Diasporla İş üzrə Dövlət Komitəsi Çingiz Hüseynovun vəfatı ilə bağlı nekroloq yaydı

Diasporla İş üzrə Dövlət Komitəsi Çingiz Hüseynovun vəfatı ilə bağlı nekroloq yaydı
9 yanvar 2024
# 21:19

Diasporla İş üzrə Dövlət Komitəsi İsraildə yaşayan yazıçı Çingiz Hüseynovun vəfatı ilə bağlı nekroloq yayıb.

Kulis.az Komitənin nekroloqunu təqdim edir.

"Görkəmli Azərbaycan yazıçısı, Azərbaycan diasporunun tanınmış nümayəndələrindən biri Çingiz Hüseynov ömrünün 94-cü ilində dünyasını dəyişib.

Çingiz Hüseynov 1929-cu il aprelin 20-də Bakıda anadan olub. Nasir, tənqidçi, ədəbiyyatşünas, tənqidçi və tərcüməçi kimi fəaliyyət göstərən görkəmli yazıçı Lomonosov adına Moskva Dövlət Universitetininin filologiya fakültəsini bitirib. 1959-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1979), professor (1980), əməkdar incəsənət xadimi Çingiz Hüseynov əsərlərini iki dildə - Azərbaycan və rus dillərində yazıb.

Qeyd edək ki, XX əsr Azərbaycan bədii fikrinin aparıcı simalarından olan Çingiz Hüseynov uzun illərdir İsraildə yaşayırdı.

Diasporla İş üzrə Dövlət Komitəsi bu ağır itkidən kədərləndiyini bildirir, mərhumun ailə üzvlərinə və oxucularına dərin hüznlə başsağlığı verir."

# 2117 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər