Ədəbiyyatımızın qəribə şairləri: Ulucay Akif, Emin Piri, Oğuz Ayvaz...

Ədəbiyyatımızın qəribə şairləri:  Ulucay Akif, Emin Piri, Oğuz Ayvaz...
18 mart 2020
# 10:35

Orxan Saffari

Əslində, bu yazını ilk yazmaq istədiyim an gülüb keçmişdim. Fikirləşirdim, nə də olmasa, gəncdirlər, xətirlərinə dəyərəm, həvəsdən düşərlər. Bir tərəfdən də özlərinin öz vəziyyətlərindən hali olduqlarını fikirləşirdim. Amma gördüm, yox, bunlar nə şeir bilir, nə də ədəbiyyatda harada olduğunu. Ona görə yüngülvari "şapalaq" yazısını yazmağı qərara aldım.

Zəruri qeyd; Bu yazı tənqid deyil. Sadəcə, onlara layiq olduqları şəkildə istehza etməkdir. Ümid edirəm, həqiqəti başa düşüb ölçü götürərlər.

Belə mənasızlar o qədərdir, heç bilmirəm, hansından başlayım. Amma axır-əvvəl başlamalıyam deyə, ilk Ulucay Akifi qeyd edirəm.

Image result for Ulucay Akif

Bəlkə, görə biləcəyiniz ən zəiflər sırasındadır Ulucay. İstər özü, istər şeirləri. Bir yaxşı tərəfi yoxdur ki, çəkib bu ədəbiyyat adlı quyudan çıxardasan. Bir şeirlər kitabı var.

Qızılgül olmayaydı
Saralıb solmayaydı
Ulucayın kitabı
Nolar ki, olmayaydı?

Baxın, zarafata yazdığım bu bənd onun bütün yaradıcılığını darmadağın edir.

Şeirlər kitabının adı da "Günəşə atılan mərmilər”dir. Yox bir, "Ayın üzünə söyən oğlan". Bir dəfə şeirlərini oxumağı qərara aldım. Fikirləşdim, birdən yanılaram, oxuyum, görüm nə var nə yox? Amma yanılmamışam oxumamaqda. Mənasızlığın dibidir. Təxmini, 10-15 şeirində təkcə "Günəş" sözünü gördüm. Təsəvvür edirsiniz? Yaradıcılığının böyük hissəsi günəşə aiddir. Özü elə bilir ki, fərqli nəsə yazır. Neyləsin, mövzu yox, sözü yox. Adam da günəşə bu qədər yaxın hiss edər özünü? Bu, bir-birinin bənzəri şeirlərlə özünü şair saymaq isə ayrı bir dərddir.

İkinci qulağının dibi qızışan, məzmunsuzluğu ilə digər yoldaşlarından seçilməyən paytaxt sakini Eminqueydir. Ernest yox ha, bizim Eminquey.

Image result for Eminquey

İstəyərdim, Eminqueyin yaradıcılığı haqqında geniş danışım. Təəssüf, olmayan bir şey haqqında nəsə danışa bilmirəm. Amma bir dəfəsində bunun da şeirlərinə göz atdım və nə az, nə çox 10-15 "günəş"ə yazılmış şeir də burda çıxdı qarşıma. İlahi, sən məni yerə itələ! Bunlar bu cür yazmaqla şair olurlar, bəs, şairlər nə olsunlar? Görəsən, Ulucay daha mənasızdır, ya Emin? Məncə, ikisi də. Ayrı-seçkilik etmək lazım deyil. İkisi də dostumuzdur. Bunlar əslində, ikisi də bir-birini imitasiya edir. Heç onu da bacarmırlar doğru-düzgün.

Eminqueyin bu yaxınlarda bir kitabı çıxdı. Təbrik edirəm, amma heç ehtiyac yox idi. Bu dəfə tək günəşə şeir yazmaqla yetinmədi, kitabın adını da "Günəbaxan" qoydu. Səni günə baxa bilməyəsən heç! Nə deyim başqa? Hər iki gəncimizə bol günəş arzulasam da, gələcək həyatları ilə bağlı heç bir ədəbiyyat uğuru, adicə uğurlu bir misra belə arzulamıram. Özünüz cəhənnəm, heç olmasa, günəşə yazığınız gəlsin.

Image result for Emin Piri

Digər şeirin anasını ağladan dostumuz Emin Piridir. Nə Seyid kimi seyiddi, nə şair kimi şair. Eminin qadın dırnağı arası yaradıcılığına göz gəzdirəndə daha çox vətənpərvər şeirlər yazdığını görmək olur. Guya indi bu bayraq, torpaq sevdalısıdır. Səhv etmirəmsə, onun bir hərbi keçmişi olmalıdır. Məncə, həmin dövr araşdırılsın. Ədəbiyyata bu cür şerilərlə xəyanət edən adam vətənə nələr etməz? Xahiş edirəm, Emini həbs edin. Əlinə də kağız-qələm verməyin ki, xəyanət edə bilməsin.

Image result for Şəhriyar del Gerani

Pəəəəh. Görün burda başqa kim var. Şəhriyar del Gerani. Digər yoldaşlar kimi Şəhriyar haqqında burada yazmayacam elə də. O, ayrıca bir yazıya gəlir. Amma hələlik onu deyim: oğurluq intonasiyası və misraları çox bəlli olur. Sağlıq olsun, bu barədə yazacağam. İndi onun haqqında danışmağa lüzum görmürəm. Açığı, dilim ağrıyır. Ədəbiyyat necə haqdır!

Image result for Oğuz Ayvaz

Növbəti “qulağı çəkilməli” adam dövrünün ən dəxlsizlərindən biri Oğuz Ayvazdır. Oğuz Ayvaz haqqında yalnız bunu deyə bilərəm: Sjdhjebdjsnfnxnənrjsnsjdnzdjsjəjnəndnjedn

Bilirəm, başa düşmədiniz. Heç mən də onu başa düşmürəm.

Biri də var hələ. Tapın görüm kimdir? Gözəl şair olmayan dostum Əsəd Qaraqaplan.

Image result for Əsəd Qaraqaplan.

Mənə elə gəlir ki, Əsəd zamanında ədəbiyyat adamlarına xox gələrək özünü şair kimi sırıya bilib. Yoxsa, kimsə Əsədə niyə şair desin? Nə vaxtsa, bir “ortababatfasonkimi” bir şeir yazıb, elə bilir şairdir. Şeirinə də o qədər inanıb ki, evlənib eləmir. Bildiniz hansı şeiri deyirəm. Hazırda 34 yaşı olan bu adam elə bir potensiala sahibdir ki, 20 il sonra da ona “gənc şair” deyəcəklər. Adamı oxuyan yox, özü yaza bilmir, amma gəl, bir yandan da kitab çıxardır. Adam bu ümidi haradan alır, bilən yoxdur. Nə deyim, 7-də düzəlməyən 70-də çətin düzəlsin.

Belə, əziz oxucular. Hələlik bunlarla kifayətlənirəm. Yazının ardı olacaq...

# 8963 dəfə oxunub

Oxşar xəbərlər

Konsertdə "İsrailli bəstəkar" etirazı

Konsertdə "İsrailli bəstəkar" etirazı

17:19 12 dekabr 2024
Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

16:26 12 dekabr 2024
Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

14:41 12 dekabr 2024
Selena Qomes evlilik təklifi aldığını bildirdi

Selena Qomes evlilik təklifi aldığını bildirdi

14:09 12 dekabr 2024
Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

13:00 12 dekabr 2024
Xalq artisti vəfat etdi

Xalq artisti vəfat etdi

12:46 12 dekabr 2024
#
#
# # #