Saatlar qaldı: Ədəbiyyat üzrə Nobel mükafatını kim qazanacaq? - Ehtimallar

Saatlar qaldı: Ədəbiyyat üzrə Nobel mükafatını kim qazanacaq? - Ehtimallar
8 oktyabr 2020
# 11:14

Nobel Ədəbiyyat Mükafatı İsveç Akademiyasında yaşanan təcavüz iddialarından sonra xeyli nüfuz itirdi. İsveç Akademiyasındakı bu qarışıqlığa görə, 2018-ci ilin qalibinin adının 2019-cu ilin qalibinin adı ilə bir yerdə açıqlanması tarixdə ilk hadisə idi və kitabsevərləri xeyli təəccübləndirdi.

2018-ci üçün Nobel mükafatının bir qadın romançıya, polşalı yazar Olqa Tokarçuka verilməsi əsla təsadüf deyildi.

2019-cu ildə bu mükafatı provokativ çıxışları ilə tanınan, haqqında “Qərbə münasibətinə görə əsla Nobel ala bilməz” deyilən, Serbiyaya rəğbəti ilə seçilən avstriyalı yazar Peter Handeke almışdı.

2017-ci ildə isə qalib yapon əsilli ingilis yazıçı Kazuo İşiquro olmuşdu.

Yəni ard-arda üç il çağdaş dünya ədəbiyyatının əhəmiyyətli üç avropalı yazıçısı Nobel mükafatına layiq görüldü.

Bəs 2020-nin Nobel Ədəbiyyat Mükafatının qalibi kim olacaq?

Nobel Prize banquet cancelled over coronavirus: Nobel Foundation

Nobel mükafatını qazanma ehtimalı olan yazıçıları sayaq: fransız romançı Maryse Konde, rus romançı Lyudmila Ulitskaya, yaponiyalı romançı Haruki Murakami, kanadalı romançı Marqaret Atvud, keniyalı romançı Ngugo Va Thingo, kanadalı şair Anne Karson, ispaniyalı romançı Kavier Marias, cənubi koreyalı şair Ko Un və çinli romançı Yan Lianke.

Nobel uğrunda mübarizədə yenə romançılar üstünlük təşkil edir. Ancaq sadaladığımız 9 imzadan 4-ü qadın yazardır. Yəni 2018-ci ildən sonra 2020-ci ildə də bir qadın yazara Nobel verilmə ehtimalı heç də az deyil.

Ard-arda 3 romançının Nobel qazandığını düşünsək və 2016-cı ildəki Bob Dilan surprizini xatırlasaq bir şairin bu mükafatı qazanma ehtimalı heç də az deyil.

Karib dənizindəki köləlik və fürsətçillikdən qaynaqlanan Afrika diasporunu araşdıran Maryse Konde və “Tolstoyun modern versiyası” adlanan Lyudmila Ulitskaya romançılar arasında, Anne Karson və Ko Un isə şairlər arasında önə çıxan imzalardır. Haruki Murakami və Marqaret Atvud kimi olduqca məşhur imzaların mükafatlandırılma ehtimalının az olduğu düşünülür.

Son illərdə favroitlər arasında adı keçən keniyalı yazıçı Ngugu Va Thionginin isə mükafatın uzun müddət sonra Afrikaya getmə ehtimalını artırdığını demək mümkündür. Adı hallanan Kavier Marias isə mükafatı ən çox haqq edən yazar hesab olunur.

Nobel Ədəbiyyat Mükafatının qalibinin adının açıqlanmasına saatlar qaldı. Həyəcanlı bir gözləmədir. Baxaq görək, mükafatı bu 9 imzadan biri alacaq, yoxsa sürprizlə qarşılaşacağıq.

# 3561 dəfə oxunub

Oxşar xəbərlər

Rəşad Məcidə ağır itki üz verdi

Rəşad Məcidə ağır itki üz verdi

10:33 15 noyabr 2026
Deyv Qrolun qızı “Aclıq oyunları” üçün yeni mahnı yazdı – “Metal Birds” təqdim edildi

Deyv Qrolun qızı “Aclıq oyunları” üçün yeni mahnı yazdı – “Metal Birds” təqdim edildi

17:46 14 noyabr 2026
“Blink-182”, “Evanescence” və “Bring Me The Horizon”  ilk dəfə Dounload Festivalının əsas səhnəsinə çıxacaq

“Blink-182”, “Evanescence” və “Bring Me The Horizon” ilk dəfə Dounload Festivalının əsas səhnəsinə çıxacaq

16:55 14 noyabr 2026
Stivi Uander səhnədən Maklemoru müdafiə etdi: “İstəyirsinizsə, məni də qadağan edin”

Stivi Uander səhnədən Maklemoru müdafiə etdi: “İstəyirsinizsə, məni də qadağan edin”

16:01 14 noyabr 2026
Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı

Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı

14:12 14 noyabr 2026
Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?

Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?

14:00 14 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər