Bu Azərbaycan ədəbiyyatına həqarətdir - Elçin Hüseynbəyli Təhsil Nazirliyini sərt tənqid etdi

Elçin Hüseynbəyli, yazıçı

Elçin Hüseynbəyli, yazıçı

21 yanvar 2022
# 15:30

Təhsil Nazirliyinin "Düşünən oxucu" müsabiqəsi qalmaqal yaradıb.

Kulis.az xəbər verir ki, müsabiqəyə daxil edilən əsərlərin siyahısı yazıçı və şairlərin tənqidinə səbəb olub.

Qeyd edək ki, “Düşünən oxucu” müsabiqəsi təhsil nazirinin 29.12.2021-ci il tarixli F-597 nömrəli əmrinə əsasən keçirilir. Məqsəd təhsilalanların mütaliə və müstəqil öyrənmə bacarıqlarının təkmilləşdirilməsi, onlarda tənqidi, məntiqi və yaradıcı təfəkkürün inkişafı, rəy bildirmə mədəniyyətinin formalaşdırılmasıdır.

Müsabiqə ümumi təhsil müəssisələrinin V-IX sinif şagirdləri arasında keçirilir. Müsabiqə iştirakçıları “Düşünən oxucu” layihəsi üzrə göstərilən “ədəbiyyatı siyahısı”ndakı 35 əsərdən biri üzrə şərtlərə uyğun olaraq videotəqdimat hazırlamalıdır.

Sosial şəbəkələrdə yazıçı və şairlər əsərlərin siyahısından narazılıq ediblər.

Yazıçılar Birliyinin (AYB) katibi Elçin Hüseynbəyli bildirib ki, şagirdlərə təqdim olunan 35 əsər arasında yalnız 5-i Azərbaycana aiddir: “Üçü dastan, biri klassika, yalnız biri azərbaycanlı uşaq yazarıdır. Fikrimcə, bu, Azərbaycan ədəbiyyatına, onu yaradanlara, elə oxucu və şagirdlərə də həqarətdir. Çünki bizim yetərincə dəyərli yazıçılarımız və ədəbi nümunələrimiz var. Heç olmasa, daim aktual olan Qarabağa aid əsərlər orda yer almalıydı. Bu, hansı "ağılın" məhsuludur, bilmirəm!?”.

E.Hüseynbəyli məktəb direktorlarından məsələyə tənqidi reaksiya gözlədiyini qeyd edib.

Qeyd edək ki, tənqidlərə tuş gələn “ədəbiyyat siyahısı” Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrinin kitabxanalarına təqdim olunmuş kitablar əsasında müəyyən edilib.

Qalmaqala səbəb olan “ədəbiyyat siyahısı”:


1. “Koroğlu” dastanı

2. “Qaçaq Nəbi” dastanı

3. “Qaçaq Kərəm” dastanı

4. Nizami Gəncəvi “Oğluma nəsihət”

5. Zahid Xəlil “Kralın kreslosu”

6. A.Sent-Ekzüperi “Balaca şahzadə”

7. Aleksandr Belyayev “Amfibiya adam”

8. Aleksandr Düma “Qraf Monte-Kristo”

9. Anna Syuell “Qara köhlən”

10. Artur Konan Doyl “Baskervillərin iti”

11. Artur Konan Doyl “Şerlok Holmsun Macəraları- Qozbel”

12. Astrid Lindqren “Şir ürəyi qardaşları”

13. Cek London “Bəyaz diş”

14. Çingiz Aytmatov “Dəniz kənarıyla qaçan alabaş”

15. Coan Roulinq “Harri Potter və fəlsəfə daşı”

16. Con Tolkin “Üzüklərin hökmdarı”

17. Conatan Brayan “Göz yaza bilər”

18. Conatan Svift “Qulliverin səyahətləri”

19. Daniel Defo “Robinzon Kruzo”

20. Edit Nesbit “Dəmir yol uşaqları”

21. Endryu Leyn “Qırmızı zəli”

22. Fatih Ərdoğan “Sehrli çətir”

23. Fenimor Kuper “ Sonuncu mogikan”

24. Frensis Börnet “Sirli bağ”

25. Herbert Uels “Görünməz adam”

26. Lül Vern “20000 lyö su altı ilə”

27. Lyusi Montqomeri “Qrin Qeybiz malikanəsinin qızı Anni”

28. Malala Yusəfzay “Əlində kitab olan qız”

29. Mark Tven “Tom Soyerin macəraları”

30. Mark Tven “Heklberri Finnin macəraları”

31. Mayn Rid “Başsız atlı”

32. Riçard Nayt “Qış kölgəsi”

33. Rick Riordan “Persi Cekson və Əcinələr dənizi”

34. Robert Stevenson “Dəfinələr adası”

35. Ursula Le Guin “Dəniz torpaqlarının cadugəri”.

# 3642 dəfə oxunub

Oxşar xəbərlər

Fransız akademizmi ilə  yapon ruhunun  sintezi - “Ark-la-Batay mənzərəsi”nin pərdəarxası məqamları

Fransız akademizmi ilə yapon ruhunun sintezi - “Ark-la-Batay mənzərəsi”nin pərdəarxası məqamları

17:30 4 avqust 2026
Türk kinosunda realizmin banisi  – Metin Erksanın 3 məşhur filmi

Türk kinosunda realizmin banisi – Metin Erksanın 3 məşhur filmi

16:50 4 avqust 2026
"Biz yalnız özümüzü eşidirik..."  - Alman filosofdan sitatlar

"Biz yalnız özümüzü eşidirik..." - Alman filosofdan sitatlar

16:20 4 avqust 2026
“Star Wars” anime ilə ekranlara qayıdır

“Star Wars” anime ilə ekranlara qayıdır

15:20 4 avqust 2026
Təhsilimizdə sabitlik ehtiyacı - İslahatlar, yoxsa bitməyən çılğın eksperimentlər?

Təhsilimizdə sabitlik ehtiyacı - İslahatlar, yoxsa bitməyən çılğın eksperimentlər?

14:00 4 avqust 2026
Tanınmış  aktrisa vəfat etdi – Səbəb

Tanınmış aktrisa vəfat etdi – Səbəb

13:40 4 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər