb. 2013-cü ilin mart ayında öz evində qardaşı ilə birlikdə büdcəsi 11 manat 50 qəpik olan ilk klipini çəkmişdir. "Şaman" adlı musiqi parçası 24 saat ərzində “YouTube”da 12 000 baxış sayı toplayaraq şəxsi rekorda imza atdı. Mart ayının sonu “La Poax” adlı “EP” albom internet vasitəsilə yayımlanmışdır. 10 avqustda “Guerrilla” adlı ikinci klipini təqdim etdi. 2 noyabr 2013 tarixində solo konserti baş tutmuş və satış üçün nəzərdə tutduğu ikinci albomu – Akulanı yayımladı.

Sosial şəbəkələrin birində izləyicilərindən gələn “Sən ekspert deyilsən, ekspert olmaq istəyirsən” fikrini təsdiqləyən Xpert, son illər yaradıcılıq istiqamətini dəyişərək, müasir repə ayaq uydurmağa başlayır. Buraxdığı son albomlarında stilini və repə münasibətini kəskin fərqlə dəyişdiyini görürük. Bu hal X-in dinləyiciləri tərəfindən birmənalı olaraq qarşılanmır. İzələyicilər iki yerə ayrılır. Bir tərəf müasir, yeni stilli və fərqli X-i çox bəyənir, digər tərəf isə köhnə X-i tələb edir, onu istəyir. Xpert isə keçən il yayımladığı XXX adlı trekində bütün bu suallara cavab verir:

“Siz köhnə X'i gözdüyürdüz

O isə gəldi xoddadı

Limuzinə mindiz”

2019-cu ildə Rüzgar və Paster-lə birlikdə "Phenom" trekində iştirak edir. Elə həmin il "Synaps Production"-dan ayrılır. 2019-cu ildə Türkiyədə "Epidem1k" kanalında "Limuzin" və "Hər şey yaxşılığa doğru" treklerini buraxır. 2020-ci ildə YouTube-da "İkiqat" kanalında "Yerli Dalğa" adı altında 3 sinql yayımlayır.

HOST-çu, rep dili ilə desək, “old school” reper Orxan Zeynallı ilə Amerikada iki treki (Malcolm və Eşələmə) rep camiası üçün sürpriz olur...

“Mən 6 albomumu bir label ilə – Synaps Productionda çıxartmşam. Ondan sonra Orxan Ata ilə əməkdaşlığım başladı, on birə yaxın single, ardınca da albom işıq üzü gördü. Fərq, gəlinən səviyyə göz qabağındadır. 2010-cu ildə çıxan ilk albomumdan indiyə kimi, yəni 10 ildən artıq müddətdə, belə bir effekt əldə etməmişdim. Zatən öz labelimizi qurmağın zərurəti də buradan yarandı, keçmiş komandamın öz arzuları, istəkləri var idi, fərqli artistlərlə işləmək istəyirdilər, onları heç qınamıram da, onların istədiyi artist ola bilməzdim, çünki komanda mənim üzərimdə işləməliydi, mən də komandamı uğura aparmalıydım. Bu kriteriyalara cavab verməyən komandada qala bilmərəm. Ona görə gəldim, öz komandamızı qurdum, indi də ortaya qoyduğum albom, karyeramın ən yaxşı albomudur. Ən azından, növbətisi çıxana qədər” – deyən Xpert, həyatın ironiyasına bax ki, hazırda Synapsdan ayrılıb...

Ən son "101 Moon Ave" kanalı Xpert'in, yeni “7EDDi” adlı albomunu təqdim etdi. Sayca da yeddinci olan albom 4 trekdən ibarətdir. Bu albom da rep dünyasında, sözün həqiqi mənasında, aləmi bir-birinə vurdu. Bir tərəf həddindən artıq çox bəyəndi, bir tərəf isə ifrat dərəcədə pislədi. Fəlsəfi, metafiziki söhbətlər olan bu albomu bir rep dinləyicisi olaraq çox bəyənmişdim. Pasterin “Bina” albomundan sonra, “7EDDİ” albomu bir daha sübut etdi ki, hər şeyin köhnəsi, X-in təzəsi. Çünki daima dinlənmək və diri qalmaq istəyirsənsə, dünya ilə ayaqlaşmalı, orda baş verən prosesləri yaxından izləməli və müasir sənətə öyrəşməlisən.

Karantin dövrlərində çıxdığı bir “YouTube” şou-verilişində “dinləyicilərim mənə ancaq “respect” göndərir, mən “respect” istəmirəm, dönər almağa pulum yoxdur”, "müəyyən bir məbləğə canlı yayıma maykasız çıxıram” və s. kimi qeyri-adi fikirlər səsləndirdmişdi.

O, həm də səsləndiridiyi iddiaları ilə də məşhurdur. Onun “İnsatgram” hesabından canlı yayım açaraq “Hazırda az-repdə bizim ətrafdan başqa, yerdə qalan bütün reperlərdən yuxarıdayam. Ən yaxşı, ən zövqlü reper mənəm” iddiası, digər reperləri xeyli qəzəbləndirmişdi.

Son dövrlər məşhur reper Okaber ilə “battle” olacağı söz-söhbətləri gəzsə də, reperlərə istədikləri qonorarı hələki verə bilmirlər.

Bu yaxınlarda öz restoranı olan “X burger”-i istifadəyə verən reper, biznes fəaliyyətinə də uğrula başlayıb.

Sonda X-in dinləyicilərə sözü ilə yazını tamamlayaq:

“Xpertin qədrini bilsinlər, Xpertə dəyər versinlər. Mən hər kəsə dəyər verirəm, dəyərin verilmədiyi yerdə isə olmuram”.

# 5668 dəfə oxunub

Oxşar xəbərlər

# # #