Depardyeyə daha bir ittiham

Depardyeyə daha bir ittiham
22 may 2024
# 16:00

Fransalı aktyor Jerar Depardye Romada fotoqraf Rino Barillariyə hücum etməkdə günahlandırılıb.

Kulis.az xəbər verir ki, aktyor iki qadınla barda masa arxasında əyləşərkən fotoqraf Rino Barillari onlara yaxınlaşaraq çəkilişə başlayıb. Depardye bir neçə dəfə çəkilişi dayandırmağı xahiş etsə də, fotoqraf dayanmayıb. Rino Barillari şəkillər çəkəndən sonra gedib.

Jurnalistlərin sözlərinə görə, Depardyenin yanındakı xanımlardan biri - Maqda Vavrusova onun arxasınca gəlib və qışqırmağa başlayıb. Daha sonra aktyorun özü gəlib və guya fotoqrafı döyməyə başlayıb.

Maqda Vavrusovanın vəkili mətbuata bildirib ki, Rino Barillari qadını qəzəblə itələyib və Jerar Depardye onun müdafiəsinə qalxıb. Xanım xəstəxanaya aparılıb və fotoqrafı məhkəməyə verməyi planlaşdırır.

Eyni zamanda, Barillari özü də iddia edir ki, kameranı çıxaran zaman Depardye ona buz parçası atıb. Bundan sonra Maqda Vavrusova qaçaraq fotoqrafı təhqir edib.

"O məni təpiklədi, sanki dava etmək istəyirdi. Hərəkətsiz qaldım", - deyə Rino Barillari bildirib.

Onun sözlərinə görə, Depardye daha sonra gəlib və ona üç zərbə vurub.

# 2185 dəfə oxunub

Oxşar xəbərlər

Aktyor Aslan Fətullayev vəfat etdi

Aktyor Aslan Fətullayev vəfat etdi

15:39 10 noyabr 2026
Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

15:27 10 noyabr 2026
"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

14:48 10 noyabr 2026
Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

13:30 10 noyabr 2026
“Alatoranlıq” filminin  serialı çəkiləcək

“Alatoranlıq” filminin serialı çəkiləcək

11:47 10 noyabr 2026
Məşhur aktrisa vəfat etdi

Məşhur aktrisa vəfat etdi

10:44 10 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər