Cahangir Novruzov: "Nəsibə xanım həyat yoldaşımın qucağında vəfat edib"

Cahangir Novruzov:  "Nəsibə xanım həyat yoldaşımın qucağında vəfat edib"
12 fevral 2024
# 16:00

“Nəsibə xanım bu sənətə gəlməyimi istəmirdi. Hətta məndən incidi, küsdü ki, sözümə baxmırsan. İllər sonra ona sual verdim ki, ana, məndən utanmırsan?! Hamı məni tanıyır, hörmət edir, sevir! Dedi ki, “utanmıram, amma yenə də nigaranam səndən”. O bilirdi ki, sənət ağırdır. “Mən övladımın əziyyət çəkməsini istəmirəm” deyirdi. Nəsibə xanımın Nəsibə xanım olması üçün nə qədər illər lazım olub. Bir şəkil var, mən anamın həyatını ona bənzədirəm. Bəlkə də, siz də internetdə görmüsünüz. İncə gül qalın bir asfaltı deşib çıxır. Nəsibə xanımın professional teatrı öz pulu ilə, zəhməti ilə yaratmış Cahangir Zeynalovun qızı olmasına rəğmən yenə də onun qabağını kəsirdilər”.

Bunu "Moderator.az"-a açıqlamasında Xalq artisti Cahangir Novruzov deyib.

Cahangir Novruzov uzun illər indiki Akademik Musiqili Teatrda rejissor vəzifəsində çalışıb. O, hətta gecikdiyi üçün anasını məşq prosesinə buraxmadığını da etiraf edib.

“Nəsibə xanımdır da... Ona gərək keçəsən. Ərköyün böyüyüb. Hər kəs onun xətrini çox istəyirdi. Evlə işi qarışdırmışdı. Amma özü mənə evi işə, işi evə qarışdırma deyirdi. Özü qədər disiplinli adam görməmişəm. Məşqə çağırmışdım. Vaxtında gəlmişdi, hətta 20 dəqiqə əvvəl gəlmişdi. O vaxt bizim bir truppa müdiri var idi, aktyorlar onun otağına yığışıb söhbət edərdilər, çay içərdilər. Mən də otağa girdim, onlarla söhbət etdim. Aktyorlara dedim ki, vaxta az qalıb, məşqə gəlin. Özüm keçdim səhnəyə. Hamı otaqdan çıxıb məşqə gəldi. Nəsibə xanım truppa müdiri ilə nəsə danışırdı. Həm də gülürdü, səsi səhnəyə gəlirdi. Qapını açdım, dedim ki, Nəsibə xanım, mən sizi narahat etməyim, artıq başqa səhnəni məşq etməyə başladım, evə gedə bilərsiniz. Tutuldu və çıxıb evə getdi. Bunu ilk dəfədir danışıram. Axşam evə gəldim, otağa daxil olan kimi mənə bir şillə vurdu. Əslində, o mənə əl qaldırmadı. Dedi ki, “sən bu tərbiyəsizliyi kimdən öyrənmisən?” Dedim ki, səndən. Sən öyrətmisən ki, iş başqa, ev başqa. Məşqə gecikmək olmaz. Üzümə baxdı, dedi ki, get burdan.

Cahangir Novruzov anasının son günlərindən də danışıb.

“Nəsibə xanım həyat yoldaşım Elnarə xanımın qucağında vəfat edib. Anası da, anam da xəstə idi. Türkiyədə idim. Dedim ki, sən get, iki anaları yığ bir evə. Qızım Nəsibənin də anamın üzərində böyük zəhməti var. Elnarə bir ildən çox onlara xidmət etdi, mən Türkiyədə tək qaldım ki, onların ehtiyaclarını qarşılayım. Anası rəhmətə gedəndən 1-2 ay sonra Nəsibə xanım da rəhmətə getdi”.

# 3744 dəfə oxunub

Oxşar xəbərlər

Rusiyanın Xalq artisti vəfat etdi

Rusiyanın Xalq artisti vəfat etdi

13:18 7 noyabr 2026
Türk sultanına aid  nadir tarixi çamadan sərgilənəcək

Türk sultanına aid nadir tarixi çamadan sərgilənəcək

13:01 7 noyabr 2026
“Humay və sehrli Huma quşu”  kitabının Daşkənddə təqdimatı keçirildi

“Humay və sehrli Huma quşu” kitabının Daşkənddə təqdimatı keçirildi

11:59 7 noyabr 2026
Spotify səsli kitab kataloqunu istifadəyə verdi - 350 mindən çox ingilisdilli əsər

Spotify səsli kitab kataloqunu istifadəyə verdi - 350 mindən çox ingilisdilli əsər

10:12 7 noyabr 2026
Tbilisidə Zəfər Günü  qeyd olundu

Tbilisidə Zəfər Günü qeyd olundu

09:39 7 noyabr 2026
AzTV-nin 100 illiyi münasibətilə nəşr olunan ensiklopediyanın təqdimat mərasimi keçirildi

AzTV-nin 100 illiyi münasibətilə nəşr olunan ensiklopediyanın təqdimat mərasimi keçirildi

09:28 7 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər