Corc Qafarov: "Qarabağ müharibəsi haqda çəkiləcək filmin pulları yeyildi"

Corc Qafarov:  "Qarabağ müharibəsi haqda çəkiləcək filmin pulları yeyildi"
17 mart 2023
# 11:20

Aktyor Corc Qafarov instaqramda etdiyi paylaşımla diqqət çəkib.

Kulis.az xəbər verir ki, aktyor ikinci Qarabağ müharibəsinə həsr olunmuş filmin hazırlıq çəkilişlərindən video paylaşaraq ekran işinin lentə alınmadığını bildirib:

"Filmin adı "Milyonlarla büdcə"... Bu kadrlar çəkilişə hazırlıq prosesidir və təlimdir. Keçən il İkinci Qarabağ müharibəsinə həsr olunmuş, ən əsası zəfərimizlə bağlı böyük bir film çəkilməli idi. Çəkilmədi, çünki, böyük miqdarda pullar yeyildi. Kim necə yedi, orasını yalan deyərəm. Hələ bizə ayrılan biabırçı qonorardan danışmıram. Şəxsən mən o çəkilişə pula görə deyil, borc bilib razılıq verdim.

Təlimlərə görə yola düşdük, 1 aya yaxın orada yaşadıq. Təlimlərdə ayağımız, əllərimiz yara olmuşdu. Bundan şikayətçi deyiləm, əksinə bundan həzz alıram. Amma yanımızda olmalı idiniz və bütün aktyorlara qulluq etməliydiniz, etmədiniz. Bu əziyyətə görə, biz az miqdarda olan qonorara razılıq vermişdiksə, maddi tərəfdən yaramırsınızsa, heç olmasa, mənəvi tərəfdən yarıyardınız. Mən vicdanlı olanlar tərəfindəyəm, pul yeyənlər tərəfində deyiləm. Dünyaya işıq saçan insanlar tərəfindəyəm. Nə edirəmsə, təmiz iş görürəm. İşimə, həyatıma siz keyfiyyətsiz adamların bir ömrü dəyməz. Mənim kimdənsə nə qorxacağım, nə də çəkinəcəyim yoxdur. Bu mətni yazdım ki, gec deyil, ayılın və vicdanlı olun, işinizlə düzgün məşğul olun. Ümid edirəm, Azərbaycan incəsənətinə ləkə salanlar bir-bir təmizlənərlər. Buna əminəm, geci-tezi var!".

# 4618 dəfə oxunub

Oxşar xəbərlər

“İki aktrisa üçün baş rol” əsəri əsasında eyniadlı tamaşanın məşqlərinə başlanıldı

“İki aktrisa üçün baş rol” əsəri əsasında eyniadlı tamaşanın məşqlərinə başlanıldı

18:11 11 noyabr 2026
“My Chemical Romance”dan tarixi rekord

“My Chemical Romance”dan tarixi rekord

18:06 11 noyabr 2026
Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxsin məhkəməsi başlayır

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxsin məhkəməsi başlayır

17:07 11 noyabr 2026
27 yaşlı aktrisanın meyiti küçədə tapıldı

27 yaşlı aktrisanın meyiti küçədə tapıldı

17:04 11 noyabr 2026
Rembrandtın "Gecə keşikçisi"  tablosunda  bakteriyalar aşkar edildi

Rembrandtın "Gecə keşikçisi" tablosunda bakteriyalar aşkar edildi

16:26 11 noyabr 2026
Məşhur aktyor dünyasını dəyişdi

Məşhur aktyor dünyasını dəyişdi

15:28 11 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər