"Dogstar" qrupu 23 ildən sonra yeni albomunu elan etdi

"Dogstar" qrupu 23 ildən sonra yeni albomunu elan etdi
2 may 2023
# 11:20

Məşhur Hollivud aktyoru Kianu Rivzin bas ifa etdiyi "Dogstar" musiqi qrupu yeni albomunu çıxarmağa hazırlaşır.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, bu, qrupun 23 ildə sonra lentə aldığı ilk yeni musiqi olacaq.

Artıq musiqiçilər dəstəklərinə görə pərəstişkarlarına təşəkkür edib, belə bir sevgi gözləmədiklərini bildiriblər. Albomu yazdırdıqdan sonra "Dogstar" bir neçə konsert keçirməyi də planlaşdırır. Onların tarixləri hələ təyin edilməyib.

"Hələ çox işimiz var, lakin indi bu albomun üzərində işləyirik və bizə fantastik bir komanda yaratmışıq", -deyə qrup qeyd edib. Musiqiçilərin həmçinin yeni sinqla dəstək olaraq klip çəkdirmək istədikləri də məlum olub.

Qeyd edək ki, 1991-ci ildən 2002-ci ilə qədər mövcud olan qrup yalnız iki albom "Our Little Visionary "(1996) və "Happy Ending" (2000) buraxıb.

TIL Weezer's first gig was opening for Keanu Reeves's band, Dogstar :  r/todayilearned

# 2257 dəfə oxunub

Oxşar xəbərlər

Deyv Qrolun qızı “Aclıq oyunları” üçün yeni mahnı yazdı – “Metal Birds” təqdim edildi

Deyv Qrolun qızı “Aclıq oyunları” üçün yeni mahnı yazdı – “Metal Birds” təqdim edildi

17:46 14 noyabr 2026
“Blink-182”, “Evanescence” və “Bring Me The Horizon”  ilk dəfə Dounload Festivalının əsas səhnəsinə çıxacaq

“Blink-182”, “Evanescence” və “Bring Me The Horizon” ilk dəfə Dounload Festivalının əsas səhnəsinə çıxacaq

16:55 14 noyabr 2026
Stivi Uander səhnədən Maklemoru müdafiə etdi: “İstəyirsinizsə, məni də qadağan edin”

Stivi Uander səhnədən Maklemoru müdafiə etdi: “İstəyirsinizsə, məni də qadağan edin”

16:01 14 noyabr 2026
Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı

Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı

14:12 14 noyabr 2026
Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?

Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?

14:00 14 noyabr 2026
“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı oldu - FOTO

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı oldu - FOTO

13:16 14 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər