Çəkiliş meydançasında aktyorlara psixoloji və fiziki təzyiq göstərən dahi rejissor

Çəkiliş meydançasında aktyorlara psixoloji və fiziki təzyiq göstərən dahi rejissor
26 iyul 2025
# 14:56

26 iyul ustad rejissor Stenli Kubrikin doğum günüdür.


Kulis.az bu münasibətlə dünya kinematoqrafiyasının ən önəmli və təsirli rejissorlarından biri sayılan Kubrikin həyat və yaradıcılığı ilə bağlı diqqətçəkən faktları təqdim edir.

***

Stenli Kubrik 1928-ci ildə Nyu-Yorkda, Avstriya, Rumıniya və Rusiya köklərinə sahib yəhudi köçkün bir ailədə dünyaya gəlib. Ağıllı uşaq kimi dəyərləndirilsə də, məktəbdə uğur qazana bilməmişdi. Onun həyatını dəyişdirən ilk addım atası ilə birlikdə şahmata maraq göstərməsi, daha sonra isə 13 yaşında atasının ona ilk kamerasını hədiyyə etməsi oldu.

***

Mükəmməllik axtarışında olan Kubrik 46 illik karyerası ərzində cəmi 16 film çəkib. Ancaq bu filmlərin əksəriyyəti kino tarixinin dönüm nöqtələrinə çevrilib və Kubriki bütün dövrlərin ən çox istinad edilən rejissorlarından birinə çevirib.

***

Karyerasına fotoqraf kimi başlayan Kubrik məktəb illərində fotoqrafiya klubunun üzvü olub. 1950-ci illərdə rejissorluğa keçməzdən əvvəl məşhur “Look” jurnalında fotoqraf kimi çalışıb.

***

Kubrik pişiklərə valeh idi. Onun evində uzun illər ərzində bir neçə pişik saxlanılıb və öləndə evində 8 pişiyi var idi. Rejissorun tək qaldığı və “qalası” sayılan montaj otağına heç kim daxil ola bilməzdi, yalnız pişikləri istədikləri kimi ora girib-çıxa bilərdilər.

***

Bir səhnəni onlarla dəfə təkrar çəkməklə tanınan Kubrik, ideal performans almaq üçün aktyorlara bəzən psixoloji və fiziki təzyiq göstərirdi. “A Clockwork Orange” filmində baş rolda oynayan Malkolm Makdauel onun göz qapaqlarının açıq saxlanıldığı səhnədə ciddi zədə aldığını, lakin Kubrikin yalnız çəkilişlərin davamını düşündüyünü etiraf etmişdi.

***

Kubrik 1953-cü ildə “Fear and Desire” adlı ilk tammetrajlı filmini çəkmək üçün maddi baxımdan atası və əmisi tərəfindən dəstəkləndi.

***

“Üzüklərin hökmdarı” əsərinin ekranlaşdırılmasında oynamağı arzulayan "Beatles" üzvləri rejissorluq üçün Kubrikə müraciət etmişdi. Lakin Kubrik bu təklifi rədd etmişdi. İddialara görə, kitabın populyarlığının yaradacağı yüksək tamaşaçı gözləntisi onu narahat etmişdi.

***

Kubriklə çalışan bir çox sənətçi sonradan onunla münasibətləri kəsmişdi. “Dr. Strangelove” filmindən sonra aktyor Corc C. Skott bir daha onunla işləmək istəmədiyini bildirib. İddialara görə, Kubrik aktyorlardan əvvəl "axmaqcasına" davranmalarını istəyib, lakin bu kadrları filmin finalında istifadə edib.

***

Kubrikin boksa böyük marağı vardı. Gənclik illərində fotoqraf olaraq boksçularla bağlı çoxsaylı fotolar çəkib. Hətta ilk qısametrajlı filmlərindən biri olan “Day of the Fight” da boks haqqında idi.

***


Kubrikin bir çox filmləri ("2001: A Space Odyssey", "The Shining", "A Clockwork Orange" və s.) ədəbi əsərlərdən adaptasiya olunmuşdur. Onun uzunmüddətli əməkdaşlıq etdiyi yazıçı Diyan Consonun sözlərinə görə: “Kubrik düşünürdü ki, bir kitabı uyğunlaşdırmaq yeni ssenari yazmaqdan daha yaxşıdır. O, şahəsər olmayan ssenariləri seçməklə onları təkmilləşdirməyi üstün tuturdu.”

***


Kubrik çoxsaylı filmləri ilə dəfələrlə Oskara namizəd göstərilsə də, yalnız bir dəfə bu mükafata layiq görülüb. O da “2001: A Space Odyssey” filmi ilə “Ən yaxşı vizual effektlər” nominasiyasında. Maraqlıdır ki, o, rejissor kimi heç vaxt Akademiya tərəfindən mükafatlandırılmayıb.

***

Kubrikin filmlərində Alman rejissor Maks Ophülsün təsiri açıq-aydın hiss olunur. Onun kamerasının hərəkəti və vizual dili Kubrikin kinematoqrafiyasında öz əksini tapıb. Kubrik Ophüls haqqında demişdi: “O, hekayəni anlatmaqda və onu maksimum dəyərləndirməkdə qeyri-adi istedada sahib idi.”

# 1488 dəfə oxunub

Oxşar xəbərlər

Cem Yılmaz xəstəxanaya yerləşdirildi

Cem Yılmaz xəstəxanaya yerləşdirildi

23:00 29 avqust 2026
Stiven Kinqin qorxu hekayəsinə mini serial çəkilir

Stiven Kinqin qorxu hekayəsinə mini serial çəkilir

14:35 29 avqust 2026
Azərbaycanın ilk Xalq artisti - "Tarın Qurbanı"nı kim Bakıya dəvət etmişdi?

Azərbaycanın ilk Xalq artisti - "Tarın Qurbanı"nı kim Bakıya dəvət etmişdi?

13:30 29 avqust 2026
"İnsanların əməlləri fikirlərinin ən yaxşı tərcüməçisidir..." - Con Lokkdan aforizmlər

"İnsanların əməlləri fikirlərinin ən yaxşı tərcüməçisidir..." - Con Lokkdan aforizmlər

13:00 29 avqust 2026
Naxçıvanda Türkiyənin Zəfər bayramı qeyd olundu

Naxçıvanda Türkiyənin Zəfər bayramı qeyd olundu

11:20 29 avqust 2026
Selin Dion  Paris səhnəsinə qayıdır - 9 ildən sonra

Selin Dion Paris səhnəsinə qayıdır - 9 ildən sonra

10:50 29 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər