"Avroviziya - 2020"də Azərbaycanı o təmsil edəcək

"Avroviziya - 2020"də Azərbaycanı o təmsil edəcək
28 fevral 2020
# 12:48

İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) "Avroviziya-2020" beynəlxalq mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək iştirakçının adını açıqlayıb.

İTV-dən APA-ya verilən məlumata görə, bu il Azərbaycanı Rotterdamda (Niderland) Samirə Əfəndi təmsil edəcək.

Ölkəmizi təmsil edəcək ifaçının seçilməsi üçün 5 namizədin iştirak etdiyi qapalı kastinq keçirilib. Onların arasında Samira Əfəndi, Ləman Dadaşova, Elvin Novruzov, Cəbrayıl Rəsulov və Riyad Abdulov iştirak ediblər.

Təmsilçi musiqi produserlərinin, müəllif və bəstəkarların, jurnalistlərin, televiziya nümayəndələrinin və s. daxil olduğu Beynəlxalq Musiqi ekspertləri qrupunun səsverməsi əsasında müəyyən edilib.

Daha öncədən də "Avroviziya" müsabiqəsinin seçim mərhələsində iştirak edən Samira Əfəndi "Yeni ulduz", “Böyük Səhnə” (3-cü yer) və "Səs Azərbaycan" (3-cü yer) kimi məşhur musiqi layihələrində iştirak edərək güclü vokal səsi ilə yaddaşlarda qalıb. Samira Əfəndi 2017-ci ildə Almatıda "Silk Way Star" (3-cü yer) Beynəlxalq vokal televiziya layihəsinə, 2019-cu ildə isə Qazaxıstan Respublikasında keçirilən "Voice of Nur-Sultan" Beynəlxalq festivalına qatılıb.

Qeyd edək ki, Niderlandın Rotterdam şəhərində keçiriləcək və şüarı “Open up!” ("Açıl!") olan “Avroviziya -2020” mahnı müsabiqəsinin yarımfinal mərhələləri may ayının 12 və 14-də, final mərhələsi isə mayın 16-da "Ahoy Arena"da reallaşacaq. Azərbaycan təmsilçisi "Avroviziya-2020" müsabiqəsinin birinci yarımfinalının ikinci hissəsində çıxış edəcək.

Xatırladaq ki, 16 sentyabr 2019-cu il tarixində Azərbaycanın "Avroviziya-2020" Mahnı Müsabiqəsində iştirakı rəsmən təsdiqlənib.

# 4168 dəfə oxunub

Oxşar xəbərlər

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

18:12 8 noyabr 2026
Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə  mövzusunda yazılmış məşhur romanlar

Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə mövzusunda yazılmış məşhur romanlar

14:00 8 noyabr 2026
Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

12:32 8 noyabr 2026
Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

11:55 8 noyabr 2026
"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

10:37 8 noyabr 2026
Azərbaycanda Zəfər Günü  qeyd olunur

Azərbaycanda Zəfər Günü qeyd olunur

09:42 8 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər