Buker mükafatının qalibi bəlli oldu

Deymon Qolqut

Deymon Qolqut

4 noyabr 2021
# 12:29

Buker mükafatının qalibi açıqlanıb.

Kulis.azın rus mətbuatına istinadən verdiyi xəbərə görə, laureat Cənubi Afrika yazıçısı Deymon Qolqut olub. O, “Vəd” romanına görə Buker mükafatına layiq görülüb.

Londonda BBC Radio Teatrında keçirilən mərasimdə əsas mükafatı qəbul edən Deymon Qalqut "Mən həqiqətən, təvazökarlıqla minnətdaram" sözlərini deyib .

Qalqut 1957-ci ildə Cənubi Afrikada anadan olub . “Vəd” romanı onun sayca doqquzuncu romanıdır. Roman Cənubi Afrikada aparteid dövründə ağdərili fermerlər ailəsi ilə onların qara qulluqçusu arasındakı münasibətdən bəhs edir.

Xarici tənqidçilərin fikrinə görə Qalqut Uilyam Folkner, Virciniya Vulf və hətta Ceyms Coysun ənənələrini davam etdirir . O, iki dəfə 2003 və 2010-cu illərdə Bukerə namizəd olub.

Qalib 50 min funt-sterlinq (68,2 min dollar) pul mükafatı alıb.

Buker mükafatı ingilis ədəbiyyatı dünyasının ən nüfuzlu mükafatlarından biridir. 1969-cu ildən bəri Böyük Britaniya , İrlandiya , Avstraliya , Yeni Zelandiya , ABŞ , Kanada , Cənubi Afrika , Nigeriya , Trinidad və Tobaqo , Hindistan və Yamayka kimi ölkələrin ingilisdilli yazıçılarına layiq görülüblər .

# 4325 dəfə oxunub

Oxşar xəbərlər

Qərbi Azərbaycana həsr olunmuş kitabın özbək dilində nəşri təqdim edildi

Qərbi Azərbaycana həsr olunmuş kitabın özbək dilində nəşri təqdim edildi

18:40 11 noyabr 2026
Məşhur musiqiçi süni intellektlə hazırlanan mahnıları tənqid etdi

Məşhur musiqiçi süni intellektlə hazırlanan mahnıları tənqid etdi

18:38 11 noyabr 2026
“İki aktrisa üçün baş rol” əsəri əsasında eyniadlı tamaşanın məşqlərinə başlanıldı

“İki aktrisa üçün baş rol” əsəri əsasında eyniadlı tamaşanın məşqlərinə başlanıldı

18:11 11 noyabr 2026
“My Chemical Romance”dan tarixi rekord

“My Chemical Romance”dan tarixi rekord

18:06 11 noyabr 2026
Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxsin məhkəməsi başlayır

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxsin məhkəməsi başlayır

17:07 11 noyabr 2026
27 yaşlı aktrisanın meyiti küçədə tapıldı

27 yaşlı aktrisanın meyiti küçədə tapıldı

17:04 11 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər