Cəlil Cavanşir üsyan etdi: “Bizə anormal münasibət göstərirlər”

Cəlil Cavanşir, yazar

Cəlil Cavanşir, yazar

17 fevral 2022
# 14:00

"Yeni şeir kitabımın hazırlıqlarına dekabr ayında başladım. Bir neçə təklif vardı, düşündüm-daşındım qəbul etmədim”.

Bu sözləri Kulis.az-a tanınmış şair Cəlil Cavanşir söyləyib. O, daha sonra əlavə edib:

“Nəşriyyatların vəziyyətindən xəbərdaram, şairə, yazıçıya qonorar vermək imkanları məhduddur. Ancaq, nəşriyyat kitabı çap edib satışa çıxarırsa, mütləq müəllifə qonorar ödəməlidir. Simvolik də olsa, yazıçı və şair qonorar almalıdır. Nəşriyyat sadəcə jest olaraq müəyyən müəllifləri öz hesabına çap edir və satışa çıxarır. Sonrakı mərhələ nə yazıçıya, nə də nəşriyyata maraqlı olur. Kitab qalır rəflərdə, uzaqbaşı yarmarkalarda 50-90%-lik endirimlə satılır. Ümumiyyətlə, Azərbaycan müəllifisənsə nəşriyyat da, kitab mağazası da sənə anormal münasibət bəsləyir. Mən istəyirəm ki, kitabıma görə qonorar ödənsin və nəşriyyat çap etdiyi kitabın yayılmasında, satılmasında maraqlı olsun, satış, marketinq strategiyası düşünsün. Artıq "Azərbaycan müəllifləri oxunmur, satılmır" bəhanəsi ilə yerli müəllifləri aşağılamağa son qoyulmalıdır. Azərbaycan müəllifi kifayət qədər sanballı əsər yazır, dəstəyi, köməyi olsa dünyaya da çıxar, dünya səviyyəli mükafatlar da alar. Dövlət və özəl nəşriyyatlar zəhmət çəkib düzgün strategiya ilə yerli müəllifləri təbliğ edib, kitablarını satmaqda maraqlı olmalıdır.

Bu günə qədər naşirlərdən hər zaman dəstək görmüşəm. Kitablarım nəşriyyatların hesabına çap olunub. Satılan kitablarım da şəxsi nüfuzum, reklamım hesabına satılıb. Bu variantı artıq uğurlu hesab etmirəm. Şeir kitabıma hansı nəşriyyat qonorar təklif etsə, onunla işləyəcəm. Qonorar verilməsə kitab çap etdirməyi düşünmürəm”.

# 3707 dəfə oxunub

Oxşar xəbərlər

“Blink-182”, “Evanescence” və “Bring Me The Horizon”  ilk dəfə Dounload Festivalının əsas səhnəsinə çıxacaq

“Blink-182”, “Evanescence” və “Bring Me The Horizon” ilk dəfə Dounload Festivalının əsas səhnəsinə çıxacaq

16:55 14 noyabr 2026
Stivi Uander səhnədən Maklemoru müdafiə etdi: “İstəyirsinizsə, məni də qadağan edin”

Stivi Uander səhnədən Maklemoru müdafiə etdi: “İstəyirsinizsə, məni də qadağan edin”

16:01 14 noyabr 2026
Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı

Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı

14:12 14 noyabr 2026
Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?

Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?

14:00 14 noyabr 2026
“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı oldu - FOTO

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı oldu - FOTO

13:16 14 noyabr 2026
“Oasis”  “Rock & Roll Hall of Fame” mərasiminə qatılmayacaq

“Oasis” “Rock & Roll Hall of Fame” mərasiminə qatılmayacaq

12:38 14 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər