“Dədə Qorqud” dastanının yeni nüsxəsi tapıldı – Foto

“Dədə Qorqud” dastanının yeni nüsxəsi tapıldı – Foto
3 mart 2022
# 10:50

“Kitabi-Dədə Qorqud” dastanının yeni nüsxəsi tapılıb.

Bu barədə APA-ya Bakı Dövlət Universitetinin Türkoloji Dərnəyinin rəhbəri Məleykə Mirzəli məlumat verib.

Onun sözlərinə görə, türkiyəli kitab kolleksiyaçısı Mehmet Yayla “Dədə Qorqud” dastanının yeni əlyazmasını ortaya çıxarıb: “Dumlupınar Universitetinin professoru Ersen Ersoy hazırda həmin əlyazma üzərində işləyir və elm aləminə bu haqda da məhz o məlumat verib”.

M.Mirzəlinin sözlərinə görə, yeni tapılan nüsxə ilə İranın Günbəd şəhərində tapılan nüsxəni qarışdırmaq olmaz: "O nüsxə tamamilə başqa əlyazmadır. Onu elm aləminə ilk dəfə Metin Ekici təqdim edib və həmin nüsxəni bir çox alim "üçüncü nüsxə", yaxud "on üçüncü boy" kimi qələmə verir. Lakin bu fakt hələ ki, tam təsdiqini tapmayıb".

Professor Ersen Ersoy isə APA-ya açıqlamasında bildirib ki, indiyə kimi “Dədə Qorqud” dastanının Vatikan, Drezden, Türk Tarix Qurumu və Günbəd nüsxələri məlum olub: “Yeni nüsxə bunlardan Drezden nüsxəsinə daha çox bənzəyir. Yeni nüsxədə də Drezden nüsxəsində olduğu kimi 12 boy var. İlkin baxışdan sonra onu deyə bilərəm ki, yeni nüsxə Drezden nüsxəsinə çox oxşayır, hətta eynisidir”.

E.Ersoy nüsxənin neçənci əsrə aid olmasının və dil-üslub xüsusiyyətlərindən söz açmağın hələ ki tez olduğunu qeyd edib: “Hazırda bu yöndə çalışmalarımız davam edir. Yaxın günlərdə əlyazmanı olduğu kimi nəşr etməyi, ardından isə ərəb qrafikalı əlifbadan latın qrafikalı əlifbaya çevirib nəşr etməyi planlaşdırırıq”.

Qeyd edək ki, 2019-cu ildə də dastanın yeni nüsxəsi tapılıb. "Türkmən-səhra", yaxud "Günbəd" adlanan əlyazma İranın Günbəd şəhərində bukinist Vəli Məhəmməd Xoca tərəfindən aşkar edilib. Əlyazma 61 səhifədən ibarətdir və içərisində 24 soylama ilə bərabər, "Qazan xanım Əjdahanı öldürdüyü boy" da yer alır.

# 3715 dəfə oxunub

Oxşar xəbərlər

Gələcəyin memarlarına kim nümunə göstərilir? – Şərurlu İsfəndiyarın tələbələrlə görüşünün müəmması

Gələcəyin memarlarına kim nümunə göstərilir? – Şərurlu İsfəndiyarın tələbələrlə görüşünün müəmması

18:44 12 noyabr 2026
"Qərb-Şərq divanı – Göte və Mövlana"  adlı konsert proqramı təqdim olunacaq

"Qərb-Şərq divanı – Göte və Mövlana" adlı konsert proqramı təqdim olunacaq

18:43 12 noyabr 2026
Mişel Uelbek  haqqında cinayət işi açıldı – Təfərrüatlar

Mişel Uelbek haqqında cinayət işi açıldı – Təfərrüatlar

18:05 12 noyabr 2026
Kriştiano Ronaldonun studiyası  ilk serial layihəsinin çəkilişlərinə başladı

Kriştiano Ronaldonun studiyası ilk serial layihəsinin çəkilişlərinə başladı

17:32 12 noyabr 2026
Tanınmış aktyor vəfat etdi

Tanınmış aktyor vəfat etdi

17:04 12 noyabr 2026
"Netflix"dən yeni layihə - Cinsi zorakılıqda təqsirləndirilən aktyor barədə

"Netflix"dən yeni layihə - Cinsi zorakılıqda təqsirləndirilən aktyor barədə

16:37 12 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər