Bu tarixi abidələri görmədən ölməyin! - Orta Asiyada sizi valeh edəcək 7 abidə

Bu tarixi abidələri görmədən ölməyin! - Orta Asiyada sizi valeh edəcək 7 abidə
7 sentyabr 2025
# 10:00

Kulis.az Orta Asiyanın ən möhtəşəm memarlıq abidələri haqqında yazını təqdim edir.

Orta Asiya, Əfqanıstan, Pakistan, İran, Çin, hətta Rusiyanın da bir hissəsini əhatə edən, lakin Türkmənistan, Özbəkistan, Qırğızıstan kimi ölkələrə görə daha çox qulaqlarımızda türk xalqlarının yaşadığı məkan kimi səslənən geniş bir coğrafiyadır.

Bu coğrafiyada inşa edilmiş çox gözəl memarlıq abidələri var.

Registan meydanı

Registan Meydanı hər hansı bir memarlıq tikilisi deyil, üç müxtəlif mədrəsənin bir arada yerləşdiyi mühüm bir məkanın adıdır.

Özbəkistanın Səmərqənd şəhərində yerləşən bu meydanda XV əsrdə inşa olunmuş Uluqbəy Mədrəsəsi XVII əsrdə tikilmiş Şir-Dor Mədrəsəsi və eyni əsrdə ucaldılmış Tillə-Kari Mədrəsəsi mövcuddur.

Kalta Minarəsi

Özbəkistanın qərbində yerləşən Xivədəki Kalta Minar, dilimizdəki adı ilə Qısa Minar, yuxarıya doğru daralan silindrik quruluşu ilə möhtəşəm bir əsərdir.

Minarənin daxilində olduğu ərazi böyük bir qaladakı qədim şəhəri təşkil edir və memarlığı ilə heyranlıq doğuran bu muzey-şəhər 1990-cı ildən bəri Dünya İrsi Siyahısında yer almaqdadır.

Ərk Qalası

Yenə də Özbəkistanda, Buxarada yerləşən Ərk qalası, başqa adı ilə “Buxaranın Gəmisi”, ətrafı təxminən 790 metr olan, divarlarının hündürlüyü 16 ilə 20 metr arasında dəyişən nəhəng bir qaladır.

Bu tikili tarixdə İbn Sina, Ömər Xəyyam və Firdovsi kimi görkəmli şəxslərin ayaq basdığı bir məkan olub.

Quqeldaş Mədrəsəsi


Özbəkistanın paytaxtı Daşkənddə yerləşən, tac qapılı, düzbucaqlı həyətli və ikimərtəbəli şəkildə inşa olunmuş Quqeldaş Mədrəsəsi xüsusilə ön cəbhəsindəki detallarla diqqət çəkən bir memarlıq abidəsidir.

1570-ci ildə tikilmiş bu bina bir müddət muzey kimi fəaliyyət göstərsə də, hazırda mədrəsə olaraq istifadə olunmaqdadır.

Karakol Kafedral Kilsəsi

Karakol Kafedral Kilsəsi, başqa adı ilə Müqəddəs Ruh Pravoslav Kilsəsi Qırğızıstanda, İssık Gölün şərq sahilində yerləşən Karakol şəhərindədir.

Taxta memarlığı və rəngarəng dam bəzəyi ilə seçilən bu tikili XIX əsrin ikinci yarısında inşa olunub.

Zamanla muzey, məktəb, idman zalı kimi funksiyalara xidmət edən abidə bu gün kilsə olaraq fəaliyyət göstərir.

Türkmənbaşı Ruhiyyə Məscidi

Türkmənbaşı Ruhiyyə Məscidi Türkmənistanın paytaxtı Aşqabaddakı Qıpçaq kəndində yerləşir. Orta Asiyanın ən böyük kürəsi olan məscid 2004-cü ildə ibadətə açılıb.

Türkmənistanın müstəqilliyi elan olunan 1991-ci ilə işarə olaraq, dörd minarəsi də 91 metr hündürlükdə inşa edilib.

Ümumilikdə ağ mərmərdən tikilmiş bu əsər memarlığı və üslubu ilə seçilir.

Burana Qülləsi

Burana Qülləsi Qırğızıstanda, Bişkek ilə İssık Gölü arasındakı tarixi Balasaqun şəhərində yerləşir.

İpək Yolu üzərindəki bu quruluş Qaraxanlılar tərəfindən minarə və müşahidə qülləsi kimi istifadə olunub.

XV əsrdə baş vermiş zəlzələ nəticəsində uzunluğu 45 metrdən 25 metrə enmiş Burana Qülləsi üzərindəki işləmə detalları ilə diqqət çəkir.

# 1898 dəfə oxunub

Oxşar xəbərlər

Sənət tarixinin ən məşhur əsərləri haqqında bilinməyənlər

Sənət tarixinin ən məşhur əsərləri haqqında bilinməyənlər

13:00 23 yanvar 2026
Gülab - Qərib Mehdinin hekayəsi

Gülab - Qərib Mehdinin hekayəsi

15:00 21 yanvar 2026
Soyuq havada cəzalandırıldığı üçün böyrəyini itirən Xalq artisti  - Onun atası evdəki pianonu niyə qıfıllı saxlayırdı?

Soyuq havada cəzalandırıldığı üçün böyrəyini itirən Xalq artisti - Onun atası evdəki pianonu niyə qıfıllı saxlayırdı?

10:00 21 yanvar 2026
Cavan ölsəm, ellər məni ağlasa... - Ülvi Bünyadzadənin şeirləri

Cavan ölsəm, ellər məni ağlasa... - Ülvi Bünyadzadənin şeirləri

15:00 20 yanvar 2026
Haradasa Allahı itiribdi zəvvarlar... - Rəvan Cavidin yeni şeirləri

Haradasa Allahı itiribdi zəvvarlar... - Rəvan Cavidin yeni şeirləri

12:00 19 yanvar 2026
Tanrısansa, ətəyini yox, əlini mənə ver! - Qan dolu kasadan nə fərqin var?!

Tanrısansa, ətəyini yox, əlini mənə ver! - Qan dolu kasadan nə fərqin var?!

15:00 18 yanvar 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər