“Cəfər Cabbarlı: azad bir ruh” filmi çəkildi

“Cəfər Cabbarlı: azad bir ruh”  filmi çəkildi
31 yanvar 2023
# 14:40

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC Azərbaycanın görkəmli dramaturqu Cəfər Cabbarlı haqda film hazırlayıb.

Kulis.az xəbər verir ki, “Sabah” Yaradıcılıq Studiyasının “Yad et məni” bədii-sənədli filmlər silsiləsindən olan bu film “Cəfər Cabbarlı: azad bir ruh” adlanır. Filmin adı seçilərkən görkəmli dramaturq, şair C.Cabbarlının “Azad bir quşdum” misrasından bəhrələnib.

Filmdə Cəfər Cabbarlının ölümündən qabaq teatrdan küsdürülməsi, bundan sonra heç nə yazmamasına qərar verməsi, tanış simalar tərəfindən izlənilməsindən bəhs edilir. Dramaturq filmdə Mikayıl Müşfiqlə rastlaşır, ona teatrda başına gətirilənləri, ittiham edilməsini, izlənilməsini danışır.

Bədii-sənədli filmdə Cabbarlı ilə Müşfiqin söhbətləri obrazlı şəkildə verilib, faktlar həm onların dilindən, həm də sənədli formada təqdim edilib.

C.Cabbarlının ev-muzeyi qəzalı vəziyyətdə olduğu üçün filmin çəkilişləri binanın içərisində yox, ətrafında baş tutub. Digər çəkilişlər dramaturqun öz adını daşıyan “Azərbaycanfilm” kinostudiyasında edilib.

Filmin quruluşçu rejissoru Sirac Mustafayev, ikinci rejissoru Ramina Qarayeva, ssenari müəllifi isə Seymur Şahbazzadədir.

Qeyd edək ki, “Yad et məni” layihəsinin ideya müəllifi Xalq artisti Ramiz Həsənoğludur.

# 4751 dəfə oxunub

Oxşar xəbərlər

Emir Kusturitsa: "Putinlə söhbət  mənim üçün böyük yaradıcılıq ilhamı oldu"

Emir Kusturitsa: "Putinlə söhbət mənim üçün böyük yaradıcılıq ilhamı oldu"

11:57 21 noyabr 2026
Xalq rəssamının oğlu vəfat etdi

Xalq rəssamının oğlu vəfat etdi

11:27 21 noyabr 2026
“Kəlağayı bayramı”   keçiriləcək

“Kəlağayı bayramı” keçiriləcək

11:26 21 noyabr 2026
Sürrealizmin məşhur tablolarından biri - Rene Maqritin "Saxta güzgü"sü

Sürrealizmin məşhur tablolarından biri - Rene Maqritin "Saxta güzgü"sü

10:58 21 noyabr 2026
“Ortaq irs: Türk xalçası” - Xalq rəssamı Lətif Kərimovun 120 illiyinə

“Ortaq irs: Türk xalçası” - Xalq rəssamı Lətif Kərimovun 120 illiyinə

10:03 21 noyabr 2026
Taylor Sviftin geyimləri və şəxsi əşyaları nümayiş olunacaq

Taylor Sviftin geyimləri və şəxsi əşyaları nümayiş olunacaq

18:57 20 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər