Bu ifadələri heç vaxt işlətməyin! - Siyahı

Bu ifadələri heç vaxt işlətməyin! - Siyahı
26 yanvar 2022
# 17:15

Kulis.az “Heç kimə deməməli olduğunuz 10 söz” yazısını təqdim edir.

“Bura gəl”

Qəribədir ki, bu əmr "get burdan" mənasını verir, xüsusilə də, qorxuducu avtoritar bir fiqur tərəfindən deyiləndə. Birinə rahat şəkildə yaxınlaşıb, "Bağışlayın, sizinlə bir saniyə danışa bilərəm" demək daha təsirlidir.

Olduğun yerin kontrolu həmişə vacibdir. Samuraylar şagirdlərinə döyüş yerini həmişə onların seçməyini tapşırırdılar. Səbəb isə sadədir. Seçim etməyənlərin gözlərinə ya günəş düşür, ya da palçıq zəmində qalırdılar.

78,557 Come On Stock Photos and Images - 123RF

“Başa düşməzsən”

O qədər təhqiramiz sözdür ki, sanki bu sözdən sonra "axmaq" sözü gəlir. Bunu kim desə, qarşısındakı adamın qəlbini qıra bilər. "Bunu anlamaq bir az çətindir" ya da "gəl göstərim" demək daha stratejikdir.

“Çünki qaydalar belədir”

Bu ifadə, demək olar ki, hər kəsdə qusmaq istəyi oyandıran bir ifadədir. Əgər bu tələyə düşsəz, duyğusuz və anlayışsız bir nəfər olacaqsız.

Sizə cavab olaraq, mütləq "Nə olub? Qaydalar səhvdir" deyəcəklər. Onda siz də "qayda qaydadır" deyib özünüzü təkrarlayacaqsınız və zəif olduğunuzu göstərəcəksiniz. Əgər sizə "qaydalar belədir" desələr, "zəhmət olmasa mənə, bu qaydanın niyə qoyulduğunu açıqlaya bilərsiz? - deyin.

Sizi samimi insan mı daha çok etkiler ciddi insan mı? - KizlarSoruyor

“Sənə dəxli yoxdur”

Əsasən, xəyal qırıqlığına uğramış insanlar tərəfində deyilir, amma siz xəyal qırıqlığına uğrasaz belə deməyin. Bu ifadə insanları əsəbiləşdirir, çünki onları hadisələrdən kənarda tutacaq mənadadır. Sənə aidiyyəti yoxdur – demək yerinə, bunu niyə açıqlaya bilmədiyinizi izah edin. Nə vaxtsa, bir insanın "haqlısan, doğrudan da, bunun mənə aidiyyəti yoxdur" dediyini görmüsüz? Yox, təbii ki. Ona görə də istifadə etməyin.

“Yaxşı, bəs mən neyləyim?”

Bu ifadənin otaq yoldaşı kinayədir. Bir yerdə yaşayırlar. Həm də içində məsuliyyətdən qaçmaq görünür. Bunun yerinə problemi həll etməyə çalışın.

“Sakitləş, əsəbləşmə”

Bu əmr, doğrudan da, heç vaxt işə yaramır. Bunu deyərkən, sizə bir güzgü versək, görərsiniz ki, özünüz də sakit deyilsiniz. Bunu dediyiniz insana elə mesaj verirsiniz ki, sanki onun gərginləşməyə haqqı yoxdur. Və o bir az da əsəbiləşir. Ən yaxşısı susmaqdır. Onsuz da, bir müddətdən sonra elə bir yerə çatırsan ki, susmaqla danışmaq arasında bir fərq olmur. İkisi də heç nəyi dəyişdirmir.

Əsəbi və ya gərgin olmağınızın əsas səbəbi bu ola bilər! | Gənc Ailə

“Sən, onsuz da heç...” yaxud “Sən onsuz da həmişə...”

Bu ümumiləşdirmələr həmişə yalandır. Dostunuzun həmişə gecikdiyini demək doğru olarmı? Günahlandırıcı ümumiləşdirmələr nadirən doğru olur. Birinə sizi heç vaxt dinləmədiyini deyin. Dinlədiyinə dair o qədər misal çəkəcək ki, ya da kinlə dolaraq sizi haqlı çıxaracaq. Hə, bir də heç nədən həmişə etməyin. İnsanlar vəfasızdır.

“Bir də deməyəcəm”

Bu ilk başda hər zaman yalandır. Çünki həmişə ikinci dəfə deyirsiniz. Üstəlik, bu ifadədən sonra nə gəlir? Əlbəttə ki, bir də deməyəcəyiniz şey. Bir də deməyəcəm deyib, bir də deyirsiniz. Bunu həqiqətən hərəkətə keçdiyinizi hiss etdiyiniz anda deyin. Məsələn, bir də deməyəcəm, bir də olmayacaq deyib sevgilinizi tərk edin.

Onlara “Əməkdar müəllim” fəxri adı verildi - SİYAHI

“Bunu sənin yaxşılığın üçün edirəm”

Bu cümlə o dəqiqə sizi qarşınızdakının gözündən salır. Həm də cavab olaraq lağa da qoyula bilərsiz. "Hə, hə. Əminəm elədir".

“Ok”

Harasa tələsib uzun mesaja verdiyimiz bu cavab bəzən qarşımızdakını dərin kədərə sürükləyir. Ona görə də “Ok” əvəzinə, “Yaxşı”, yaxud “Oldu” demək sanki qarşısındakına olan hörmətinizi ifadə edir.

# 3292 dəfə oxunub

Oxşar xəbərlər

SSRİ bayrağı qaldıran sədr:  "Türkiyə bayrağına niyə bir söz demirsiniz..."

SSRİ bayrağı qaldıran sədr: "Türkiyə bayrağına niyə bir söz demirsiniz..."

18:38 13 may 2025
Stalinin kölgəsində çəkilmiş şəkil:  Cavid ailəsinin itirilmiş xoşbəxtliyi

Stalinin kölgəsində çəkilmiş şəkil: Cavid ailəsinin itirilmiş xoşbəxtliyi

18:20 13 may 2025
"Quran"ı əzbər bilən Qara Qarayev kimdir?

"Quran"ı əzbər bilən Qara Qarayev kimdir?

18:10 13 may 2025
Tehran Kitab Sərgisində "Dədə Qorqud"  qadağası

Tehran Kitab Sərgisində "Dədə Qorqud" qadağası

18:00 13 may 2025
"Mən bir Stalindən, bir də anamdan qorxuram" - O niyə özünə qəsd etmişdi?

"Mən bir Stalindən, bir də anamdan qorxuram" - O niyə özünə qəsd etmişdi?

17:00 13 may 2025
"Türk dünyasının böyük söz ustadı" adlı tədbir keçirilib

"Türk dünyasının böyük söz ustadı" adlı tədbir keçirilib

16:10 13 may 2025
# # #