Dilinin bəlasına düşən dünya şöhrətli yazıçı

Dilinin bəlasına düşən dünya şöhrətli yazıçı
16 noyabr 2024
# 18:16

Kulis.az Samirə Əşrəfin tərcüməsində Joze Saramaqo haqqında yazını təqdim edir.

“Qeyri-mümkünlüyün mümkünlüyü, arzular və illuziyalar-mənim romanımın əsas predmeti məhz bunlardır” deyən Portuqaliya yazıçısı Joze Saramaqo 1922-ci ildə Lissabon yaxınlığındakı Azinaqa qəsəbəsində çox yoxsul bir ailədə dünyaya göz açmışdır. Ailələrinin Souza soyadı daşımasına baxmayaraq, onun soyadı doğum şəhadətnaməsində tünd xasiyyətli atasına verilən Saramaqo (yabanı, acı turp) kimi yazılır.

Sonralar balaca Jozenin ailəsi Azinaqanı tərk edib Lissabon şəhərinə köçürlər. Jozenin soyadı ilə bağlı narahatlıqlar o məktəbə gedən dönəmlərdə baş qaldırır. Lakin, ailənin bütün cəhdərinə rəğmən Saramaqo soyadını dəyişdirmək mümkün olmur.

İbtidai məktəbi bitirdikdən sonra Saramaqo təhsilini kollecdə davam etdirməyə başlayır. Ancaq, ailələrinin yoxsulluğu nəticəsində o, kolleci yarımçıq buraxmaq qərarına gəlir. Ailəsinin maddi durumuna yardım etmək məqsədi ilə avtomobil emalatxanasında usta köməkçisi işləməyə başlayır. Gündüzlər işləyən Saramaqo gecələr kütləvi kitabxanaların birində mütaliə edib dünyagörüşünü və savadını artırmağa başlayır. Və ömrünün sonuna qədər heç bir ail təhsilə yiyələnmir.

Joze Saramaqo çox gənc yaşlarında 22 yaşında rəssam İlde Reyşlə ailə həyatı qurur. 1947-ci ildə onların qız övladı dünyaya gəlir. Elə həmin ərəfədə Saramaqo özünün ilk “Dul” adlı romanını oxucularına təqdim edir. İlk kitabının sevincini yaşayan yazıçı həvəslənərək daha bir neçə roman üzərində işləməyə başlayır. Lakin çox keçmir ki, yazıçı böyük ruh düşkünlüyü yaşayır və daxili dünyasında dərin bir boşluq olduğunu hiss edir. Belə olan halda Saramaqo yazmaqan əl götürür və düz iyirmi il Portuqaliya ədəbiyyatından kənarda qalır.

Yazıçının ədəbiyyata ikinci əsaslı gəlişi 1966-cı ildə baş verir. Ard-arda üç şeirlər kitabını çap elətdirən yazıçı çox keçmir ki, yenidən nəsr aləminə baş vurur. Yazıçılıq fəaliyyəti zamanı o həm də jurnalistika ilə də sıx təmasda olur. “Diareo de Lisboa” qəzetində işlədiyi zamanlarda yazıçı cəmiyyətlə, insanlarla daim ünsiyyətdə olur. Ən yaxşı əsərlərinin yazılması dövrü də məhz həmin vaxta təsadüf edir.

Joze Saramaqo “Gecə pyesi”, “Torpaqdan ucalanlar”, “Baltazar və Bilmunda”, “Rikaro Reyşin ölüm ili”, “Monastr xatirələri”, “Daş bərə”, “Lissabon müharibəsinin tarixi”, “İsanın incili”, “Korluq”, “Mağara”, “Bənzər”, “Təxirə salınmış ölüm” kimi əvəzsiz əsərlərə öz imzasını atır.
Bu müddət ərzində yazıçının ilk nikahı uğursuzluqla nəticələnir. O, İlda Reyşlə yollarını ayırır. 1980-ci ildə Saramaqo ikinci dəfə əslən İspaniyadan olan jurnalist Pilar del Rio ilə ailə həyatı qurur.

A Prized Writer - Portugal Travel Guide

Ədəbiyyata ikinci dönüş edən yazıçının adı qısa zaman ərzində ədəbiyyat sevərlərin dilinə düşür. Dəfələrlə Nobel mükafatına namizəd kimi irəli sürülsə də, bu mükafata 1998-ci ildə, qalmaqallı “İsanın incili” əsərini yazdıqdan cəmi bir il sonra layiq görülür.

Özü üçün bu mükafata layiq görülməsi gözlənimləz olsa da bir çox ədəbiyyatşünaslar və tənqidçilər üçün çox sevindirici olur.

Müəllifin yaradıcılığında xüsusi mərhələ təşkil edən 1998-ci ildə Nobel mükafatına layiq görülmüş “İsanın incili” romanı olur. Bu roman son on illiklərin ən söz-söhbətli romanı olur. Portuqaliyanın hakim dairələri romanın yayımını dayandıqrdıqdan sonra Saramaqo ailəsi ilə birlikdə dövlət katibi vəzifəsindən istefa verib ölkəsini tərk edir. Və ömrünün sonuna qədər Kanar adalarında yaşayır.

Ölkəsindən ayrı düşməsinə səbəb olan “İsanın incili” romanının nəşri ilə katolik kilsənin qəti etirazları başlanır. Din xadimləri yazıçının küfrdə, insanları xristian dininə və onun peyğəmbərinə olan inamsızlıqda günahlandırırlar. Lakin bütün bunlara baxmayaraq, çox tənqidlərə və senzuralara məruz qalan roman əlliyə yaxın dilə tərcümə olunub ən çox mütaliə olunun əsərlər sırasına düşür.

Yazıçı özü haqqında isə belə deyir: “Mən, əslində, pis adam deyiləm, amma həmişə dilimin bəlasına düşürəm”.

Əsərdə İsa adi insanlardan heç nə ilə fərqlənmir. O, qiyamçıdır, özündən əvvəlki qanunları və peyğəmbərləri təkzib edir. Həmin əsərdə Saramaqo ateist düşüncəli biri olduğunu gizlətmir, əksinə daha da qabardır.

Jose Saramago, the translators' friend — EIZIE Association

Yazıçıya dünya şöhrəti qazandıran romanlarından biri də “Korluq” olur. Adı məlum olmayan bir ölkənin şəhərində avtomobil idarə edən bir adam qırmızı işıqda avtomobilini saxladığı zaman gözləri kor olur. Ətrafdan keçən insanlardan biri onu evinə gətirir. Lakin, çox qısa zaman ərzində kor olan adamın ailə üzvləri, getdiyi xəstəxanadakı həkimlər, xəstəxanada gözləyən insanlar, onun avtomobilini oğurlayan insan, bir sözlə ilk korun təmasda olduğu hər kəs kor olmağa başlayr. Xəstəlik bütün şəhəri öz caynağına alır. Ölkənin yarıdan çoxunu işıqdan məhrum edən “ağ fəlakət” adlı xəstəlik hakim dairələri narahat etməyə başlayır. Və karantin elan olunur. Kor insanlar evlərindən təcrid olunub vaxtilə ruhi xəstəxana kimi fəaliyyət köstərən binaya köçürdülürlər. Burada öz başlarına qalan kor insanlar silahlı əsgərlər tərəfindən qorunmaya alınırlar. Xəstəxanaya giriş və çıxış yasaqlanır. Əks təqdirdə silahlar işə düşür. Xəstəxanada yalnız bir nəfərin gözləri görür. O da kor olmuş ərinə kömək etmək üçün yalandan kor olduğunu deyib xəstəxanaya gələn qadındır.

Romanda heç bir qəhrəmanın adı olmur. Korların cəm olunduğu məkan zamanla əsl ruhi xəstəxanaya çevrir. Tezliklə xəstəxanada üsyan baş verir. Və üsyan nəticəsinə xəstəxanada yanğın olur. Yanğın zamanı korların içərisində tək görən qadın xəstəxananın qapılarını açıb bütün korların çölə çıxmasına köməklik edir. Lakin, xəstəxanadan bayırda onun gördüyü mənzərələr qorxunc olur. Hər tərəf kor və ac insanlarla qaynayır. Ətraf, natəmizlik və dağınıqlıq içərisindədir.

Görməsindən istifadə edən qadın bir neçə kor insanı da özü ilə götürüb evinə gedir. Möcüzə isə həmin anda baş verir. İlk kor olan kişi görməyə başlayır. Və onun ardınca da o biri insanların gözləri açılmağa başlayır.

Böyük yazıçının ən yaxşı tərəflərindən biri də əsərlərinin sonluqlarının gözəl olmasıdır. O, öz oxucusunu üç nöqtə ilə bitirib sirli sual qarşısında qoymağı qətiyyən sevmir. Romanlarını parlaq, dinamik və ibrətamiz sonluqlarla bəzəyən Joze Saramaqo 2010-cu ildə səksən yeddi yaşında Kanar adalarındakı evində dünyasını dəyişir.

# 861 dəfə oxunub

Oxşar xəbərlər

Tanınmış meyxanaçı Xəyyam Əhmədli vəfat etdi

Tanınmış meyxanaçı Xəyyam Əhmədli vəfat etdi

01:36 3 dekabr 2024
Natiq Qasımovun əsir düşdüyü, 6 döyüşçünün şəhid olduğu kilsəyə gedən yolda - APA TV

Natiq Qasımovun əsir düşdüyü, 6 döyüşçünün şəhid olduğu kilsəyə gedən yolda - APA TV

21:20 2 dekabr 2024
Elməddin Cəfərov:  "Müşviq illərdir mənim çörəyimi yeyir"

Elməddin Cəfərov: "Müşviq illərdir mənim çörəyimi yeyir"

18:00 2 dekabr 2024
Azərbaycanlı müğənni Malaxovu təəccübləndirdi - Video

Azərbaycanlı müğənni Malaxovu təəccübləndirdi - Video

17:21 2 dekabr 2024
"Özümüz yazıb, özümüz oxuyuruq..." - Kitab təqdimatları niyə urvatsız olur?

"Özümüz yazıb, özümüz oxuyuruq..." - Kitab təqdimatları niyə urvatsız olur?

17:00 2 dekabr 2024
Ruslan Çernetski Belorusiyanın Mədəniyyət naziri  təyin edildi

Ruslan Çernetski Belorusiyanın Mədəniyyət naziri təyin edildi

16:34 2 dekabr 2024
# # #