Cavid Ramazanovun romanı çap olundu

Cavid Ramazanovun romanı çap olundu
17 iyun 2022
# 12:00

Yazıçı Cavid Ramazanovun ilk romanı və ikinci kitabı çapdan çıxıb.

Kulis.az xəbər verir ki, "Amanabənd" romanı Azərbaycanda müstəqillikdən sonrakı dövrü əhatə edir.

Hadisələr əsas etibarilə Bakının mərkəzindəki "Sovetski" adlanan ərazidə baş verir. Qəhrəman "Sovetski"də doğulur, "Sovetski"də sevir və sonda yaşadığı məhəllənin sökülməsiylə oranı tərk etmək məcburiyyətində qalır. Romanın adı məkanın mahiyyətini və qəhrəmanların psixologiyasını ehtiva edir. Baş qəhrəmanın sevgisi amanabənddir, sevgilisiylə arasındakı bağ hər an qırıla bilər. "Sovetski" məkan olaraq amanabənddir, hər an sökülə bilər. Həmçinin digər qəhrəmanlar da amanabənd həyatlar yaşayırlar. Münasibətlərdə qopuqluq, insan və məkan arasında qopuqluq, indi və keçmiş arasında qopuqluq romanın ümumi konsepsiyasını təşkil edir.

250 səhifədən ibarət roman yaxın günlərdə satışda olacaq.

Qeyd edək ki, Cavid Ramazanovun bundan əvvəlki kitabı - "Yol" hekayələr toplusu 2018-ci ildə nəşr edilmişdi.

# 3050 dəfə oxunub

Oxşar xəbərlər

Aktyor Aslan Fətullayev vəfat etdi

Aktyor Aslan Fətullayev vəfat etdi

15:39 10 noyabr 2026
Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

15:27 10 noyabr 2026
"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

14:48 10 noyabr 2026
Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

13:30 10 noyabr 2026
“Alatoranlıq” filminin  serialı çəkiləcək

“Alatoranlıq” filminin serialı çəkiləcək

11:47 10 noyabr 2026
Məşhur aktrisa vəfat etdi

Məşhur aktrisa vəfat etdi

10:44 10 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər