Ananın meyiti ilə selfi çəkmək ehtiyacı necə yaranır?

Ananın meyiti ilə selfi çəkmək ehtiyacı necə yaranır?
23 fevral 2021
# 12:30

Dünən bir şəkil sosial şəbəkələrdə gündəmə çevrildi və çox qınandı.

AzTV-nin əməkdaşı vəfat etmiş anasının meyiti ilə selfi çəkib paylaşdı.

Onu buna vadar edən səbəblər nə idi?

Bu barədə bir az düşündüm və fikirlərimi bölüşmək istədim.

Həyatımıza çox böyük sürətlə daxil olmuş sosial şəbəkələr elə bizim özümüzü də kəskin şəkildə dəyişməyi bacardı.

İnsanlar yersiz şəkildə öz fərdi, hətta intim məsələlərini sosiallaşdırmağa başlayıb.

İctimai yükü olmayan məsələləri paylaşmağın nə mənası var? Bu, bizə nə verir?

Düşünürəm ki, heç nə.

Belə paylaşımlar bizə “layk”dan başqa heç nə vermir.

Əvvəla, maraqlıdır, biz bu tip paylaşımları niyə “layk” edirik?

Deyəsən, bu, bizim mahiyyətimizdəki ziddiyyətdən xəbər verir.

Biz məhəllədə tum çırtlayıb qeybətləşən “xala”, ötüb keçənin dalınca danışan “dayı” xislətimizdən xilas ola bilmirik.

Efirdə ən çox reytinq gətirən verilişlərin ailə-məişət məsələləri olmasının səbəbi də budur.

İngiltərəni, Almaniyanı demirəm, orta səviyyəli Avropa ölkəsində də milyonlarla insanın bu cür verilişləri izləməsini təsəvvür edirsiniz?

Mən etmirəm.

Cek və Cesikanın boşanma səbəbinin, aliment problemlərinin Conu narahat edəcəyini, maraqlandıracağını düşünmürəm.

Biz sosial şəbəkələrdə bu “xüsusiyyətimizi” daha açıq şəkildə ortaya qoyuruq.

İctimai əhəmiyyəti olmayan kədər və problemlərimizi yalınız sənətə çevirib sosiallaşdıra bilərik.

Bu zaman hamıya açılan fərdi və intim duyğularımızın bir mənası olacaqdır.

Həmçinin sosial şəbəkələrin bizə bir başqa qəribə təsiri də oldu.

Məhrəm sayılacaq bütün məsələlərimizi də böyük həvəslə paylaşırıq.

Əvvəl ən yaxın dostumuza, doğmamıza belə danışa bilmədiyimiz məsələləri indi sosial şəbəkələrdə rahat-rahat paylaşırıq.

Sevgilimizdən ayrılmağımızı, yeni sevgili tapmağımızı, evlənməyimizi, boşanmağımızı, yoldaşımızın hamilə olmasını...

Bir o qalıb yataqdan canlı yayım edək.

Hamısı da yalnız və yalnız “layk” yığmaq üçün...

İnsan özünü “layk”a qurban verərmi?

Və biz gizlinlərimizi, intimlərimizi açıb tökdükcə daha da qeyri-səmimi, saxta insana çevrilirik.

Bəs, görəsən, sosial şəbəkələr müasir insanı bu qədər hər şeyi üzdə və qeyri-səmimi olmağa niyə vadar edir?

Fiziki cəhətdən soyunmağı bildik, mənəvi cəhətdən soyunmaq, lütlənmək kimin işinə yarayır?

Bizi yatağımıza, ölən anamızın tabutunacan tanımaq və görmək istəyən kimdir?

Və məqsədi nədir?

Suallar ətrafında ciddi-ciddi düşünmək azdır, həm də bu barədə oxuyub öyrənmək lazımdır.

# 6937 dəfə oxunub

Oxşar xəbərlər

Əfsanəvi modelyer 88 yaşında vəfat etdi

Əfsanəvi modelyer 88 yaşında vəfat etdi

10:20 15 sentyabr 2026
Azərbaycanda Bilik Günü  qeyd olunur

Azərbaycanda Bilik Günü qeyd olunur

09:50 15 sentyabr 2026
Aptekdə işlədi, oteldə yaddaşını itirdi... - “Detektiv kraliçası” haqqında maraqlı faktlar

Aptekdə işlədi, oteldə yaddaşını itirdi... - “Detektiv kraliçası” haqqında maraqlı faktlar

09:40 15 sentyabr 2026
Tanınmış rejissor şəxsi əşyalarını Servantes İnstitutuna verdi - Səbəb

Tanınmış rejissor şəxsi əşyalarını Servantes İnstitutuna verdi - Səbəb

09:25 15 sentyabr 2026
Azərbaycan “Ən yaxşı mətbəx” nominasiyasında Daşkənddə mükafatlandırıldı

Azərbaycan “Ən yaxşı mətbəx” nominasiyasında Daşkənddə mükafatlandırıldı

09:15 15 sentyabr 2026
Mətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildi

Mətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildi

17:45 14 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər