Bu dünyada Xocalıdan olan bir nəfər də qalmayıb-Aydan Hacı

Bu dünyada Xocalıdan olan bir nəfər də qalmayıb-Aydan Hacı
26 fevral 2025
# 16:00

Kulis.az Aydan Hacının yeni yazısını təqdim edir.


Yadımdadır, hələ uşaq olanda hər “hüzn” günlərində içimdə qəribə bir qorxu olurdu. Tərslikdən hava da elə bozarırdı ki, sanki faciəni yenidən yaşayacağıq. Əslində, Xocalının ağırlığı elə həm də adındadır. Nəsə bir vahimə var bu adda.

İllər keçdi və biz bu qorxu hissindən azad olduq. Sonralar isə tək mən deyil, bütün millətimiz bu qorxu və kədər hissindən az da olsa qurtula bildi.

Belə ki, qələbə qazandıq, tam olduq, bir olduq. Amma bu tamlığımızın da natamam tərəfləri qaldı. “Xocalı” kimi.

Soyuq bir qış gecəsində orada öldürülən qadınlarımızın, körpələrimizin ah-naləsi qulaqlarımızdan getmədi.

Xocalı işğaldan azad olsa da, torpağının hər damlasında qanımız var. Bu faciə, ölüm və qanla birləşən bir hadisə olaraq tariximizə həkk olundu. Amma bu qan izləri Xocalının azad ruhunu heç vaxt məğlub etmədi.

Rəsmi desək, belədir:

“Fevralın 25-dən 26-na keçən gecə, Ermənistan silahlı qüvvələri və onlara dəstək verən rus hərbi birləşmələrinin iştirakı ilə Xocalı şəhəri düşmən qüvvələr tərəfindən hücuma məruz qaldı. Şəhər erməni silahlı qüvvələri tərəfindən mühasirəyə alındı, evlər yandırıldı, insanlar öldürüldü, işgəncələrə məruz qaldı. Nəticədə, qadınlar, uşaqlar və yaşlılar həyatını itirdi. Yüzlərlə insan yaralandı və ya itkin düşdü”.

Qeyri-rəsmi isə nə desən, azdır, ifadə etmir, olmur, alınmır.

Xocalı faciəsi, şübhəsiz ki, xalqımızın tarixində, mədəniyyətində, yaddaşında dərin izlər buraxdı. Lakin bütün bu ağrılı hadisələrə baxmayaraq, Xocalı şəhərinin və Xocalı qurbanlarının ruhu heç vaxt məğlub olmadı. Əksinə, Xocalı azadlığın, mübarizənin və milli birliyin simvoluna çevrildi. Bu faciə, bizə göstərdi ki, heç bir işğal və ya zorakılıq xalqımızın ruhunu əzməyə qadir deyil.

Xocalı heç vaxt unudulmayacaq, bu şəhərin azad ruhu, təkcə bu faciəni yaşayanların deyil, bütün Azərbaycan xalqının ürəyində və qəlbində əbədi olaraq qalacaq.

Düşünürəm ki, Qarabağ zəfərindən sonra faciələrimiz unudulur, daha doğrusu, ağrıları azalır. Nə də olmasa, böyük qələbə qazanmışıq. Çünki qalib xalqlar illər ötdükcə faciəni də unudur.

Biz faciələrimizin çoxunu unutduğumuzu düşünsək də, Xocalını heç unutmadıq, unutmarıq. Çünki Xocalı, qələbə qazansaq belə, ruhən məğlub olduğumuz yer idi.

İllərdir Xocalıya ədalət dedik, istədik, harayımızı dünyaya çatdırmağa çalışdıq. Eşidən də olmadı. Nə səsimizi, nə də ah-naləmizi.
Onsuz da orada hansı ədaləti təmin etmək olardı? Harayımızın işgəncələrlə öldürülmüş körpələrimizə hansı xeyri olacaqdı?

Xocalı elə bir yerdir, əminəm ki, indi ora ayaq basan hər kəsin qəlbi sızlayır, hamı torpağın altında qalanları düşünür. Məhz azad Xocalıya gedəndə Şuşaya, Füzuliyə, Laçına getdiyimiz kimi sevinclə, qürurla gedə bilmirik.

Adama elə gəlir ki, bu dünyada Xocalıdan olan bir nəfər də qalmayıb. Heç bu illər ərzində də nadir hallarda Xocalıdan olan kimisə görərdin.

Faciə də elə buradadır.

Nə qədər qalib olsaq da, Xocalıda səma hər zaman bozdur, günəş çıxmır, çiçək açmır, heç uşaqlar da gülüb oynamır.

# 2845 dəfə oxunub

Oxşar xəbərlər

2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

13:37 10 oktyabr 2026
Ruzbeh Məmmədin yeni kitabı çap olundu

Ruzbeh Məmmədin yeni kitabı çap olundu

12:33 10 oktyabr 2026
BBC-də 50 illik tarixə son:  Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

BBC-də 50 illik tarixə son: Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

12:06 10 oktyabr 2026
Hollivud aktyoruna silahlı basqın:  "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

Hollivud aktyoruna silahlı basqın: "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

11:00 10 oktyabr 2026
Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

10:30 10 oktyabr 2026
“Arxa cəbhənin insanları” qısametrajlı bədii film ssenari müsabiqəsi elan edildi

“Arxa cəbhənin insanları” qısametrajlı bədii film ssenari müsabiqəsi elan edildi

18:30 9 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər