“Qəhrəmanım sənsən” - Natiq Məmmədlinin yeni kitabı çap olundu

“Qəhrəmanım sənsən” - Natiq Məmmədlinin yeni kitabı çap olundu
7 iyul 2020
# 13:19

Yazıçı Natiq Məmmədlinin seçmə hekayələrindən ibarət kitabı işıq üzü görüb.

Kulis.az xəbər verir ki, "Köhlən" Nəşriyyatının çap etdiyi kitabda müəllifin yeni, habelə müxtəlif vaxtlarda qələmə aldığı otuza yaxın seçmə hekayəsi yer alıb.


Kitab yazıçının “Mənim oxucum mənim qəhrəmanımdır”, devzi ilə oxucularına müraciəti ilə başlayır. “Qəhrəmanlar təkcə müharibələrdə yetişmir. Adi həyatlarını yaşayan elə səssiz, elə təvazökar qəhrəmanlar var ki, bəlkə də hər gün yanımızdan ötüb keçirlər, amma biz onların fərqinə varmırıq. Heç özlərinin də öz hünərindən xəbərləri olmur. Onların qəhrəmanlığı qəfil bir anın içərisinə sığmayan, ömür boyu davam edən şücaətdir. Onlar qeyri-adi heç nə etmirlər, sadəcə oxuyurlar və mənəvi dünyamızdan gurultulu sözlər danışmağı sevməzlər, lakin onun sərhədlərini qoruyarlar. Onlar məsləhət vermir, öz şəxsiyyətləriylə nümunə yaradırlar. Mən səssiz qəhrəmanların yazıçısıyam”, - deyə yazıçı oxucularına xitab edir.

Gallery


“Ləyaqət düsturu”, “Bekketə salam” hekayələr toplusu və “Körpüdə ümid” romanından sonra “Qəhrəmanım sənsən” Natiq Məmmədlinin oxucularla növbəti görüşüdür.
Kitabı şəhərimizin kitab mağazalarından əldə edə bilərsiniz, həmçinin "Köhlən" Nəşriyyatından onlayn sifariş də mümkündür.

# 3903 dəfə oxunub

Oxşar xəbərlər

Xanəndə Aqil Məlikov əməliyyat olundu

Xanəndə Aqil Məlikov əməliyyat olundu

11:56 3 avqust 2026
Daşkəndin 10 modern tikilisi UNESCO-nun  siyahısına daxil edildi

Daşkəndin 10 modern tikilisi UNESCO-nun siyahısına daxil edildi

11:50 3 avqust 2026
Dünyanın ən gözəl sözü - Maori qəbiləsinə məxsusdur

Dünyanın ən gözəl sözü - Maori qəbiləsinə məxsusdur

11:15 3 avqust 2026
Fələstini dəstəkləyən məşhur qrupun bu ölkəyə girişi qadağan edildi

Fələstini dəstəkləyən məşhur qrupun bu ölkəyə girişi qadağan edildi

11:00 3 avqust 2026
Xalq yazıçısı Elçinin qəbirüstü abidəsinin açılışı oldu

Xalq yazıçısı Elçinin qəbirüstü abidəsinin açılışı oldu

10:25 3 avqust 2026
Məşhur rəssam vəfat etdi

Məşhur rəssam vəfat etdi

10:06 3 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər