“Çağdaş Danimarka poeziyası” antologiyasının təqdimatı keçirilib

“Çağdaş Danimarka poeziyası”  antologiyasının təqdimatı keçirilib
18 mart 2025
# 10:23

Səməd Vurğunun ev-muzeyində “Çağdaş Danimarka poeziyası” antologiyasının təqdimatı və danimarkalı şair və tərcüməçilər- Nils Hav və Hüseyin Duyğunun iştirakı ilə “Danimarka poeziyası gecəsi” keçirilib.

Kulis.az xəbər verir ki, Knud Sörensen, Benni Andersen, Uffe Harder, Erik Stinus, Lin Nilsen, Peter Poulsen, Laus Strandbi Nilsen, Henrik Norbrant, Nils Hav, Marianna Larsen, Piya Tafdrup, Tomas Böberq kimi XX əsrin günümüzədək tanınmış və yazıb-yaradan 12 Danimarka şairinin şeirlərinin toplandığı kiçik antologiya - “Çağdaş Danimarka Poeziyası” “Yeni DƏB” seriyasından “Zərdabi Nəşr”də nəfis şəkildə işıq üzü görüb.

2005-ci ildən indiyəqədər Səlim Babullaoğlunun Azərbaycan Yazıçılar Birliyinin nəzdində, “Dünya ədəbiyyatı” dərgisinin əlavəsi kimi təsis etdiyi “Yeni DƏB” seriyasında 25-dən artıq kitab-dünya ədəbiyyatı nümunələri nəşr olunub. Bir ara nəşrində fasilə yaranan seriya AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin bazasında təkrar bərpa olunub.

Danimarka şeiri ilk dəfə olaraq Azərbaycan dilində bu həcmdə təqdim edilir.

Antologiyanın tərcüməçiləri türk əsilli Danimarka vətəndaşı, şair-tərcüməçi Hüseyn Duyğu, Səlim Babullaoğlu (tərtibçi, redaktor, ön sözün müəllifi), nəşrin məsləhətçisi Əsəd Cahangir, koordinatoru Rauf Aslanov, naşiri Elman Qasımovdur. “Yeni DƏB” seriyanın redaksiya heyətinə Səlim Babullaoğlu, Seyfəddin Hüseynli, Əsəd Cahangir, Azər Turan, Qulu Ağsəs, Fərid Hüseyn daxildir.

Kitab üzərində Emil Camalov və Məlahət Qənbərova çalışıblar.

Seriyanın informasiya dəstəkçiləri sırasında “Dünya ədəbiyyatı” dərgisi, “Ədəbiyyat qəzeti”, “Ulduz” jurnalı, www.mustaqil.az, www. yazarlar.az saytı da var.
Qonaqların Bakıya gəlişinə Mədəniyyət nazirliyi dəstək verib.

NILS HAV Niels Hav

Görkəmli Danimarka şairi və nasiri. 7 noyabr 1949-cu ildə Qərbi Danimarkada, fermer ailəsində doğulub. “Mən kor olanda”, “Biz burdayıq”, “Kopenhagen qadınları” və başqa şeir kitablarının müəllifidir. Bütövlükdə 10 şeir və hekayələr kitabı nəşr edilib. Danimarka İncəsənət Şurasının mükafatına layiq görülüb. Əsərləri ingilis, türk, ərəb, fars, serb, alban, kürd və portuqal dillərinə çevrilib. “The Literary Review”, “Ecotone”, “Exile”, “The Los Angeles Review”, “Absinthe: New European Writing” və b. jurnallarda şeirləri və barəsində rəylər dərc edilib. Türk şairi Ataol Bəhramoğlu onun haqqında belə yazır: “Zəkasıyla, həssasiyəti ilə, incə ironiyası və orijinal düşüncəsi, ictimai vicdanıyla o gözünün baxdığı hər yerdə və hər şeydə şeir qoxusu alır, şeir mövzusu tapır…” Nils Hav Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerikanın bir çox ölkələrində, o cümlədən Türkiyədə səyahətdə olub. 2022-ci ildə Bakıda gerçəkləşdirilən onlayn “Şuşaya salam” beynəlxalq poeziya marafonunun iştirakçısı olub. Hal-hazırda Kopenhagendə yaşayır.

Hüseyn Duyğu

Tanınmış şair-tərcüməçi, yazar. 1960-cı ildə Türkiyədə, Təkirdağda anadan olub. 1984-cü ildən Danimarkada yaşayır, orda ali təhsil alıb. 30 il ərzində Danimarka təhsil sistemində çalışıb. Danimarka vətəndaşıdır. Bu illər ərzində Danimarka-Türkiyə ortaq şeir festival və toplantılarını təşkil edib. Danimarka ədəbiyyatın çox sayda şeir və hekayə tərcümələri edib, kitabları çap olunub. Danimarka və Türkiyə PEN təşkilatının üzvüdür. Türk və Danimarka dillərində “Bir başqa göy üzü” (Danimarka ədəbiyyatından portretlər), “Təhsil və məşğulluq müşavirliyi”, “Danimarka və Türk şairləri” (bilinqva nəşr), “Uzun bir yol” (Həyat hekayəsi), “Köçəri”, “İşgəncənin əsası yoxdur” adlı kitabları çap olunub.

# 2609 dəfə oxunub

Oxşar xəbərlər

Deyv Qrolun qızı “Aclıq oyunları” üçün yeni mahnı yazdı – “Metal Birds” təqdim edildi

Deyv Qrolun qızı “Aclıq oyunları” üçün yeni mahnı yazdı – “Metal Birds” təqdim edildi

17:46 14 noyabr 2026
“Blink-182”, “Evanescence” və “Bring Me The Horizon”  ilk dəfə Dounload Festivalının əsas səhnəsinə çıxacaq

“Blink-182”, “Evanescence” və “Bring Me The Horizon” ilk dəfə Dounload Festivalının əsas səhnəsinə çıxacaq

16:55 14 noyabr 2026
Stivi Uander səhnədən Maklemoru müdafiə etdi: “İstəyirsinizsə, məni də qadağan edin”

Stivi Uander səhnədən Maklemoru müdafiə etdi: “İstəyirsinizsə, məni də qadağan edin”

16:01 14 noyabr 2026
Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı

Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı

14:12 14 noyabr 2026
Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?

Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?

14:00 14 noyabr 2026
“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı oldu - FOTO

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı oldu - FOTO

13:16 14 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər