Doğum günün mübarək, Dadaş Adna!

Dadaş Adna, fotoqraf

Dadaş Adna, fotoqraf

3 fevral 2023
# 16:40

Bu gün mərhum azərbaycanlı fotoqraf Dadaş Adnanın doğum günüdür. Kulis.az Aliyənin “Doğum günün mübarək, Dadaş Adna” yazısını təqdim edir.

İndi daha çox foto dövrüdür, amma indi həm də fotoşop dövrüdür. İnsanı təəccübləndirmək, güldürmək, düşündürmək üçün nə çabalar var indi.

Dadaş Adna isə sadəcə çəkirdi. Bir dəfə rejissor Əli İsa Cabbarov dedi ki, filmin təsirli alınması, uğuru kamera ilə aktyor arasında baş verənlərdə deyil, kamera ilə rejissorun arasında baş verənlərdədir, kamera rejissorun, operatorun hisslərini də təsvirə fiksə edir.

Fotoğraf açıklaması yok.

Dadaş Adnaın fotolarına öz duyğuları, sevgisi, kədəri, sualı, təəssüfü, ümidi hopub deyə bu qədər təsirli dərindir. Və bu yerdə hansısa xüsusi sentimental mövzuya, havadan kədər qapmağa, səfaləti mərhəmətli zənginlərin gözüylə çəkməyə-filana ehtiyac yox imiş.

Dadaş kameranın arxasından baxırmış və proses başlayırmış.

Dadaşın portretləri insandan insana deyil, insandan tanrıya çağırışdır - sualdır, nidadır. İstisnasız olaraq sevgilidir. Kədər varsa, kədər də, sevinc varsa, sevinc də, təəssüf varsa, təəssüf də, ümid də, qəzəb də bu sevgidən törəyib.

Fotoğraf açıklaması yok.

Dadaş Adna dünyəvi sənətçi idi. Dadaş Adna sənət üçün məkanın (kənd şəhər, müharibə, dinclik və s.) mövzunun (uşaqlar, qocalar, xəstələr, kasıblar) zamanın şərt olmadığını göstərirdi. Bufetçi, dərzi, müəllim, dükançı, kənd musiqiçisi, məktəbli, kəndli, bibi, əmi... Dadaşın “divar”ında sənət əsərinə çevrilirdi. Məhdud düşüncə tərzi, məhdud dünyagörüşlə bu mümkün ola bilməzdi.

Dadaş bəzən Facebookda çılpaq avtoportretlərini də paylaşırdı. Bu fotolar “azad, komplekssiz sənətçi” imici üçün deyildi, bu fotolarda bədən, fotoqrafın öz bədəni fotoaparat obyektivinin qarşısında daha dərin, daha geniş mənalar qazanırdı. Bu fotolarda bədən tənhalığın, sevginin, ölümün, həyatın təcəssümü idi.

Fotoğraf açıklaması yok.

Dadaşın fotoları süni quraşdırılmış deyil, təbii, təhtəlşüur yaranan əsərlərdir. Məsələn, onun “Mənim atam” fotoalbomunda ata gündəlik yaşamında, məişətində təqdim olunur; televizoru qurdalayarkən, oturarkən, yatarkən, üzünü qırxarkən, əllərini daraqlayarkən... Bu detallardan - qəhrəmanın əşyalarından adətən fotoqraflar köməkçi obraz axtararkən istifadə edir. Dadaşın fotosessiyasında isə bu əşyalar atadan danışmaq üçün deyil, onlar sadəcə olaraq ata qavramı ilə birgə qəbul olunur. Bir uşağın gözündə ata qavramı bütün bu əşyalarla bir yerdədir. Dadaş isə atasına uşaq nəzəri ilə baxır, sadəcə obyektivdən baxır...

Fotoğraf açıklaması yok.

Elə adamlar var ki, görüşməsən, bir dəfə qucaqlamasan da, hətta canlı-cansız üst-üstə 3 dəqiqə danışmasan belə, hətta, ümumiyyətlə, danışmasan belə dostun olur, yaxının olur, onun itkisi canını yandırır. Çünki o, adamdan artıq adamdır, ruhu ilə insanları qucaqlamağı bilir.

İlk dəfədi yoxluğun nisbi anlayış olduğunu belə dərindən düşünürəm. Həyatı bu qədər dərindən hiss edən və tanıtdıran adam yox ola bilərmi? Dadaş Adnanın – ƏSL SƏNƏTÇİNİN, sənətin özünün doğum günüdür bu gün. Əsl Sənətçinin isə ölüm günü olmur. Həp doğum günü olur.

Fotoğraf açıklaması yok.

Doğum günün mübarək, Dadaş Adna!

Fotoğraf açıklaması yok.

Fotoğraf açıklaması yok.

Fotoğraf açıklaması yok.

Fotoğraf açıklaması yok.

Fotoğraf açıklaması yok.

Fotoğraf açıklaması yok.

# 8265 dəfə oxunub

Oxşar xəbərlər

Süni intellektin vizual qavrayışa təsirini araşdıran sərgi keçiriləcək

Süni intellektin vizual qavrayışa təsirini araşdıran sərgi keçiriləcək

19:00 18 sentyabr 2026
Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalının açılışı oldu

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalının açılışı oldu

18:34 18 sentyabr 2026
Ahmet Ümitin yeni kitabı nəşr olundu

Ahmet Ümitin yeni kitabı nəşr olundu

18:00 18 sentyabr 2026
Danimarka qədim mədəni irs nümunələrini Türkiyəyə qaytardı

Danimarka qədim mədəni irs nümunələrini Türkiyəyə qaytardı

17:30 18 sentyabr 2026
Devid Bouinin heç yerdə yayımlanmayan mahnıları musiqi platformalarında

Devid Bouinin heç yerdə yayımlanmayan mahnıları musiqi platformalarında

17:00 18 sentyabr 2026
Dərbənddəki Azərbaycan Teatrına Müslüm Maqomayevin adı verildi

Dərbənddəki Azərbaycan Teatrına Müslüm Maqomayevin adı verildi

16:56 18 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər