Xalq yazıçısı: “Heç nə yaza bilmirəm”

Xalq yazıçısı: “Heç nə yaza bilmirəm”
1 oktyabr 2021
# 11:40

“Kitab gözəl bir şeydir. Sadədəcə kitaba qədər olan məsələlər bir az dolaşıqdır. Misal üçün, ədəbi mühit. Boş qab çox səs-küy edir. Yəqin boşluğumuz var. Səs-küy çoxdur.”

Bu sözləri Bakı Kitab Satış-Sərgisinə fəxri qonaq kimi dəvət edilən Xalq yazıçısı Mövlud Süleymanlı Kulis.az-a açıqlama verərkən söyləyib. O, daha sonra əlavə edib:

“Bir neçə gün qabaq Anım günü keçirdik, o, xeyli təmizlədi bizi. Mən belə hiss edirəm bir yazan adam kimi. İnşallah qələbənin təmiz ruhu kitab mühitinə də gəlib çıxacaq. O ruh təmizləyəcək bizi. Yaxşıya yaxşı deyəcəyik, pisə-pis. Ən böyük qələbələrdən biri də budur. Harda ki, pisə pis deyirlər, yaxşıya yaxşı o yerdə gözəlliklər olacaq”.

Mövlud Süleymanlı yaradıcılığından da söz açıb:

“İndi heç nə yaza bilmirəm. Gözüm imkan vermir. Neçə ildir yazmıram. Yazdıqlarımı oxuyuram. Müəllif kimi yox, oxucu kimi oxuyuram. Səhvlərimi axtarıram. Şükürlər olsun ki, çox da səhvlərə rast gəlmirəm. Başqa bir dövlətdə də olsam elə o cür yazardım. Sovetdə necə yazmışamsa, elə.”

# 1988 dəfə oxunub

Oxşar xəbərlər

Bakıda Qırğız Mədəniyyəti Günləri  keçiriləcək

Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək

16:40 20 aprel 2024
Moskvada Tağıyevin xatirə gecəsi keçirildi

Moskvada Tağıyevin xatirə gecəsi keçirildi

16:00 20 aprel 2024
DokuBaku Beynəlxalq Film Festivalına müaciətlə qəbul olunur

DokuBaku Beynəlxalq Film Festivalına müaciətlə qəbul olunur

15:00 20 aprel 2024
Nəvəsi Cavaşir Məmmədovu yad etdi

Nəvəsi Cavaşir Məmmədovu yad etdi

14:18 20 aprel 2024
Məşhur reper saxlanıldı - Səbəb

Məşhur reper saxlanıldı - Səbəb

13:35 20 aprel 2024
Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi

Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi

13:06 20 aprel 2024
#
#
# # #